Slimfit
  1. DÜNYA

Qazaxıstanda 15 yaşlı məktəbli məmur oldu

Qazaxıstanda 15 yaşlı məktəbli məmur oldu
Sakura

Qazaxıstanda 15 yaşlı məktəbli məmur oldu

Qızılorda şəhərində 15 yaşlı məktəbli dövlət xidməti və korrupsiyaya Qarşı Mübarizə işləri üzrə Agentliyin regional departamentinin rəhbərinin ştatdankənar məsləhətçisi təyin olunub. 

Məsləhətçi vəzifəsinə Qızılorda şəhərinin 176 nömrəli orta məktəbinin 9-cu sinif şagirdi Damir Bozayev təyin olunub. Damir “Adal urpak” könüllü məktəb klubunun fəal üzvü, bir neçə diplom və təşəkkür məktubları sahibidir. Rəhbərin ştatdankənar məsləhətçisi məktəb mühitində korrupsiyaya qarşı mübarizə mədəniyyətinin inkişafı və Adal Urpak klublarının fəaliyyətinin formalaşmasına yönəlmiş ictimai işi aparacaq. “Biz şagirdlər arasında korrupsiyaya qarşı tərbiyə işləri aparırıq. Onları dürüst işə çağırırıq. Bu məsələdə bizə “Adal urpak” klubları aktiv olaraq kömək edir. Keçən il onlarla klubu mərkəzləşdirmək məqsədi ilə biz regional qərargah yaratdıq. Bu gün rəhbərin yeniyetmə məsləhətçisini təyin etdik ki, o da bu klubların fəaliyyətinin təbliği ilə birbaşa məşğul olacaq. Onu ən gənc məsləhətçi adlandırmaq olar. Biz hesab edirik ki, məktəbllilərə özlərinin həmyaşıdlar dilində korrupsiyaya qarşı mübarizə aparmaq tərbiyəsi vermək lazımdır”, - departamentin rəhbəri Abzal Muhimov bəyan edib.

 

Mənbə: kaztime.kz

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR