Slimfit
  1. SİYASƏT

Qazaxıstanın Azərbaycan və Ermənistan arasında danışıqlara dair təşəbbüsünü alqışlayırıq

Qazaxıstanın Azərbaycan və Ermənistan arasında danışıqlara dair təşəbbüsünü alqışlayırıq
Sakura

Qazaxıstanın Azərbaycan və Ermənistan arasında danışıqlara dair təşəbbüsünü alqışlayırıq

Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində sülh sazişi üzrə danışıqların keçirilməsini alqışlayır.

Ens.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır.

M.Zaxarova Qazaxıstanda üçtərəfli bəyanata uyğun təmasların vacibliyini qeyd edib: “Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik və lazım gələrsə, tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırıq. Almatıdakı təmasların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanata uyğun olması vacibdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR