Slimfit
  1. ƏDƏBİYYAT

Qazi Bürhanəddin - Divanı

Qazi Bürhanəddin - Divanı
Sakura

Qazi Bürhanəddin - Divanı

Gəl, gəl, görəlüm, gəl görəlüm, gül görəlüm biz,
Bir nəğmə gətür ortaya bülbül görəlüm biz.

Güldür yüzünü mül totağun söhbətümüz gərm,
Bu işimüzi pəs nişə mülmül görəlüm biz?

Biz yanaruz oda, sənəma, bənlərün ilə
Ənbərdürür ol, daneyi-fülfül görəlüm biz.

Biz gül yanaruz odına hər cüz dəxi həm,
Hər cüzümüzi ol yola bir kül görəlüm biz.

Bir nəğmə di ey mütribü sun, saqi, bir ayax
Ki, ğülğül eşidəlümü qülqül görəlüm biz.



Ey şəm, bizi tap dəxi odlaruna yaxma.
Ey bədr, yüzün gösdərübən tezcək oyaxma.

Ey ruh, necə nazik isən hər cəsədə sən,
Saxla özüni, mail olın hər nəfəs axma.

Eşqüni sənün əqlə-könülə dimədüm bən,
Hər ləhzə anı qəmzən ilə aləmə çaxma.

Sənə baxalı baxmadı hiç özgəyə gözüm,
Səni sevənün sən dəxi hər suçına baxma.

Biz xud qələndərüz, bu savü avına girdük,
Səndə bu həvəs yox isə bu qapuyı qaxma.



Gözünlə xəstə olana şəfa gərəkməzmi?
Cəfan odına yanana vəfa gərəkməzmi?

Ağız-ağız sorısaram ləbünə irər isəm,
Ki, xəstə eylədügünə şəfa gərəkməzmi?

Necə ki, zülfi könül qəlbinə yasarsın sən,
Anun kibi yasayış hər safa gərəkməzmi?

Bu hüsn məmləkətinə çü sən Süleymansın,
İnayətün, a bəgüm, Asəfə gərəkməzmi?

Könülə verdi nəsihət canum ki, ey aşiq,
Vəfası xoşmıdı şimdi cəfa gərəkməzmi?

Bənəfşə zülfüni alur imiş ağızına,
Anun dilinə bununçün cəza gərəkməzmi?

Könüli gəh saçunü gəh ləbünü gəh dişün,
Çəkişigə bıraxurlar səza gərəkməzmi.



Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?
Xəti-nəsxüni ki, reyhan dedilər, gerçəkmi?

Ləbün andum idi, toldı ağızum şəkkərlə,
Kimə dedüm isə yalan dedilər, gərçəkmi?

Tutağun şəkkərinün rəngini qızıl gördüm,
Çünki sordum anı, qandan dedilər, gərçəkmi?

Könüli çahı zənəxdanına düşmiş gördüm,
Bunı Yusif, anı zindan dedilər, gərçəkmi?

Belini gisusınun qılına nisbət qıldım,
İşbu təşbihi nə çəndan dedilər, gərçəkmi?

Hoqqəyi-ləldə incü düzümini gördüm,
Sorıcağaz ləbü dəndan dedilər, gərçəkmi?

Eşigünə ki, səba yol bulımaz dün bucuğın,
Eşq əri könlinə meydan dedilər, gərçəkmi.

Tatlu dirilür ikən ləblərüni könlüm içün,
Düşdi aralarına qan dedilər, gərçəkmi?

Sərvünə qul dedilər rastmı tubiyi əcəb,
Bədri hüsnündə bəmizan dedilər, gərçəkmi?

Can apardux ləbünə əqlü dili biləsinə,
Qamusın zirə bəgirman dedilər, gərçəkmi?

Sehr ilə könülümi gözləri qıldı xəstə,
Belini dərdümə dərman dedilər, gərçəkmi?

Küfr idügin saçunı yüzüni örtər bildüm,
Rövşən ay yüzüni iman dedilər, gərçəkmi?

Gərçi asan bilürəm ki, saçı müşkildür anun,
Anda can müşkili asan dedilər, gərçəkmi?

Əbri-giryan idügin gözümi uş görürsin,
Yanağunı güli-xəndan dedilər, gərçəkmi?

Tazə güldən dəxi nazük görürəm tər tənüni,
Bağrunı qatı çü sindan dedilər, gərçəkmi?



Yanağun alı ilə sən başladun alə, eyləmi?
Gözlərümün yaşını sən boyadun alə, eyləmi?

Ləli-ləbüni görəli susamışam totağuna,
Qarşuna uşda oluram təşnə zülalə eyləmi?

Dam ilə danəyə düşər uçan həvada quş dəxi
Düşdüm isə dəpələgil zülf ilə xalə eyləmi?

Könül kimi sevər isə Leyliyi-Məcnun oldurur,
Düşdüm isə günahluyam sahibcəmalə, eyləmi?

Səba yeli gətürəli bana gisusı qoxusın
Yüklədürəm qoxuları badi-şimalə, eyləmi?

Belün içün qıl olmışam bənzədürəm öz-özümi
Bədr yüzüni görəli mahi-hilalə, eyləmi?

Bəhram əgər av olmaya, gözlərünə çubin ola,
Qəmzələrün urur oxın Rüstəmi-Zala eyləmi?

Bir qıl ilə asılıban zülfünə, şöylə qalmışam,
Eşq əri bənüm kibi qıl ilə qala eyləmi?

Bidilü aşiqü qərib xəstədürür ləbün, təbib
Dərdinə qılmaya dəva, düşə vəbalə eyləmi?



Könül bu gecə qıldı yenə yarına merac
Bülbül bilə gül halinivü nə bilə dürrac.

Badi-səhəri müşk ilə kafur arasında
Bir nəsnə toxıdı ki, adın bilmədi nəssac.

Göstərdi yüzin, qıldı necə şahi piyadə
Gər qılmasa oynayımaya oynını ləclac.

Bağrumı biriştə qılurü yürəgi riştə,
Qılalı gözi oxlarına canumı umac.

Kuyində səfayi ki, bulam zəmzəməyilə.
Zəmzəmdə dəxi bulmamış ola anı hüccac.

Bən varlıq ilə toylamışam hüsnini anun,
Cana ləbi sundıvü gerü qalanı tarac.

Bən ətəgünə yapışıban həsir olısaram,
Məhşərdə qaçan ki, yığılu gəlisər əfvac.



Məşşatə bana müşk ilə bir şanə gətürməz,
Bənüm kibi bu dünyaya divanə gətürməz.

İrürdi canumı ləbüməvü totağını
Ta cana irürməz ləbümi cana gətürməz.

Ögrəndi ki, gizlü sata gövhərini ləlün,
Yəni nə qılınur kanı dükgana gətürməz.

Sir gördi, şaha, ləlün içində bu könülüm,
İzi olmaz isə, bu ləbü dəndana gətürməz.

Dutdum könüli zülfün ilə, şaha, bu gecə
Bir piri kişivü hələ divana gətürməz.



Könlüm dənizi şimdi yenə taşa gərəkdür,
Nəqş eyləyə eşqi bütimək taşa gərəkdür.

Tənüm qurıdı dərd iləvü oldı dəniz yaş,
Lütfün sənün, ey şəh, quruvü yaşa gərəkdür.

Eşqin sirrini bişürübən gizləyiməzəm,
Od çünki əsər qıla aşa-aşa gərəkdür.

Gözün gözümə çəkər oxın könlümə urur,
Əsrük dəxi həm atduğını şaşa gərəkdür.

Hər zahidi-xama, şaha, gösdərmə yüzüni,
Büt bənciləyin rind ilə övbaşa gərəkdür.

Kim bir göz ilə nəqşi-cəmalünə baxarsa,
Yüz göz ilə canın verə nəqqaşa gərəkdür.

Bir nöqtədə qoyan otuz iki düri-xoşab
Bin gənci nihan eyləyə xaşxaşa gərəkdür.

Aşüftədürür gisusı pürşuram anunçün,
Aşiq dəxi məşuqına oxşaşa gərəkdür.

Ta basa xəyalün yüzümi sulaya gözüm
Pəs bir nəzərün dəxi bu rəşşaşa gərəkdür.



Bahar oldı gülə başladı lalə,
Qılur gülşəndə bülbül yüz əlalə.

Dilü canü könül bənümlə turmaz
Bizi səhraya qılurlar həvalə.

Həva işmam edəli gül qoxusın,
Qılur bülbül nəvasına imalə.

Rəbi oldı mühərrəmdür təğafül,
Susamış neçə səbr edə zülalə.

Bu bir canumı canana verürəm,
Deynüz qaziyə ki, yazsun qəbalə.

Könül hərçənd ki, eşqi ilə gəldi
Sənün ilə gərək irə kəmalə.

Günəşdən ayrılıcax ay olur bədr,
Bən ayrılalı bənzədüm hilalə.



Bahar irişdi yenə yer geyindi hüllə bu gün.
Süciyə and içənə vacib oldı hüllə bu gün.

Bir oba olmaya ki, anda çalğu yox bu nəfəs
Cəhanda süci içilməz qanı məhəllə bu gün.

Əsiri-eşqdurur cəvq-cəvq bülbüllər,
Geyiklər əsriyibən oldı gülə, güllə bu gün.

Gözüni qüdrəti-allaha taldurursan sən,
Səvaba dönə əlündən gəlürsə zəllə bu gün.

Kəlal bulma, nigara, bənüm inildümdən,
Bəharü eşq ilə qızmışdurur kəllə bu gün.



Canisin canuma, leykin sən canumun canısın,
Ləl kanıdur totağun, sən şəkər dükkanısın.

Eşqdür dinüm bənüm ol sənün ilə rastdur,
Pəs həqiqət baxıcax sən dinümün imanısın.

Ağızundan təngü belündən girandur canumuz,
Nə ki, canlar çəkər isə yoluna ərzanısın.

Can zənəxdanı çəhində özin azıtdı dedüm
Sana nə gəldi, özün aldurmağıl, mehmanısın.

Səndən özgə könülüm taxtında şah oturmaya
Çün bu elün xanısın, sən xanısın, sən xanısın.

Müştəri olmax dilərdi günəş anun eşqinə.
Bax gözi tirinə dedüm bil ki, bir keyvanısın.

Zəhr ilə tiryaki həq cəm eyləmiş bir yerdə gör,
Vəslü fəsl ilə cəfana dərdünə dərmanısın.

Sən qamu insanı eyni olduğun degül əcəb,
Bül əcəb oldur ki, sən bu eynümün insanısın.

Bən necə can aparam kol həzrətə ola qəbul,
Çün qamu zirələrün sən, ey sənəm, kirmanısın.



Noldı sana gər yol ola divanə könüldən,
Yol olmış ola dünyada bir cana könüldən.

Bin qanmış ola yürəgümün qanına ləlün,
Bir dəm nola gər can ləbünə qana könüldən.

Təşbih qaçan qıla bilə məşaləyi çərx
Bu şəmə ki, şol günəş içün yana könüldən.

Gözüm ki, dökər ləli-ləbünçün nə əcəbdür,
Gör nə dökilür dişünə dürdanə könüldən.

Adəm gözi mərdanə baxar dilbərə, zira
Yol var ki, xəbər irişə insana könüldən.

Bən can ilə əqlü dilü tən oynayum ana,
Ki yar bən idügümə inana könüldən.

Kəndüni fəna dənizinə qərq edü qurtıl,
Meylün var isə, şərbəti-heyvana könüldən.

Gər dilər isən, Misrə əziz olasın, ey yar,
Gəl ki, salalum Yusifi zindana könüldən.

Gər əbri-bihari gibi giryan olur isən,
İrməgə yararsın güli-xəndana könüldən.

Kəbə sana qarşu gətüri verə səfayı
Sımarlar isən özüni qurbana könüldən.

Gözdə yeri var kim ki, gözi qanını yığmaz,
Mərdümlik edüp axıda mərdanə könüldən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR