Slimfit
  1. AZƏRBAYCAN

Qazıntı zamanı tarixi abidələr aşkar edilərkən işlərin dayandırılmamasına görə nəzərdə tutulan cəzalar sərtləşdirilir

Qazıntı zamanı tarixi abidələr aşkar edilərkən işlərin dayandırılmamasına görə nəzərdə tutulan cəzalar sərtləşdirilir
Sakura

Qazıntı zamanı tarixi abidələr aşkar edilərkən işlərin dayandırılmamasına görə nəzərdə tutulan cəzalar…

 Azərbaycanda qazıntı işləri zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə nəzərdə tutulan cəzalar sərtləşdirilir.

“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Məcəllənin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsinin 0.9-cu bəndinə əsasən, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1200 manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Dəyişikliklə isə fiziki şəxslərin 1500 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslərin 3 min manatdan 5 min manatadək məbləğdə, hüquqi şəxslərin 15 min manatdan 20 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR