Slimfit
  1. MEDİA

Qazaxıstan Azərbaycan təcrübəsini öyrənir

Qazaxıstan Azərbaycan təcrübəsini öyrənir
Sakura

Qazaxıstan Azərbaycan təcrübəsini öyrənir

Qaz təchizatında əhali qrupu üzrə illik limit tətbiqinə dair təcrübəni öyrənmək üçün Qazaxıstan Respublikasının “KAZTRANSQAZ” Səhmdar Cəmiyyətinin baş direktorunun məsləhətçisi Azamat Maytievin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Heyətdə “KAZTRANSQAZ” SC-nin Tarif siyasəti və investisiya layihələri üzrə departamentinin əməkdaşları Janar Aliyarbek, İsin Rustem Tuleubaeviç və Aygül Kalimova yer alıb. Qonaqlar əvvəlcə Azərbaycan Respublikasının Energetika Nazirliyində görüş keçiriblər. Daha sonra “Azəriqaz” İstehsalat Birliyində olublar. Birliyin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İskəndərovla danışıqlar aparan Qazaxıstanlı ekspertlər öyrənmək istədikləri istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Daha sonra onlar Birliyin ayrı-ayrı şöbə və idarələrinin mütəxəssisləri ilə müzakirələrə qatılıblar.

“KAZTRANSQAZ” Səhmdar Cəmiyyətinin baş direktorunun məsləhətçisi Azamat Maytievin müsahibəsini buradan izləyə bilərsiniz:

 https://www.youtube.com/watch?v=0euNhqdFueI

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR