Dərc edildi: Baxış sayı: 318
Qazaxıstanda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş marka buraxılıb
“Qazaxıstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş marka buraxılıb”.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə söyləyib.
Cənubi Qafqaz regionunda lider rolu oynayan Azərbaycan ilə iqtisadi sahədə qarşılıqlı əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsinə dair çox ciddi iş aparmaq əzmində olduqlarını bildirən Kasım-Jomart Tokayev deyib:
“Bizim aramızda hər hansı problem yoxdur. Yalnız məhz bu istiqamətdə irəli getmək arzusu var”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət