Slimfit
  1. AZƏRBAYCAN

Qazax rayonu

Qazax rayonu
Sakura

Qazax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəridir.

Etimologiya

Azərbaycanda, Qazaxıstanda, Rusiyada bi çox görkəmli araşdırıcı alimlər bu sözün açımıyla bağlı həm bir-birinin üstünə düşən, həm də bir-birindən fərqli ideyalar irəli sürüblər. Azərbaycan türklərinin soykökünün yorulmaz tədqiqatçısı Mirəli Seyidovun "Azərbaycan" jurnalının 1981-ci il tarixli II sayında və "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı əsərində (1989. s.90-118) "Qazax" söz-adıyla bağlı elmi- nəzəri cəhətdən tutumlu araşdırması bu sahədə atılan mühüm addım kimi diqqəti cəlb edir. Mirəli Seyidov "Qazax" sözünün açımından bəhs edən təxminən yüzdən artıq mənbədən yararlanaraq edərək fikrini aşağıdakı kimi ümumiləşdirir: "Qazax sözü 200 ildən çoxdur ki, araşdırıcıların diqqətindən yayınmır. Hə üçün bu müddətdə "Qazax" söz-adı araşdırıcılara təslim olmamışdır? Bunun deyəsən, bir səbəbi vardır. Araşdırıcılar söz-adın ilkin mənasında deyil, bizcə, onun sonradan qazandığı mənalara əhəmiyyət vermişlər" (s.90). Yəni bu sözün sonradan qazılmış "elindən ayrı düşmüş", "sərgərdan gəzən", "ucalıq", "sərhəd gözətçisi", "dəli atlı", "azad adam", "tabe olmayan", "yüksəklik" və s. mənaları "Qazax" sözünün ilkin, həqiqi mənasını çox mürəkkəb bir məcraya yönəldib. Mirəli Seyidov bu sözün Qazax xalqı, Don kazakları ilə oxşar adlılıq ilgisindən yan keçməyin mümkünsüz olduğuna diqqəti çəkib. O, XVIII əsr rus tədqiqatçıları N. Georgi, Y. O. Rozner, İ. V. Zasedelova və başqalarının "Don kazaklarının rus və tatar qarışığı görünüşləri var" kimi mülahizələrindən, rus knyazlarının poloveslər adlanan qıpçaqları hərbi yürüşlər zamanı icarəyə götürdükləri (s.100) haqqında tarixi həqiqətlərdən bəhs edib. Mirəli Seyidov akademik Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" əsərindəki "ərəb müəllifi Əl-Kufiyə görə, (IX əsr) 731/732-ci ildə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd hərbi qərargahını Kasalda (Kazaxda) yerləşdirdi. O, Kasaldan Daryal keçidi vasitəsilə xəzərlərin diyarına hücuma keçirdi" (s.110) kimi məlumata da diqqət yetirir. Əl Kufini məlumatı, Qazaxın tarixini 732-ci ildən hesab etmək cəhdi sonradan yanlış fikirlərin meydana gəlməsinə səbəb olub. Qazaxların və xəzərlərin etnik mənsubiyyəti nəzərə alınmayıb. Ərəblərin Kasalı (Qazaxı) işğal etdikləri tarix Qazaxın yaranması tarixi kimi qeyd edilib.

2007-ci ildə nəşr olunmuş "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"ndə  deyilir: "Qazax VII əsrdə meydana gəlmişdir. Bu toponim özündə qıpçaq mənşəli Qazax etnik birliyinin adını əks etdirir. Qazaxlar buranın qədim sakinləridir. Ancaq qıpçaqların müəyyən hissəsi buraya sonralar da gəlmişdir" (s.45). Lüğətdə "Qazax" sözünün ilkin mənasının etnonimlə bağlı olduğunun göstərilməsi məqsədəuyğundur. "Qazax VII əsrdə meydana gəlmişdir" fikri isə ərəblərin Qazaxda hərbi qərargah qurması haqqında tarixi məlumatın təkrarıdır. Qazaxların birmənalı şəkildə qıpçaq etnik birliyinə daxil edilməsi mülahizəsində də mübahisə doğuracaq məqamlar vardır. Ona görə də tarixi-etnoqrafik mənbələrdə "Qazax" söz-adı ilə bağlı fikirlərə müraciət etməyi lazım bildik. Məlum olduğu kimi, bu sözün tərkibcə, kas/kaz, kas/xaz birləşmələrindən əmələ gəldiyini Azərbaycan alimləri ilə yanaşı, digərləri də təsdiqləyiblər. Qazaxıstan alimlərindən A. Əbdülrəhmanov "Qazax" sözünün kas/sak etnonimlərinin birləşməsindən əmələ gəldiyini və xalq adını ifadə etdiyini əsaslandırmağa diqqət yetirib. "Qazax" toponiminin etnodilçilik mövqeyindən tədqiqi bu sözün həqiqi mənşəyini öyrənməkdə başlıca amil olduğunu özünü göstərməkdədir.

Görkəmli dilçi Ə. Dəmirçizadə "Kaspi" etnotoponimindən bəhs edərkən göstərir ki, bu söz tayfa adını əks etdirir. Alim daha irəli gedərək Xəzər adı ilə Kaspi adı ilə eynilik olduğunu bildirir: "Kaspilər və xəzərlər, kalar və kas/xaz-lar eyni tayfadır. Bu adlardakı "pi", "ar" şəkilçiləri cəmlik bildirir" (Ön söz. 1968. s.29-30). Buradan aydın olur ki, Xəzər dənizinin dərinliyində tükənməz sərvətlər mövcud olduğu kimi, xəzərlər də Azərbaycan türklərinin təşəkkülündə fəal iştirak etmiş türk etnoslarından biridir. Əsrlərin dolanbaclarında itib-batmaq zorunda qalan xəzər tayfa birliyinin izlərini bu gün Bütöv Azərbaycanda daha çox rast gəlmək mümkündür. Belə izlərdən biri də "Qazax" söz-adı ilə bağlıdır.

Tarixçi Rəşid bəy İsmayılov 1923-cü ildə nəşr edilmiş "Azərbaycan tarixi" əsərində yazır: "Xəzər tayfasının əxlafı olan Qazax...türkləri Qafqaz dağlarının cənub vadilərində yurd salmışdılar" (s.17). Türkiyəli alim M. F. Lırzıoğlu Qazax və Borçalıdan bəhs edərkən göstərir ki, bu iki xalq Kuman-Xəzər uruğundan sayılırlar. Ərəb tarixçisi İbn Xordadbeh IX əsrdə "Arran, Sizran, Əs-Sisakan vilayətlərini "Xəzərlər ölkəsi" kimi tanıdıqlarını qeyd edib ("Azərbaycan VII-IX əsrlərdə", s.173). Eradan əvvəl 331-ci ildə İsgəndərin III Daranın ordusunu Qavqamel döyüşündə məğlub etməsindən bəhs edən mənbədə Cənubi Azərbaycanın skif (isgid), sakasin və Kaspiana (Xəzər) torpaqları haqqında məlumat verilir. Tarixçi Herodotun yazdığına görə, eradan əvvəl IX-VII əsrlərdə isgid tayfalarının güclü dalğası olan saklar qədim Qafqazın, Azərbaycan ərazisinin sakinləri idilər .

Tədqiqatçı müəllim Ayaz Əhmədov yazır ki, Ön Asiyada, Urmiya ətrafında yaşadıqları dövrdə subi (sabir), suvar adıyla tanınan tayfalar Midiya dövründə sak (şişpapaq sak) adlanan kaspilər (xəzərlər) Şimali Qafqaza və Orta Asiyaya köçməmişdən əvvəl Cənubi Qafqazda və Cənubi Azərbaycanda məskunlaşmışlar. 1728-ci ildə tərtib edilmiş "Dəftəri müfəssəli əyaləti Tiflis"də Qazaxın dörd nahiyəyə: "İncu", "Ağstav", "Türk" və "Suvar" nahiyyələrinə bölündüyü qeyd olunub. Deməli, Suvar (sabir) etnonimi XVIII əsrə qədər öz varlığını hifz etmiş və tariximizin təkzibedilməz şahidinə çevrilib. Bu şahidlik sak etnoniminin Qazax söz-adı ilə əlaqəsi haqqında ehtimalları gücləndirir.

Tarixi mənbələrdə eradan eradan əvvəl sak, skif (isgid), işğuz (oğuz), hun, xəzər, kaspi, qıpçaq, nəhayət, poloves adlanan türk tayfaları müxtəlif adlar danışasalar da bir-birilə qırılmaz tellərlə bağlı oub, bir vəhdət təşkil ediblər. Bu tayfalarla bağlı araşdırmaları nəzərdən keçirdikdə olduqca düşündürücü faktlar diqqəti cəlb edir.

Görkəmli etnoqraf Qiyasəddin Qeybullayev yazır: "Saklar (skif tayfaları) miladdan qabaq VII əsrdə Cənubi Qafqazda çarlıq yaratmışlar. Çarlığın mərkəzi indiki Gəncə bölgəsini əhatə edən Sakasena idi. Bibliyada Sakasena Aşkenaz (işquz-oğuz-Ə.F) adı ilə qeyd olunmuşdur..

Türklük, milli kimlik düşüncəsinin öndərlərindən olan Oljas Süleymenovun "Az i Ya"(1975)  əsərində şumer-türk dilləri arasında ilişgilərin ortaya çıxarılması etnodilçilik tarixində yeni mərhələnin başlanğıcı kimi türkologiyada sonsuz canlanmaya səbəb olub. İkiçayarası (Dəclə və Fərat) ərazidə Mesopotomiyadameydana gələn Şumer-türk dil və adət-ənənə ilişgiləri türk tayfalarının Altaylardan köç etməsi haqqında Avropa, rus, fars və başqa tarixçilərin üç əsrə yaxın bir müddətdə kök salmış "nəzəriyyələrini" kökündən sarsıdıb. Nəticədə "Eradan əvvəl Azərbaycanda, bütövlükdə Ön Asiyada konkret soy adından asılı olmayaraq türklərin məskun olması artıq heç bir şübhə doğurmur"  fikrinin doğulmasına zəmin yaradıb.

Antropoloq alim Kərəm Məmmədov tədqiqat nəticəsində müəyyənləşdirib ki, Azərbaycan bütün türklər üçün filtrasiya məkanı olub: "Türk irqi dünyaya Azərbaycandan yayılıb. Sibirin dərinliklərinə qədər gedib çatıb". Alim fikrini Azərbaycan dilində tələffüz zamanı "y" səsindən daha çox istifadə edilməsini qıpçaq deyimi, sözlərin sonunda "gəleyəm", gedeyəm" deyilməsini bulqar, "gələcəyəm", "gedəcəyim"i isə oğuz tələffüzü kimi səciyyələndirir . Göstərilən mənbələr Qazax etnotoponiminin mənşəyinin araşdırılmasında ümumtürk tarixinə istinad edilməsinin başlıca amil olduğunu ortaya qoyur.

Vaxtıyla pantürkist xofunun təsiri altında Qazax etnotoponiminin, türklük tarixini, etnolinqvistika həqiqətini nəzərə almadan tədqiq olunması bir sıra subyektiv mülahizələrin meydana gəlməsilə nəticələnib. "Azərbaycanın coğrafi adları" (1972. s.67) kitabında deyilir: "Qazax-xalq adıdır. Qazaxlılar Azərbaycana XI əsrdə köçmüşlər. Gürcüstana etdikləri hərbi xidmətə görə onlar Qazax mahalında (qəzasında) yerləşdirilmişlər". Sovet tarixşünaslığının Azərbaycan xalqına qərəzli münasibəti tam çılpaqlığıyla bu cümlələrdə öz əksini tapır. Digər elm sahələrində də buna bənzər, yanlış, milli dövlətçiliyimizə, mənəviyyatımıza yadlığı ilə seçilən mülahizərələ rast gəlmək olur. Gürcü çarı II Georginin XI əsrdə Qazaxları Şimali Qafqazdan dəvət edərək Şərqi Gürcüstanda yerləşdirməsi haqqında fikir də həqiqətə uyğun deyildir.

Tarixçi-qorqudşünas alim Hüseynqulu Məmmədov "Dədəm Qorqud keçən yerdi bu yerlər"  əsərində polyak alimi İ. Şopenə əsaslanaraq qeyd olunan fikirləri təkzib edir. İvan Şopen göstərib ki, II Georgi ona yaxından kömək etdiklərinə görə Şimali Qafqazdan deyil, Qazax əyalətindən 1451 ailənin Gürcüstanda yerləşdirilməsinə nail olub. İ. Şopen 480 Qarapapaq, 98 Qafarlı, 12 Qarabağlı, 12 Əli Şərurlu və s. adlı ailəni Qərbi Gürcüstana dəvət edildiyini də yazıb. Beləliklə, tarixi-etnoqrafik və dilçilik elmlərinə dair mənbələrə əsaslanaraq zamanın müxtəlif dönəmlərində boy verib, parlamış eyni köklü türk tayfalarının etnik-genetik varisi olan qıçaq-oğuz mənşəli qazaxların ərəb işğalından minillər qabaq Cənubi Qafqazın daimi sakinləri olduqlarına şübhə yeri qalmayıb.

Azərbaycan dilinin dialekt və şivələrində, folklor örnəklərində oğuz-qıpçaq tayfalarının dil xüsusiyyətləri üst-üstə düşdüyü üçün türkoloqlar Tofiq Hacıyev və Kamil Vəliyev "Azərbaycan dil tarixi" (1983. s.36) əsərində "oğuz-qıpçaq dilləri" ifadəsini işlətməyi lazım bilməyib, "oğuz-qıpçaq dili" ifadəsini daha düzgün sayıblar. Bu mülahizə və aşağıda qeyd edəcəyimiz digər mənbələr "Azərbaycan toponimləri ensiklopedik lüğəti"ndə işlənən "qıpçaq mənşəli Qazax etnik birliyi" ifadəsinin özünü tam şəkildə doğrultmadığını göstərir. Çünki 50 milyonluq Azərbaycan türkü kimi Aran və Dağlıq Qazax da eyni soylu, eyni köklü türk tayfalarının daimi və əzəli məskəni olub.

Tarixşünaslıqda türk tayfa birlikləri birinci minilliyə qədər daha çox hun adı ilə tanınıblar. Romalı Yevseniy İveroni IV əsrdə şahidi olduğu bir hadisə haqqında yazır ki, "bütün Şərq, Qafqaz hunların hücumundan dəhşətə gəldi. Onlar İsgəndər bəndini aşaraq sasaniləri və bizansları öz təsirləri altına aldılar, Sonra Suriyanı, Misiri, Finikiyanı, Fələstini çalıb-çapıb Dərbənddən keçərək yenidən Abşerona, öz yerlərinə, Xəzər sahillərinə gəldilər ). Bu tarixi məlumat Azərbaycanın hun, qıpçaq, xəzərlərin və başqa türk tayfalarının məskəni olduğunu bir daha təsdiqləməkdədir. Eyni zamanda "xəzər" sözünün "Kazar" şəklində ifadə edildiyi və "kassar" kimi tələffüz olunduğuna dair bilgilər də məlumdur. Belə mülahizələr Qazax sözünün mənşəcə daha qədim köklərə malik olduğunu göstərir.

Xəzər dənizinin Quzğun dənizi adı ilə məlum olduğun da tarixşünaslıqda qeyd olunub. Bu sözün ilk mənasının etimoloji cəhətdən quz-qun tərkibindən ibarət olduğu (quz-oğuz, qun-hun) diqqəti cəlb edir. Ə.Dəmirçizadə və şərqşünas V.V.Bartold qaz/kas hissəciklərini nəzərdə tutaraq Qafqaz etnotoponiminin də türk mənşəli olduğu fikrini irəli sürüblər. Beləliklə, quz/qun, qaz/kas, kas/xaz-ın eyni sözün fonetik parçaları olduğu ideyası özünü daha çox doğruldur. Bu toponim hissəsiciklərinin özəyində isə "oğuz" etnonimi dayanır. Deməli, ən qədim türk etnosu oğuz digər tayfaların yaranmasında ulu başlanğıc olub .

Buradan aydın olur ki, türk tayfaları Azərbaycanda bir vəhdət təşkil ediblər. Odur ki, yalnız qıpçaq, yaxud yalnız oğuz mənşəli türklərdən şərti mənada söhbət açmaq mümkün ola bilər. Buna görə də Azərbaycan türklərinin təşəkkülündə islamaqədərki dövrdə əsas rol oynayan hun-qıpçaq tayfa birlikləri kimi, islamı ilk dəfə qəbul etmiş oğuz tayfaları da bizim üçün ulu əcdad olaraq, qürur mənbəyidir. Birinci minillikdə Şimali Azərbaycanda xristianlığın yayılmasına qarşı ciddi müqafimət göstərən, əslində buna imkan verməyən, sasanilərin farslaşdırma siyasətini puça çıxaran Ön Asiyada, Qafqazlarda türklüyün himayəçisi rolunu davamlı olaraq yerinə yetirmiş hun-qıpçaq, hun-oğuz xəzərlər (kasinlər) də ulu əcdad kultunu yerinə yetiriblər. Tarix boyu Daryal və Dərbənd keçidləri Qafqazın Şimalı ilə Cənubunu birləşdirən ümid körpüləri rolunu oynayıb. Şimali və Cənubi Azərbaycan türkləri ilə eyni soydan olan xəzərlər ərəb işğalına qarşı əsrlərlə müharibələr aparıb, özlərinin türk varlıqlarını şərəflə qoruyublar. Onlar 730/31-ci illərdə ərəblərə qarşı 300 minlik qoşun çıxarıb, onları Diyarbəkrə, Mosula qədər təqib ediblər.

Professor Nizami Cəfərov Azərbaycanda məskunlaşmış savir, bulqar, xəzər türklərindən bəhs edərkən yazır: "Görünür, IX əsrdəki məşhur Babək hərəkatında həmin türklər də bu və ya digər dərəcədə rol oynamışlar" (Azərbaycanşünaslığın əsasları, s.101, B.2002). Döyüşkən, mərd və qürurlu xəzərlər min ildən artıq bir dövrdə rusları Volqanın aşağılarına, Qara dəniz və Xəzər dənizi arasındakı torpaqlara buraxmayıblar. Bununla da türk-islam dünyasına əvəzsiz xidmət göstəriblər. Xəzər padşahı Yusifin bir məktubunda deyilir ki, "mən rusları gəmilərə minib İsmayıl övladının üstünə getməyə qoymuram...Mən onlarla müharibə edirəm. Əgər mən onları bir saat (rahat) buraxsam, onlar bütün İsmayıl övladını Bağdada qədər məhv edərlər (Z.Bünyadov "Azərbaycan VII-IX əsrlərdə",s.113). Ziya Bünyadovun xəzərlər haqqında verdiyi bu məlumat xəzərlərə yeni münasibətin başlanğıcı kimi qəbul edilə bilər.

Son dövrdə ulu əcdadlarımız haqqında həqiqətlərin olduğu kimi təqdim edilməsinə meyl özünü daha çox büruzə verir. Tədqiqatçı Nizami Məmmədovun serb yazıçısı Milorad Paviçin XX əsrin 80-ci illərində yazdığı "Xəzər sözlüyü" romanına dair mülahizəoləri bu münasibətin bariz ifadəsi kimi diqqəti cəlb edir. Milorad Paviçin möhtəşəm əsərində bəşər tarixində mühüm rol oynamış və tarix səhnəsində unudulmaqda olan xəzər türklərinə dərin məhəbbət və sayğısını ifadə edib. Müəllifə görə, roman lüğət (sözlük) deyil və bədii-publisistik məzmun da daşımır. Roman əslində tarixi mənbələrə əsaslanan mühüm sənəddir. Nizami Məmmədov yazır: "Milorad Raviçin özünün və digər xalqların nəslində xəzər möhürü axtarır və sən də bundan qürur duyursan. Bir sözlə, Milorad Paviç "Xəzər sözlüyü" romanı ilə sanki türk unutqanlığına ciddi eyhamlar vurur" . Bu fikir bizi tarixi keçmişimiz haqqında diqqətli olmağa, onu yenidən daha dərindən öyrənməyə səsləyir.

Qazax etnotoponiminin həqiqi mənşəyinin kökündə digər türk tayfalarıyla bərabər, xəzər möhürünün də mövcud olduğunu etiraf etmək lazımdır. Avropalı serb oğlu Milorad Paviç öz nəslinin kökündə "xəzər möhürü" axtarırsa, Azərbaycan türklərinin təşəkkülündə "Türk tayfalarının oğuz-qıpçaq qrupuna mənsub olan" xəzərlərin də iştirak etdiyindən qürur hissiylə danışmaqdan nəyə görə çəkinməliyik?

Qırmızı imperiya dövründə bolşevik-daşnak ideologiyasının keşiyində dayanan, xristianlığa xidmət edən Azərbaycan tarixşünaslığında saxta və zərərli "nəzəriyyələr", "konsepsiyalar" toxuyan bəzi qeyri-milli tarixçilərə "Xəzər sözlüyü" romanı, zənnimcə, ən tutarlı cavab kimi qiymətləndirilə bilər. Bu möhtəşəm əsər türk kimliyimizin etnomədəni səviyyəsinin daha dərindən dərk olunmasına mühüm töhfələrdən biridir. Türk irqinin Azərbaycandan dünyaya yayıldığı haqqında həqiqəti bir daha təsdiqləyən tarixi-publisistik mənbədir. Məhz belə mənbələr Qazax etnotoponiminin mənşəyinə dair həqiqətin ortaya çıxmasına zəmin yaradıb. Tarix səhnəsindən silinib getmiş bir türk qövmü (xalqı) haqqında Xəzər etnomədəni vahidi vasitəsiylə xeyli məlumat əldə etdiyimiz kimi, beş minillik şumer-türk ilişgilərindən üzü bəri sak, hun, isgid, işquz (oğuz), kaspi (xəzər), qıpçaq və başqa adlı, eyni soylu türk tayfalarının etnik varisliyi haqqını yaşadan kas/sak tərkibli Qazax söz-adının həqiqi mənşəyini dərk etməyimiz tam dolğunluğuyla üzə çıxıb.

Qazax eli Azərbaycanın qədim ellərindən biridi. Qazax bölgəsinde çox qədim türk toponimləri var. Qazax sözünündə yaranmasıda "oquz+ak", "quz+ak" "qazax" formasında olub "ağ oğuz" deməkdir. Qeyd edilməlidir ki, "oğuz" türk anlayışı rəsmi tarixin qəbul etdiyi kimi X əsrdə formalaşmamış, əksinə 6-7 minilikləri əhatə edir. Qazax rayonunda olan Salahlı və DaşSalahlı kimi kəndlərin adına nəzər saldıqda bu ərazinin nə qədər qədim türk yurdları olduğu aşkar görünür. Salahlı sözü qədim SAK türklərinin adı ilə bağlıdır. SAK+AK+lı formasınsa yaranıb, "sakaklı", "salaklı", "salahlı" formasına düşmüşdür. "Ag sak lı" demekdir. Kəmərlı kəndinin adı "qəmər+li" sözündən yaranıb, qəmər türkləri ilə bağlıdır. Qəmər türkləri "qıpcaq", "kuman"adlarıylada tarixdə xatırlanır. Alpout kəndidə "alp+an" türklərinin tarixiylə bağlıdır. Tovuz rayonunun adı da "dış oğuz" "tiş+guz" "tiğuz" formasında yaranmışdır (Rəşad Tahiroğlu Mərdanov).

Tarixi

Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir.

Tarixi Qazax oymaqı (VIII əsr-XV əsrin sonları)

Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixзisi əl – Kufi (IX əsr) də məlumat vermiєdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI-XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-20–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Turkdilli əhali sayca çoxluq təєkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Boyuk turk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.Qazax Rayonu Tarixi

Qazax sultanlığı (XV əsrin sonları-1819)

XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.

Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir.

Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir. Qazax sancaq elan edilərək 4 nahiyəyə (Axtata (Ağstafa), İncə, Türk və Cuvar) bölünmüşdür. Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.

Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.

1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi.

Qazax livası (Sancaqı) (XVIII əsrin əvvəlləri)

XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin dağıldığı zamanı Osmanlı imperiyası Cənubi Qafqaza yürüş edib Rusiyanın bu ərazilərə təcavüzünün qarşısını almışdır. XVIII əsrin əvvəllərində Osmanlılar yenidən hücum edib Qazaxı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparmışlar. Qazax sancaq elan edilərək 4 nahiyəyə bölünür. Bunlar Axstav, İncə, Türk və Çuvar nahiyələri idi. Qazaxlıların könüllü surətdə Osmanlıların tərəfinə keçməsi ilə əlaqədar Sultan III Əhmədin (1703-1730) Fərmanı ilə Qazax Sancaqbəyisi hələ Səfəvilərin zamanında Qazax hakimi olmuş Mirəlibəy təyin olunmuşdur. Fəth edilən yeni ərazilərin təşkilinə başlayan Osmanlı idarəçiləri bu ərazilərdə inzibati işləri aparıb vergi-maliyyə dəftərlərini tərtib etmişdilər. 1727-ci ildə “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”, 1727-ci ildə “Naxçıvan sancağının müfəssəl dəftəri”, 1728-ci ildə isə “Tiflis əyalətinin müfəssəl dəftəri” və “İrəvan əyalətinin icmal dəftəri” işlənib hazırlanır. Qazax ərazisi həmin dövrdə Tiflis əyalətinin nəzdində olmuşdur. 1728-ci ildə türklərin tərtib etdiyi "Dəftəri müfəssəli əyaləti Tiflis" dəftəri 1046 səhifədən ibarət olub, hazırda İstanbulda Başkanlıq arxivində saxlanılır. Bu dəftərin 63 səhifəsi Qazax sancaqlığına (livasına) aiddir. Həmin dəftərə görə Qazax sancaqlığında (livasında) 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.

Qazax distansiyası (1819-9 dekabr 1867)

Həmçinin bax: Qazax distansiyası - 1836-cı ilin icmalı

Qazax nahiyəsinin kameral təsviri - 1860-cı il. Qazax distansiyasının tərkibinə daxil olan ərazilərin sosial-iqtisadi, demoqrafik tarixi, coğrafiyası, 1860-cı ildə qeydiyyata alınmış bir çox sakinlərin siyahısına buradan baxın

1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi.

Qazax qəzası (9 dekabr 1867-1929)

1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri (Karvansaray (İcevan) (Qaraqoyunlu mahalı), Barana (Noyemberyan), Çəmbərək (Krasnoselsk) (Qaraqoyunlu mahalı), Şəmşəddin və ya Tovuzqala (Berd), Dilican rayonlarını) əhatə edirdi. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur.

Qazax rayonu

1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.

Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Soflu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir.

Milli Qəhrəman və Şəhidləri

Qədim insan məskəni

Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Aveydağın Cənub-Şərqində,əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi -dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir.

Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C.Rüstəmovun arxeoloji axtarışları nəticəsində məlum olmuşdur ki, burada alban xristian məbədinin qalıqları vardır. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların məbədi olmuşdur. Xristian məbədləri adətən əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. "Aveydağ" sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş.

Coğrafi mövqeyi

Qazax rayonu Azərbaycanın şimal-qərbində, Gəncə-Qazax iqtisadi regionunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, kiçik Qafqazın dağ silsiləsinin yamaclarından başlayaraq kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə-Qazax düzənliyinin qərb hissəsində, Kür çayının qırağında yerləşir. Ərazisinin sahəsi 699 kilometr kvadrat, əhalisinin sayı 94 710 nəfərdir (2016). Şimal- qərbdən Gürcüstan Respublikası ilə 9 km, qərbdən və cənubdan ErmənistanRespublikası ilə 168 km məsafədə həmsərhəddir. Azərbaycanın ən qərbində yerləşən rayondur. Rayonun ərazisi şərqdən Ağstafa rayonuyla, Şimaldan kürçayıyla və kür çayı vasitəsilə Ağstafa rayonu ilə, şimal-qərbdən Gürcüstanın Sarvan (Marneuli) və Qarayazı (Qardabani) rayonlarıyla, qərbdən Ermənistanın Barana (Noyemberyan), cənubdan Karvansaray (İcevan) və cənub-şərqdən Şəmşəddin (Berd) rayonuyla qonşudur.

Relyefi

Ən hündür yüksəkliyi “Odun” dağıdır (1316 metr). Səthi əsasən dağlıqdır. Cənub hissəsi dağlıqdır və dəniz səviyyəsindən 600-1200 metr yüksəklikdə yerləşir. Şimalda Qarayazı meşəsi və Ceyrançöl düzənliyi yerləşir. Məşhur “Göyəzən”, “Avey” dağları, “Damcılı” bulağı bu rayonun ərazisindədir. Göyəzən dağı öz gözəlliyinə görə Amerika qitəsində yerləşən “Mon-Pele” dağından sonra dünyada ikinci yerdədir. Rayonda Babaqar silsiləsinin şərq sonluğu olan Babaqar dağıyerləşir. Rayonun mərkəzi hissəsindən Ağstafa çayı keçir, şimal-qərbdən İncəsu, Ehram (Anaxatır və ya xram), qərbdən Coğaz və şimal sərhəddi boyunca Kürçayları axır. Kür çayı sahilində dəniz səviyyəsindən hündürlük 100 metr olmaqla cənuba getdikcə tədricən 1000 metrə qədər yüksəlir. Rayonda Coğazçay, Ağstafaçay və Abbasbəyli su anbarları və Candargöl (Ağgöl) gölü yerləşir.

Dağlar

  • Odundağ, hündürlüyü 1316 metr. Rayonun qərbində yerləşir.
  • Avey (dağ), hündürlüyü 992,5 metr. Daş Salahlıdan 12 km şimal-qərbdə yerləşir. Çöllük ərazilərdən şimal və şimal-qərb istiqamatlərində Aslanbəyli kəndi ilə qonşudur.
  • Babaqar dağı, hündürlüyü 700,6 metr. Rayonun qərbində yerləşir.
  • Göyəzən dağı, hündürlüyü 250 metr. Abbasbəyli və Alpout kəndlərinin yaxınlığında yerləşir. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Amerika qitəsində yerləşən Mon-Pele dağından sonra dünyada 2-ci yeri tutur.
  • Göyərçin (dağ)

Çaylar

  • Kür, uzunluğu 1515 km
  • Anaxatır (Ehram və ya Xram), uzunluğu 201 km
  • Ağstafaçay, uzunluğu 133 km
  • Coğazçay, uzunluğu 60 km
  • İncəsu, uzunluğu 44 km

Göllər

  • Candargöl (Ağgöl), sahəsi 10,6 km² (su həcminə görə ölkədə 2-ci, sahəsinə görə 5-ci yerdədir)

Su anbarları

  • Ağstafa su anbarı (Ağstafaçay)
  • Coğazçay su anbarı
  • Abbasbəyli su anbarı

Məşhur bulaqları

  • Damcılı bulağı - Daş Salahlı kəndində, Avey dağının aşağısında yerləşir.
  • Məmməd Koxa bulağı - Daş Salahlı kəndində, Avey mağarasının aşağısında yerləşir.
  • Bayram bulağı - Xanlıqlar (Musaköy) kəndində yerləşir.
  • Nohur bulağı - Ağköynək kəndində yerləşir.

İqlimi

İqlimi sərt qış və isti yayla xarakterizə olunur. Orta aylıq temperatur yanvarda 0-(-5)°С, iyunda 22-27°С-dir. Qışı qarlı keçir. İllik yağıntı 350–700 mm-dir.

Geoloji quruluşu

Rayon ərazisində Tabaşir, Paleogen, Neogen, Antropogen çöküntüləri yayılmışdır.

Landşaftı

Əsasən, dağ-şabalıdı, dağ-boz qəhvəyi, şabalıdı, açıq-şabalıdı və qismən karbonatlı-qəhvəyi dağ-meşə torpaqları daha geniş yayılmışdır. Kiçik Qafqaza aid olan hissəsində dağ meşələri, Kür çayının sahilində isə kiçik sahələrdə tuqay meşələrinin fraqmentlərinə rast gəlinir.

Bioloji və zooloji zənginliyi

Flora

Yovşanlı-şorangəli yarımsəhra və bozqır bitkilərinə rast gəlinir. Meşələrin dendroflorası ağyarpaq qovaq, sosnovski qovağı, yalanqoz, söyüd, ağ tut, iydə, qarağac, palıd, ardıc, yemişan ağaclarından ibarətdir. Kollardan dəvədabanı, yulğun, zirinc, qaratikan, itburnu, böyürtkan, meşə üzümü, adi daşsarmaşığı və digər növlərə rast gəlinir. Ot örtüyü, əsasən, topal, ətirşah, ağ dalamaz, gicitkan, dilqanadan, yabanı kök növlərindən təşkil olunmuşdur.

Fauna

Qonur ayı, canavar, adi tülkü, qaban, boz dovşan və s. Quşları: qızılı qızlarquşu, xırda qarabatdaq, büldürük, qırqovul, turac, kəklik, göyərçin, murad-quşu, adi alaçöhrə, almabaş qaraördək, kiçik ağ-vağ, bozqır muymulu qızılquşu və digər növlərə rast gəlinir.

İri yaşayış məntəqələri

Yaşayış məntəqələri — 1 şəhər: Qazax,34 kənd: Daş Salahlı, Çaylı, Xanlıqlar, Ağköynək, Yeni Salahlı,Qarapapaq, , Kommuna, Ürkməzli, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər, Alpout, Hüseynbəyli, Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli, Qaymaqlı, Kəmərli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Əskipara,Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli, Abbasbəyli.

Hal-hazırda Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni işğalı altındadır.

Əhalisi

1 yanvar 2019-cu il tarixinə olan rəsmi məlumata əsasən rayonda 104.746 nəfər əhali yaşayır. Əhalinin 28.775 nəfəri şəhərdə, 75.971 nəfəri isə kəndlərdə yaşayırlar. Rayon üzrə əhalinin sıxlığı (nəfər/1 km2 ) 145 nəfər düşür. Əhalinin orta yaşı 32-dir. Yaşı 100-dən çox olan Qazax sakinlərinin sayı 6 nəfərdir. Əhalinin ümumi sayının 52,1 %-i kişilər, 47,9 %-i qadınlardır.

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən altı ay ərzində 654 nəfər doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,8 təşkil etmişdir. 2018-ci ilin yanvar-iyun ayları ərzində 329 nəfər ölüm halı qeydə alınmışdır. Təbii artım 325 nəfər olmuşdur.

Rayonda 267 Qarabağ müharibəsi əlili, 196 şəhid ailəsi, 656 qaçqın və 7945 məcburi köçkün vardır.

2017-ci ildə 566 nigah, 93 boşanma qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,9, boşanmaların sayı isə 1,0 olmuşdur.

Etnik tərkibi

Etnik
qrup
27 yanvar-3 fevral, 1999-cu il. 13-22 aprel, 2009-cu il
Sayı % Sayı %
Cəmi 81 015 100.00 89 377 100.00
Azərbaycanlılar 80 595 99.48 88 999 99.58
Türklər 126 0.16 177 0.20
Kürdlər 102 0.13 100 0.11
Ruslar 118 0.15 46 0.05
Ermənilər 7 0.01 4 0.00
Ukraynalılar 37 0.05 ... ...
Tatarlar 13 0.02 ... ...
Ləzgilər 6 0.01 ... ...
Gürcülər 2 0.00 ... ...
Digərləri 9 0.01 51 0.06

Bələdiyyələr

Qazax rayonunda bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 35 yaşayış məntəqəsində 22 bələdiyyə fəaliyyət göstərir. 1 şəhər, 21 kənd bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi şəhər və kəndlərin idarə olunmasında iştirak edir. Onlar Qazax, Daş Salahlı, Çaylı, Kommuna, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Hüseynbəyli, Canallı, Dəmirçilər, Ürkməzli, Alpout, Xanlıqlar, Ağköynək və Qarapapaq bələdiyyələridir.

Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrimli, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal olunduğuna, Cəfərli, Bala Cəfərli, Fərəhli, Abbasbəyli, Quşçu Ayrım və Məzəm kəndləri isə atəş altında olduğuna, torpaq islahatı aparılmadığına görə onlarda bələdiyyələr təşkil olunmamışdır.

Mətbuat və informasiya

  • “Göyəzən” ictimai-siyasi qəzeti - Qazax rayonunda kütləvi informasiya vasitələrindən “Göyəzən” ictimai-siyasi qəzeti fəaliyyət göstərir. Qəzetin təsisçisi Qazax rayonu İcra hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən fəaliyyətə başlamışdır. Əvvəllər “Kommuna yolu”, “Qalibiyyət Bayrağı” adı ilə nəşr olunmuşdur. 1988-ci ildə qəzetin adı dəyişdirilərək “Göyəzən” adlandırılmışdır.
  • "Göyəzən" internet portalı - Sayt 2016-cı ildən fəaliyyətə başlamışdır. Saytın təsisçisi Qazax rayonu İcra hakimiyyəti və “Göyəzən” qəzetinin redaksiya heyətidir.

İqtisadiyyat

2017-ci ildə rayonda ümumi məhsul buraxılışı keçən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 182932,2 manat olmuşdur.

2017-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun (işlərin xidmətlərin) ümumi həcmi 2 dəfə artaraq 36094,8 manat, əsas kapitala yönəldilən investisiyalar 6.7% azalaraq 16416,0 manat, kənd təsərrüfatının ümumi məhsulu 10,3% artaraq 65400,4 manat, nəqliyyat sektorunda yük daşınması 3,3% faiz artaraq 1599,0 ton, nəqliyyat sektorunda sərnişin daşınması 3,1% faiz artaraq 15930,0 nəfər, poçt və rabitə xidmətlərinin həcmi 17,6% faiz artaraq 1360,8 manat, pərakəndə əmtəə dövriyyəsi 1,2 faiz artaraq 181355,4 manat, əhaliyə göstərilən pullu xidmətlər 0,9 faiz artaraq 29433,6 manat olmuşdur.

İl ərzində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 271,6 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 5.6 faiz çoxdur.

Sənayesi

Rayonda 26 sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan 13-ü mədənçıxarma, 9-u emal və 4-ü digər sahələrdir. İstehsal olunan məhsulun satış yerinə görə bölgüsü - rayonda 45, respublikada 25, respublikadan kənarda isə 30 faiz təşkil edir. Konserv zavodu, gil-mədən kombinatı, asfalt zavodu, ət kombinatı və şərab emalı zavodları rayon sənayesinin əsasını təşkil edir.

2017-ci ildə ərzində rayonun sənaye təşkilatlarında 36094,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 2 dəfə çox sənaye məhsulu istehsal edilmiş və ya xidmətlər göstərilmişdir. Məhsul istehsalının keçən ilə nisbətən artmasının səbəbi uzun müddətdir ki, fəaliyyətsiz olan iki istehsal müəssəsinin fəaliyyətə başlaması olmuşdur. İstehsal edilmiş məhsulun 12659,0 min manatı, 35,1 faizi dövlət sektoruna, 23435,8 min manatı, 64,9 faizi isə qeyri-dövlət sektoruna aiddir. Sənaye təşkilatlarında məhsul istehsalı dövlət və qeyri-dövlət müəsisələrində keçən ilin müvafiq dövrünə nisbətən artmışdır. Ümumi istehsalın 58,8 faizi sənaye məhsulunun istehsalı, 41,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2018-ci il tarixinə 1599,4 min manatlıq hazır məhsul qalığı olmuşdur.

2017-cı il ərzində rayonun sənaye müəsisələrində 1081 nəfər işçi çalışmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 17.0 % çoxdur. İşçilərin 444 nəfəri dövlət sektorunda, 637 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. İşçilərin 170 nəfəri mədənçıxarma, 434 nəfəri emal, 224 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchuzatı, 132 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır.

İşçilərin 198 nəfəri mədənçıxarma, 435 nəfəri emal, 218 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 230 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır.

Sənaye müəsisələrində orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artaraq 333,4 manat olmuşdur. Orta aylıq əmək haqqı dövlət sektorunda 7,9 faiz azalaraq 381,5 manat, qeyri-dövlət sektorunda isə 29,8 faiz artaraq 301,0 manat olmuşdur.

Rayonda yerləşən sənaye müəssisələrinə İl ərzində 372 nəfər işçi qəbul edilmiş ki, bunlardan 42 nəfər işçi yeni açılmış iş yerlərinə qəbul edilmişdir. 301 nəfər işdən öz xahişi ilə azad edilmişdir.

Kənd təsərrüfatı

Qazax rayonu kənd təsərrüfatı rayonudur. Ərazisinin 66,9 %-i və ya 47000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 24268 hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı nəticəsində 15574 ailə 24268 hektar torpaq payına sahib olmuşdur. Orta hesabla hər ailəyə 1,6 hektar torpaq sahəsi verilmişdir.

Əsas kənd təsərrüfatı bitkiləri taxıl, kartof, üzüm, meyvə, tərəvəz, günəbaxan, qarğıdalı, bostan, paxlalı bitkilər və yoncadır. Rayonun iqtisadiyyatında üzümçülük, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq aparıcı rol oynayır. Kənd təsərrüfatının başqa sahələri də, yəni meyvəçilik, kartofçuluq və bostan məhsulları istehsalı da inkişaf etdirilir.

2017-ci ilin məhsulu üçün 17018,7 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, əkin sahəsi keçən ilə nisbətən 2123,7 hektar çox olmuşdur. Əkilmiş sahənin 11028,3 hektarı payızlıq taxıl olmuşdur ki, ondan 8277,7 hektarı buğda, 2750,6 hektarı arpa sahəsidir.Keçən ilə nisbətən 2718,7 hektar payızlıq buğda, 510,6 hektar payızlıq arpa artıq səpilmişdir.

Kənd təsərrüfatının ən əsas sahələrindən biri taxılçılıq və tərəvəzçilikdir. Belə ki, 2017-ci ildə rayonda mövcüd olan 17018,7 hektar əkin sahəsindən 11636,2 hektarını, yaxud 68,4%-ni dənli və dənli paxlalıların əkin sahəsi, 1324,3 hektarını, yaxud 7,8%-ni kartof, tərəvəz və bostan əkin sahəsi, 721,7 hektarini, yaxud 4,2%-ni texniki bitkilər əkin sahəsi, 3336,5 hektarını və ya 19,6%-ni yem bitkilərinin əkin sahəsi təşkil etmişdir. Ümumiyyətlə rayonda bütün əkin sahələri əsasən əhali təsərrüfatları tərəfindən becərilir.

2017-ci ilin məhsulu üçün 555,9 hektar sahədə yazlıq dənlilər səpilmişdir ki, bundan 11,5 hektarı buğda, 34,0 hektarı vələmir, 504,8 hektarı qarğıdalı, 5,6 hektarı darı olmuşdur. Keçən ilə nisbətən yazlıq bitkilər 124,4 hektar artıq səpilmişdir. Bütün əkinlər əhali təsərrüfatları tərəfindən əkilmişdir.

2017-ci ilin məhsulu üçün payızlıq və yazlıq 11636,2 hektar dənlilər və dənli paxlalılar biçiləcək sahə olmuşdur. Bu da keçən ilə nisbətən 3385,7 hektar çoxdur. Biçiləcək sahənin payızlıqlardan başqa 504,8 hektarı qarğıdalı, 5,6 hektarı darı, 11,5 hektarı buğda, 34,0 hektarı vələmir, 52,0 hektarı dənli paxlalılardır. Keçən ilə nisbətən qarğıdalı 180,8 hektar, paxlalılar isə 32,0 hektar çoxdur.

721,7 hektar sahədə yazlıq texniki bitkilər əkilmişdir. Əkilmiş sahənin 50,0 hektarı tütün, 523,3 hektarı şəkər çuğunduru, 62,5 hektarı günəbaxan, 85,9 hektarı süpürgədir. Keçən illə müqayisədə tütün əkilmiş sahə 5 dəfə çox, günəbaxan əkilmiş sahə 16 hektar çox, süpürgə əkilmiş sahə 65,9 hektar çoxdur. Çuğundur keçən il rayonda əkilməmişdir.

2017-ci ildə rayonda 1324,3 hektar sahədə kartof, tərəvəz və bostan məhsulları əkilmişdir ki, ondan 809,1 hektarı kartof, 483,8 hektarı tərəvəz, 31,4 hektarı bostan əkilmiş sahədir. Keçən illə müqayisədə tərəvəz 50,8 hektar çox, kartof isə 476,1 hektar artıq səpilmişdir. Bostan məhsullarının səpini isə keçən ilə nisbətən 3,1 hektar az olmuşdur.

Bitkiçiliyin ən mühüm sahəsi tərəvəzçilikdir. 2017-ci ilin məhsulu üçün rayonda 483,8 hektar sahədə əkilmiş tərəvəz sahəsindən 12130,0 ton məhsul istehsal olunmuşdur. Tərəvəz əkilmiş sahənin 50,0 hektarını kələm, 114,2 hektarını xiyar, 182,6 hektarını pomidor, 6,0 hektarını xörək üçün yerkökü, 25,5 hektarını baş soğan, 2,5 hektarını sarımsaq, 44,6 hektarını badımcan, 24,3 hektarını şirin bibər, 17,7 hektarını acı bibər, 7,0 hektarını turp, 9,4 hektarını göyərti əkilmiş sahə təşkil etmişdir.

Cəmi əkin sahəsinin 3336,5 hektarı yem bitkiləridir ki, ondan 630,5 hektarı cari il yoncası, 2706,0 hektarı isə keçmiş illərdə əkilmiş yoncadır. Keçən illə müqayisədə cari ildə əkilmiş yonca 25,5 hektar, keçmiş illərdə əkilmiş yonca isə 2303,0 hektar az olmuşdur. Bu il rayonda şəkər çuğunduru istehsalına başlanmışdır.

Sahələrdə məhsul toplanışı başa çatmışdır. 2017-ci ildə taxıl əkilmiş sahənin 11039,8 hektarından 36469 ton məhsul toplanmışdır ki, bunun da 8289,2 hektarı buğda sahəsidir və bu sahədən 29840,0 ton buğda, 2750,6 hektar arpa əkilmiş sahədən 6629,0 ton məhsul toplanmışdır. Taxılın orta məhsuldarlığı rayon üzrə 35,6 sentner olmuşdur. Qarğıdalı əkilmiş sahədən 2726,0 ton məhsul toplanmışdır. İl ərzində sahələrdən 132,0 ton günəbaxan, 502,0 ton bostan məhsulları, 12130,0 ton tərəvəz, 22000,0 ton kartof, 5387,0 ton çuğundur toplanmışdır. Məhsuldar meyvə bağlarından 15667,0 ton meyvə toplanmışdır. Bar verən üzüm sahələrindən 3250 ton üzüm toplanmışdır.

2017-ci ildə 48,9 hektar sahədə yeni fındıq bağı, fındıq bağının ümumi sahəsi 222,8 hektara çatdırılmışdır. Son iki il ərzində 8,7 hektar sahədə barama istehsalı üçün tut bağı salınmışdır.

1 yanvar 2018-ci il tarixə 13563 hektar sahədə şum qaldırılmışdır, 12351,7 hektar sahədə payızlıqların səpini aparılmışdır ki, bununda 8915,2 hektarı buğda, 3436,5 hektarı isə arpadır.

2016-cı ildən barama və tütün istehsalına başlanmışdır. 2017-ci il ərzində 4623 kq barama, 80,2 ton qurudulmuş tütün yarpağı istehsal olunub təhvil verilmişdir.

2017-ci ildə keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5,5 ton artaraq 5589,2 ton, süd istehsalı 8,3 ton artaraq 31180,5 ton, yumurta istehsalı 156 ədəd artaraq 11809 ədəd, yun istehsalı 1.5 ton artaraq 272,5 ton olmuşdur Bu artım əsasən əhali təsərrüfatlarının hesabına olmuşdur.

2018-cı ildə keçən ilin müvafiq dövrünə nisbətən İri buynuzlu mal-qara 31135, inək və camışlar 0,8 faiz artaraq 16595, Qoyun və keçilər 0,6 faiz azalaraq 147469 baş olmuşdur.

Nəqliyyat

2017-ci İl ərzində nəqliyyat sektorunda məhsul buraxılışı fiziki şəxslərdə nəzərə alınmaqla 6233,4 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 3,4 faizini təşkil etmışdir. Nəqliyyat sektorunda məhsul buraxılışının həcmi keçən illə müqayisədə 102,7 faiz təşkil etmişdir. Məhsul buraxılışının 2312,8 min manatı yük daşınmasından, 3920,6 min manatı isə sərnişin daşınmasından əldə olunan gəlirdir.

İl ərzində yük daşınmasının həcmi 1599 min ton olmuş bu da əvvəlki dövrlə müqayisədə 3,3 faiz çoxdur. İl ərzində 15930 min nəfər sərnişin daşınmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.

Təbii qazıntılar

Rayonda mərmər, tikinti daşı, əhəng daşı, sement istehsalı üçün xammal, gil, qum-xır və qurğuşun ehtiyatları mövcuddur.

Turizmi

Turizm statistikası
Sıra   2010 2012 2013 2014 2015 2016
1 Mehmanxana və mehmanxana tipli müəssisələrin sayı, vahid 8 8 8 8 7 8
2 Nömrələrin sayı, vahid 133 133 133 133 106 102
3 Birdəfəlik tutum, yer 272 272 272 272 224 216
4 Yerləşdirilmiş şəxslərin sayı, nəfər 1210 2828 2735 2179 1914 1926
5 Gecələmələrin sayı, adam-gecə 1365 3833 5901 4405 4988 5254

İdman

Hazırda rayonda təlim-məşq və sağlamlıq məşğələləri üçün 115 idman qurğusu fəaliyyət göstərir. 1 Olimpiya İdman Kompleksi, 1 Şəhər Stadionu, 1 Kompleks İdman Qurğusu, 2 Üzgüçülük Hovuzu, 29 təhsil müəssisələrinin idman zalları, 115 sadə idman qurğuları, 1 Atıcılıq Tiri, 5 Aerobika trenajor zalı fəaliyyət göstərir.

Futbol

"Göyəzən FK" — Azərbaycanın Qazax rayonunu təmsil edən futbol klubudur. 1986-cı ildə Qazaxda yaranmışdır. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. UEFA Regional Kubokunun iştirakçısı olub.

Uğurları

  • Azərbaycan SSR Milli Futbol Çempionatı:
    • Çempion (1) - 1986
  • Azərbaycan Birinci Divizionu:
    • İkinci (1) - 2003-04
    • Üçüncü (1) - 2006-07

Hal-hazırda Azərbaycan Birinci Divizionunda çıxış edir.

Avtomobil və dəmir yolları

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 44 kilometri, Qazax-Uzuntala-Ermənistan avtomobil yolunun 15 kilometri Qazax rayonunun ərazisindən keçir. Onların hər ikisi ikinci kateqoriyalı yoldur.

Qazax Dəmiryol Stansiyası - Rayonun ərazisindən keçən dəmir yolunun uzunluğu 28 km-dir. İşğal altında olduğuna görə onun 22 km-dən istifadə olunmur. Həmin yol da ikinci kateqoriyalı yoldur.

Tanınmış soyları

  • Seyidovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Hacı Mahmud Əfəndinin soyundandırlar. Qazax rayonunun Aslanbəyli kəndinə mənsub Şeyxnəsli və ziyalı soydur. Soyun 2 qolu var: Molla Seyid törəmələri və Hacı Mahmud Əfəndi törəmələri. Molla Seyidin törəmələri Azərbaycanda yaşayırlar və Molla Seyidlilər kimi tanınırlar. Bir çox ziyalıları, Müxtəlif sahələrdə nüfuz qazanmış nümayəndələri ilə tanınırlar. Hacı Mahmud Əfəndinin törəmələri isə əksəriyyəti Türkiyədə, digərləri isə Azərbaycanda yaşayırlar. Türkiyədə yaşayanların böyük qismi Amasya ilində və Amasya şəhərində yaşayırlar. Onların arasında Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatları, bir çox ziyalılar, İlahiyyat alimləri və müxtəlif sahələrdə nüfuz qazanmış şəxslərdə var. Bu soy Professor, Fəlsəfə doktoru, Elmlər namizədi elmi dərəcələrini almış bir çox ziyalı nümayəndələri, idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Qaranilər soyunun davamçı nəsillərindən biridir. Qaranilər Osman Türk mənşəli Yəmən tayfalarından biridir (6-cı əsr). Qaranilər soyunun qədim kökü Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof olan Veysəl Qaraninin soyundan (Qaranilər) gəlir.
  • Vəkilovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax qəzasının Yuxarı Salahlı kəndinə mənsub bəy nəslidir. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Bu soy bir çox elm xadimləri, şairləri, müxtəlif sahələrdə nüfuz qazanmış şəxsləri ilə də tanınır.
  • Şıxlinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax qəzasının Şıxlı kəndinə mənsub bəy nəslidir. Şıxlınskilər öz soyadlarını Şıxı ağadan alıblar. Bu soy iki qola ayrılırdı. Şıxlinskilər və Alqazaxlar. Alqazax Şıxliniskilər nəsilinin qədim soyadıdır. Soyun ulu babası Ağdolaq Məmməd ağa Qazax qəzasına Şəmkirdən köçüb gəlmişdir. Onun iki övladı vardı. Böyük oğlu Şıхı coх ağıllı və sakit, kiçik oğlu Alqazaх çoх igid, amma dəlisov bir adam idi. Sonradan nəslin hər iki qolu Şıхlinski soyadına keçdi. Bu soy hərbiçiləri, elm xadimləri və şairləri ilə də tanınır.
  • Dilbazilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax qəzasının Xanlıqlar (Musaköy) kəndinə mənsub bəy nəslidir. Dilbazilər soyadı Nadir şahlabağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst. Mənası: "əcəb ürəkli adamdır". Dilbazoğulları sırf türk əsilli olmaqla, mənşələri Qaray/Qaraylı/Qaraman adı ilə tarixi qaynaqlarda qeyd olunan, XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinin başlanmasına qədər Qazax bölgəsində böyük kütlə halında yaşamış çoxsaylı tayfa ilə bağlanır. Söykökü Qazax mahalının qədim Xanlıqlar kəndi ilə lokallaşır. Soykökün keçmişi ilə bağlı rəvayətlərə söykənsək, onların öncəki adı Xanoğulları olmuşdur. Dilbazilər onlara XVIII yüzilin birinci yarısında verilmiş addır. Nəslin ulu əcdadı Allahyarbəy Qaraylı (XVII əsr) savadlı və qoçaq bir adam kimi xatırlanır. Bu soy bir çox elm xadimləri və şairləri ilə də tanınır.
  • Qayıbovlar (II) — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Aşağı Salahlı kəndinə mənsub bəy nəslidir.
  • Qiyasbəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Dağ Kəsəmən və Kəmərli kəndinə mənsub bəy nəslidir. Əsasən Dağ Kəsəmən kəndində məskunlaşıblar.
  • Əfəndiyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonuna mənsub nəsildir. Yusif Allahyarzadənin ulu babası Mustafa kişi 1780-ci illərdə Qazax mahalından Qarayazıya, oradan da Borçalı mahalının Hasanxocalı kəndinə köçüblər. Soyun davamçıları Hasanxocalıda, Arıxlıda, Tiflisdə, Gəncədə, Bakıda, Türkiyədə, Rusiyanın bir neçə vilayətində məskunlaşıblar.
  • Miralayevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Daş Salahlı kəndinə mənsub bəy nəsildir.Əslində bu soy "Miralay" olmalıdır. Qazaxlılar davamlı olaraq Osmanlı ordusunda xidmət etdiyinə görə soy adı "Miralay"-Əmiralay-Alay Əmiri (indiki Polkovnik) hərbi rütbəsindən götürülmüşdür.Hazırda bu soy Miralılar kimi tanınır.Bu günədək qalmış Miralaylar (Miralılar) şəcərəsindən (soy ağacından) göründüyü kimi bu soyun 450 illik tarixi məlumdur. Qazax sultanlığı dövründə Qazax Sultanlarından biri Miralı bəy olmuşdur.
  • Carçıyevlər (Carçılılar və ya Carçıoğlular) - Azərbaycan xalqının tanınmış soylarından biri. XVII əsrdə Ağstafa rayonunun Kəsəmən kəndindən Qazax rayonunun Çaylı kəndinə köç ediblər. Bu soyun bir qolu Gürcüstan Respublikasında (Borçalı, Marneuli rayonu, Gorarxı kəndi), bir qolu Qərbi Azərbaycan (Göyçə mahalı, Ağbaba) məskunlaşmışlar. Soyun bir qismi sonradan Babaxanov, Ağbabada qalan qolları isə Eminov soyadlarına keçmişdirlər.
  • Nəcəflilər — Aslanbəyli kəndinə mənsub məşhur bəy və qaçaq nəsli. Qaçaq Kərəmin soyundandırlar. Soyun ulu babası Qaçaq Nəcəf Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Bu nəslin nümayəndələri igidlikdə şan-söhrət qazanmışlar. Bir çox idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax Sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmənərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndərin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar.
  • Qapcıllı nəsli — Qazax rayonunun tanınmıs nəsillərindən biridir. Kəmərli kəndinə mənsubdur. Kəmərli kəndinin ən qədim nəsillərindən biridir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi, 1 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Əhaliyə 1 “Diaqnostika mərkəzi”, 7 xəstəxana, 19 ambulator-poliklinika, 17 tibb və feldşer-mama məntəqəsi səhiyyə xidməti göstərir.

Qoruqları

Qazax rayonunda “Avey” Dövlət Qoruğu fəaliyyət göstərir. Qoruq 1989-cu ildə yaradılmışdır. Qoruğun ərazisində elmi-tədqiqat işləri aparmaq üçün Əskipara, Göyəzən və Damcılı filialları yaradılmışdır. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, etnoqrafiya, bədii və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində yüzlərlə tarix və mədəniyyət abidələri vardır. Onlar Qoruğun əsas mülkiyyəti hesab olunur. Bu abidələrdən 15-i memarlıq, 36-ı arxeoloji və 5-i dekorativ tətbiqi sənət nümunələridir.

Qoruq rayonun müxtəlif qədim tarixi dövrlərə aid olan arxeoloji və memarlıq abidələrini, etnoqrafiya materiallarını tədqiq edib öyrənir.

Maddi-mədəni irsi

Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.

Rayonun məşhur abidələri aşağıdakılardır:

  1. Səməd Vurğunun Poeziya Evi — Yuxarı Salahlı kəndində yerləşir. 17 noyabr 1976-cı ildə şairin anadan olmasının 70 illiyi ilə əlaqədar açılmışdır.
  2. Qazax Tarix-Diyarşünaslıq Muzeyi — Tarix-Diyarşünaslıq muzeyi — 1984-cü ildə yaradılmışdır.
  3. Qazax Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır.
  4. Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi — 1970-ci ildə M.P.Vaqifin xatirə muzeyi kimi yaradılmışdır.
  5. Qazax Müəllimlər Seminariyasının binası — 1910-cu ildə inşa edilmişdir.
  6. Damcılı mağarası — Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat kilometrdir. Mağarada aparılan qazıntılar zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta əsrlərə aid materiallar tapılmışdır. Qazıntılar zamanı 8 mindən artıq arxeoloji materiallar tapılıb. Damcılı mağara düşərgəsi dünya əhəmiyyətli abidələr sırasına daxildir.
  7. Hacı Mahmud Əfəndi türbəsi (Göy türbə) — Qazax rayonunda Aslanbəyli kəndindədir. 1896-cı ildə inşa edilmişdir. Yerli Əhəmiyyətli Tarixi Abidədir.
  8. Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası — yaşayış evi və müsafirxana. Hacı Mahmud əfəndinin yaşayış evi Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir. Bu ev qonşuluqdakı müsafirxana (qonaq evi) və məscid ilə birlikdə vahid bir kompleks təşkil edir. Yerli daşdan tikilən bina XIX yüzilliyin imkanlı kənd sakinlərin mülkləri üçün səciyyəvi olan bir görkəmə malikdir.
  9. Aslanbəyli məscidi. 1909 — Qazax rayonunun Aslanbəyli kəndində yerləşən məscid. Hacı Mahmud Əfəndinin xatirəsinə ucaldılan məscid onun adını daşıyır. Məsciddə yerli dindar və möminlər ibadət edirlər. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir.
  10. Beş kurqan (Tunc dövrü) — Aslanbəyli kəndinə gedən yolun sol tərəfində yerləşir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
  11. Hürmələk təpəsi. — Qazax rayonunun Aslanbəyli kəndində yerləşən təpə, Ziyarətgah. Yuxarı Salahlı-Aslanbəyli yolunun qırağında bir təpə yerləşir. Bu təpə XİX əsrdə yaşamış Hürmələk nənənin adı ilə tanılır.
  12. Sınıq Körpü — Qazax rayonunun İkinci Şıxlı kəndində Ehram (Xram) çayı üzərindədir. XII əsrdə inşa edilmiş bu körpü dörd aşırımlıdır.
  13. Didevan dağı — Xanlıqlar kəndi ərazisində yerləşir. VI-VII əslərə aiddir. Müdafiə xarakterli bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr siyahısına daxildir.
  14. Baba-Dərviş yaşayış məskəni — Dəmirçilər kəndi ərazisindədir. Baba Dərviş yaşayış məskənində dini abidə olan 3 türbə var. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
  15. Sarvantəpə qədim yaşayış məskəni — Rayonun Çaylı kəndi ərazisində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış məskəni.
  16. Sarıtəpə yaşayış yeri — Qazax şəhərinin cənub-şərqində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
  17. Cümə məscidi — Qazax şəhərindədir. 1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun təşəbbüsü ilə tikilmişdir. Baş ustası mahir bənna Müzəffər Hüseynovdur.
  18. Alban Avey məbədi — Avey dağının cənub zirvəsində 992,5 m yüksəklikdədir. Məbəd V-VI əsrlərə aiddir. Ölkə əhəmiyyətli tarixi və mədəni abidədir.
  19. İsrafil ağa hamamı (1905-1907) — Qoşa günbəzli hamam olub, Qazax şəhərin mərkəzində, məscidin qarşısında yerləşir.
  20. Şıxlı insan düşərgəsi — Birinci Şıxlı kəndinin yaxınlığında aşkar olunmuşdur. Aparılmış qazıntılar zamanı 1023 məmulat tapılmışdır. Burada Uzundərə, Çınqıltəpə, Acıtəpə mustye yaşayış məskənləri də aşkar edilmişdir.
  21. Əskipara məbədi — Aşağı Əskipara kəndi ərazisndə yerləşən məbəd V-VIII əsrlərdə tikilmişdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçıhəkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir. Ölkə əhəmiyyətli tarixi və mədəni abidədir.
  22. Alban məbədinin qalıqları (Kəmərli) — Qazax rayonunun Kəmərli kəndində yerləşir. Orta əsrlərə aiddir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
  23. Atəşpərəstlər daxması (Xanlıqlar) — Qazax rayonunun Xanlıqlar (Musaköy) Köçəskər kəndləri arasında yerləşən qədim yaşayış yeridir. e.ə. VI əsrə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
  24. Börgin Ağzı yaşayış yeri — Qazax rayonunun Daş Salahlı kəndindən Aslanbəyli kəndinə gedən yolun 500 metr qərbində yerləşir. Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
  25. Qiyaməttəpə yaşayış yeri (Qazax) — Qazax konserv zavodunun yanında yerləşir. Eneolit dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
  26. Boztəpə yaşayış yeri (Daş Salahlı) — Qazax rayonunun Daş Salahlı 1 kilometr şərqdə yerləşir. Son Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
  27. Qazaxbəyli təpələri — Qazax rayonunun Qazaxbəyli kəndi yaxınlığında bir-birindən 250–300 m aralıda yerləşən təbii təpələr.Qazaxbəyli təpələrində 1952-ci ildə erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq aşkar edilmişdir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
  28. Gəmiqaya təpəsi — Bakı-Tbilisi avtomagistralın sağ tərəfində, Birinci Şıxlı kəndinin yaxınlığında erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid təpə.
  29. Yeddi qardaş arxeoloji abidəsi — Dəmirçilər kəndində yerləşən arxeoloji abidə
  30. Çaylı kəndində körpü — Bu körpü Çaylı (Qazax)) kəndində yerləşir. Tikilmə tarixi son orta əsrlərə aiddir.
  31. Qatır körpüsü (Yuxarı Əskipara) - XII-XIII əsrlər — Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi yaxınlığında tikilmişdir. Yerli əhəmiyyətli tarixi və mədəni abidədir.
  32. Yeraltı yol (Yuxarı Əskipara) - (XIV əsr) — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
  33. Yeraltı su kəməri (Yuxarı Əskipara) — Qazax rayonunun Yuxarı Əskipara kəndində yerləşən ölkə əhəmiyyətli arxeoloji abidə.
  34. Göyəzən dağında Yeddibürclü qala — Bu müdafiə istehkamı Qazax bölgəsinin simvolu sayılan Göyəzən dağın ətəyində yerləşir. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi söylənir. Ətrafda qazıntı işləri aparılmışdır.
  35. Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Güman edilir ki, qala təxminən VI-VII əsrlərdə inşa olunub. XX əsrin ortalarınadək bura ziyarətgah olub. Ölkə əhəmiyyətli tarixi və mədəni abidədir.
  36. Dördkünclü qala (Yuxarı Əskipara) — Coğas çayının sahilində ucaldılmışdır.
  37. Rus Pravoslav kilsəsi (Qazax) (1897)-(1905) — Kilsə binası Qazaxda yerləşir.
  • Çempion ağacları - Yuxarı Salahlı kəndinin kənarında Aveydağın ətəyindəki “Qarabulaq” ərazisində yerləşir. İki ədəd 400 yaşlı əzəmətli şərq çinarı.

Qeyri-maddi irsi

2010-cu ildə "Qazax - Azərbaycanın folklor paytaxtı" elan olunmuşdur.

  1. Qazaxda aşıq sənəti — Qazax folklorunun ən uca zirvələrindən biri aşıq sənəti ilə bağlıdır. Qazax aşıqlar vətəni kimi ad çıxarıb. Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Aşıq Məmmədyar, Aşıq Canallı Məmməd, Dərya Məhəmməd, Aşıq Avdı Avdıyev, Aşıq Kərəm, Aşıq Cəlal, Aşıq Ədalət kimi ustad sənətkarlar bu elin əsl mənəvi sərvətidir.
  2. Qazax xalçaları — Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Qazax şəhəri və ətraf kəndləri əsrlər boyu Azərbaycanın xalçaçılıq mərkəzlərindən biri olubdur. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə edilir. Hələ keçən əsrin əvvəlində burada yaşayan hər Azərbaycan ailəsi ildə 4-5 xalça toxuyardı. Cavan gəlinlərin özlərinə cehizlik xalçalar toxuması isə buranın qədim el adət idi.
  3. Dilbaz atı (Qazax atları) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir. Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır.
  4. Qazağı rəqsi — Ən qədim Azərbaycan rəqslərindən biri. Adından göründüyü kimi rəqs Qazax zonasında yaranmışdır. Fərz olunur ki, Qazağı döyüşçü rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edərmişlər. Rəqs nikbinlik və qəhrəmanlıq pafosu ilə yanaşı incəlik və təmkinliklərlə zəngindir. Olduqca yeyin hərəkətli, coşqun, texniki baxımdan mürəkkəb elementlərlə zəngin və solist intonasiyalı rəqsdir. Rəqs ifa olunarkən sərrast hərəkətlər və daxili qüvvənin əzəməti tələb olunur. Çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir.

Görkəmli şəxsləri

  • Hacı Mahmud Əfəndi (d. 1835 – ö. 1896) — Şeyx, məşhur din xadimi, şair, təsəvvüf alimi. Aslanbəyli kəndinə mənsub Seyidovlar soyunun Ulu babası Hacı Mahmud Əfəndidir
  • Molla Pənah Vaqif (1717-1797) – görkəmli Azərbaycan şairi və ictimai xadim. Qarabağ xanının vəziri olmuşdur.
  • Səməd Vurğun (1906-1956) – görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), 2 dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956).
  • Molla Vəli Vidadi – (1707-1809) görkəmli Azərbaycan şairi.
  • Qaçaq Kərəm(1860-1910)- Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq.
  • İsrafil ağa Kərbəlayev(1866-1917)- XX əsrin əvvələrinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi.Qaçaq Kərəm ilə qan düşməni olmuşdur.
  • Balasöyün- XIX əsrin sonu, XX əsrin əvvələrində tanınmış qaçaq.Qaçaq Kərəmin silahdaşı və bibisi oğludur.Xalq şairi Hüseyn Arifin babasıdır (ata babası).
  • İsfəndiyar Haqqıxlı- tanınmış qaçaq.Qaçaq Kərəmin silahdaşı.
  • Əlimərdan bəy Topçubaşovun anası Sevər xanım Vəkilova rayonun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.
  • Rəşid Behbudovun anası Firuzə Vəkilova rayonun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır.
  • Mirzalı ağa Kosalı (Kosaoğlu)-16 – 17-ci əsrlər. Qədim əsərlərdə ərəb əlifbasında "ı" hərfi olmadığına görə, bu soy ad Kosalu şəklində yazılmışdır.
  • Vəkil Kazım ağa Mirzalı ağa oğlu Kosalı (Kosaoğlu)-17- ci əsr. Vəkil-müəyyən inzibati vahiddə işləri idarə edən, diplomatik funksiyalara da malik olan şəxs.
  • Vəkil Səfixan bəy Kərim ağa oğlu- 18-ci əsr.
  • Vəkil Məhəmməd Şərif ağa Molla Əhməd oğlu Kosalı (Kosaoğlu)-18-ci əsr.
  • Vəkil Pənah bəy Məhəmməd Şərif ağa oğlu Kosalı (Kosaoğlu)- 18-ci əsr.
  • Vəkil Alı ağa- mayor – Pənay bəy oğlu Kosalı (Kosaoğlu)- 18-19-cu əsrlər.
  • Veys Qarani (Təqribi 1800 və ya 1805 təvəllüdlüdür) — Məşhur din xadimi, sufi şeyxi. Seyidovlar soyunun əcdadı Hacı Mahmud Əfəndinin atasıdır. Aslanbəylikəndindəndir.
  • Hüseyn Əfəndi Qayıbov – (1830-1917) Maarifpərvər din xadimi, ədəbiyyatşünas, publisist, Qafqaz müftisi, Qafqaz Ruhani İdarəsinin rəisi.
  • Molla Seyid — (Təqribi 1835 və ya 1840 təvəllüdlüdür) — Bəy, Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi, Aslanbəyli kəndində dükanı olan ilk tacir. Hacı Mahmud Əfəndinin əmisi oğludur. Seyidovlar soyunun Molla Seyidlilər qolunun əcdadıdır.
  • Əhməd Əfəndi (din xadimi) (d. 1875 (Aslanbəyli) – ö. 1982) — Qazax rayonu, İncə dərəsi eli və Türkiyənin Amasiya şəhərində məşhur din xadimi. Seyidovlarsoyundandır. Hacı Mahmud Əfəndinin kiçik oğludur.
  • Həmid Əfəndi (d. ≈ 1875 və ya 1880 (Aslanbəyli) — Qazax rayonu və İncə dərəsi elində məşhur din xadimi. Ana tərəfdən Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin əmisi oğlu Molla Seyidin nəvəsidir. Türkiyədə dini ali təhsil almışdır.
  • Yusif əfəndi Allahyarzadə (1859-1943) — Məşhur din xadimi, Borçalı qazısı.
  • Nadir bəy Qayıbov(1874- ?)- Azərbaycan ziyalısı, Qafqaz müftüsü.
  • Müftü Osman Əfəndi (1850)- Qafqaz müsəlmanlarının II Müftisi.
  • Hacı Allahyar ağa Dilbazov (?-1866) Azərbaycan nəqşibəndi.
  • Əliağa Şıxlinski – (1865-1943) artilleriya general-leytenantı, Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini, "Rus artilleriyasının Allahı" adı ilə məşhurdur.
  • Qalib bəy Vəkilov (1888-1937) – Rusiya İmperator Ordusunda, daha sonra Azərbaycan Demokratik Respublikasında artilleriya generalı. General-leytenant. "Müqəddəs Georgi" ordenli.
  • İbrahim ağa Vəkilov – (1853-1934) general-mayor, ilk azərbaycanlı hərbi topoqraf, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət. Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın "Şire-Xorşid" ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. Paşa ağa Vəkilovun oğlu, Qalib bəy Vəkilov, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın atasıdır.
  • İbrahim ağa Usubov – (1872-1920) genaral-mayor, diviziya komandiri. Hərbiyyə naziri yanında tapşırıq generalı. Üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Georgi" ordenli. Hüseyn Əfəndi Qayıbovun kürəkənidir.
  • Cavad bəy Şıxlinski – (1876-1940) general-mayor, diviziya komandiri. “Müqəddəs Georgi” və “Müqəddəs Vladimir” ordenli.
  • Osman ağa Gülməmmədov – (1892-1950) Üç dəfə Georgi xaçı kavaleri, "Müqəddəs Georgi" medalı (dördüncü, üçüncü və ikinci dərəcəli), polkovnik.
  • Kərim Vəliyev (d.1961) - Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi, General-leytenant. Anası Leyla Kərim qızı Vəkilova Vəkilovlar soyundandır.
  • Əli Ömərov(d.1947)- Azərbaycan Respublikası Baş Prokuroru, Həqiqi Dövlət Ədliyyə Müşaviri, (Ədliyyə Ordu Generalı).
  • Şahin Məmmədov (d.1961)- Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, General-leytenant.
  • Rövşən Əliyev (kriminalist)(1958-2002)-Azərbaycan Respublikası Baş prokurorunun müavini- Azərbaycan Respublikasının Hərbi prokuroru.
  • Rüstəm Şıxlinski (d. 1878 - ö. 1920) — Hərbçi. Polkovnik, “Müqəddəs georgi” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskininqardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, Hüseyn Əfəndi Qayıbovun nəvəsidir.
  • Sayad Zeynalov – (1886-1942) "Müqəddəs Georgi" ordeninin hər 4 dərəcəsi ilə təltif edilmişdir.
  • Fərrux ağa Qayıbov – (1889-1916) ilk azərbaycanlı hərbi təyyarəçi, üçüncü dərəcəli "Müqəddəs Stanislav", Müqəddəs Anna ordeni, ölümündən sonra 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.
  • Abbasqulu bəy Vəkilov (1854-1927) - polkovnik. Kavaler ordenləri, Hərbi fərqlənmə ordenilə (1861), üçüncü dərəcəli Müqəddəs Stanislav (1873), dördüncü dərəcəli Müqəddəs Vladimir (bant və qılıncla birgə, 1873), ikinci dərəcəli Müqəddəs Stanislav (qılıncla birgə, 1879), ikinci dərəcəli Müqəddəs Anna (1888) və başqa orden, medalla təltif olunmuşdur.
  • Mirzə Xudadat bəy Vəkilovun ata yurdu – polkovnik. Əlimərdan bəy Topçubaşovun dayısı, Məmmədrza ağa Vəkilovun əmisi oğlu.
  • Çingiz Alqazax (Şıxlinski) (d. 1938 - ö. 1992) — Hərbi təyyarəçi, albay (polkovnik), Paraşüt-desant idmanı üzrə Avropa çempionu, Türkiyə Silahlı Qüvvələrinin aviasiya hərbi eskadrilyasının komandiri.
  • Gəray bəy Vəkilov(1884-1952)-1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçılarından olub.Birinci süvari alayının komandiri kimi Gəncə, Tərtər və Bakıda xidmət edib.1920-ci ilin əvvələrində isə Bakıdakı birinci kadet korpusunda hərbi təhsil idarəsinin rəisi idi.(polkovnik)
  • Hüseyin Hacıyev- II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman (polkovnik).
  • Oktay Seyidov (d. 1959 – ö. 2003) Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur.Aslanbəyli kəndindəndir.
  • Vüqar Allahquliyev- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hissə komandiri, general-mayor.
  • Mahmud Həmzəyev-Silahlı Qüvvələrin General-mayoru.
  • Şirin bəy Kəsəmənli(1887-1920)-Hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik.
  • İlqar Nəsibov- Hərbi Komissar, polkovnik.Aslanbəyli kəndindəndir.
  • İlqar Abdullayev- Silahlı Qüvvələrin polkovniki.Qaymaqlı kəndindəndir.
  • İmran Məmmədov- Silahlı Qüvvələrin polkovniki.Qaymaqlı kəndindəndir.
  • İbrahim Vəkilov- Hərbi Komissar, polkovnik, Azərbaycan Boks Federasiyasını üzvü.
  • İsa Vəliyev - Heydər Əliyev adına hərbi akademiyanın qərargah rəisi, Polkovnik-leytenant.
  • Qaratel Hacımahmudova— (1948-1992) "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi.
  • Mühid Orucov (1984-2016) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. "İgidliyə görə" medalı ilə təltif olunub.
  • Elvin Namazov (1990-2016) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
  • Orxan Əliyev (şəhid) (1995-2016) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. Aslanbəyli kəndindəndir.
  • İsə Almazov - (1977-2014) - Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Cəfərli kəndindəndir.
  • Mustafa Bəy Miralayev 19-cu əsrin 60-cı illəri — Bəy. Hacı Mahmud Əfəndinin qızlarından Səyalı xanımın həyat yoldaşıdır. Qazax rayonunun Aslanbəylikəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin (Göy Türbə) inşasına Mustafa bəy rəhbərlik etmişdir.
  • Mədət bəy Alinaqov- Salahlı bəylərindən, Səməd Vurğunun "Komsomol poemasında" Gəray bəy obrazının prototipi (prof. Mehdixan Vəkilovun xatirələri üzrə).
  • Məmmədrza ağa Vəkilov – (1884-1944) ADR Parlamentinin üzvü, Bakıda ilk poliklinika xidmətinin təşkilatçısı. Fəxri Vəkilovun atası, Mənsur Vəkilovun babası.
  • Muxtar Hacıyev- İlk spiker, 1921-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə (MİK) ilk sədri olmuşdur.
  • Mustafa bəy Vəkilov – (1896-1965) ADR Parlamentinin üzvü, Daxili İşlər Naziri, Moskva Universiteti hüquq fakültəsinin məzunu, görkəmli siyasi xadim.
  • Rəhim bəy Vəkilov – (1898-1934) ADR Parlamentinin üzvü, görkəmli siyasi xadim.
  • Məmməd ağa Vəkilov- (1862-1941) ADR Parlamenti dəftərxanasının rəisi, Qori seminariyasının məzunu, türkoloq.
  • Faris bəy Vəkilov (1886-1978) – ADR-in Gürcüstanda diplomatik nümayəndəsi. İbrahim ağa Vəkilovun oğlu.
  • Kamal Qarani — (d. 1923 – ö. 2008) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Seyidovlarsoyundandır. Hacı Mahmud Əfəndinin nəvəsi, Məhəmməd Əfəndinin oğludur.Aslanbəyli kəndindəndir.
  • Məşədi İbrahim Kosalı (Məşədi İbrahim bəy) – xeyriyyəçi. 17 otaqdan ibarət mülkünü 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına bağışlamışdır.
  • Çingiz ağa Dilbazov–(1857-1942)xeyriyyəçi. Qazax şəhər Poliklinikasının binasını tikdirmişdir.
  • Qara Rüstəm Vəkilov- xeyriyəçi, cəsur və ədalətli insan.
  • Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" (1859-1917) – Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır.
  • Hacı Rəhim ağa Dilbazov "Vəhidi" –Azərbaycan şairi (XIX əsr (1822-1874)
  • Mustafa ağa Arif (Şıxlinski) – (1774-1845) şair. Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biridir.
  • Kazım ağa Salik (Şıxlinski) – (1781-1842) görkəmli Azərbaycan şairi. Molla Pənah Vaqif ənənələrini öz şerlərində yaşatmaqdır.
  • Mirzə Nəbi Qayıbzadə (1810-1869) - şair. Abbas ağa Nazirin atasıdır.
  • Abbas ağa Nazir (Qayıbzadə) – (1849-1919) şair-tərcüməçi.
  • Şahnigar ağa Rənçur – (1850-1890) sufi ruhlu şerlər yazıb.
  • Camal ağa Dilbazi (1860-1945) - Azərbaycan şairi (XIX əsr), zəmanəsinin dərin bilikli alimi, sufi şairi və ictimai xadimi, Qazax şəhəri idarəsinin başçısı (1917-19). Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin oğludur.
  • Hacı Kərim Sanılı – (1878-1938) şair-pedaqoq.
  • Abdulla bəy Divanbəyoğlu – (1883-1936) yazıçı. Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biridir.
  • Yəhya bəy Qazaği – (... - 1941) şair. Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsidir.
  • Osman Sarıvəlli – (1905-1990) Azərbaycanın xalq şairi. 1937-ci ildən ildən AYB-nin üzvü, , Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini, "Oktyabr İnqilabı" ordenli.
  • Mehdi Hüseyn – (1909-1964) Azərbaycanın xalq yazıçısı (1964). Görkəmli yazıçı-dramaturq, nasir, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Stalin mükafatı laureatı (1950), "Qırmızı Əmək Bayrağı" ordenli, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-65), 1941-cı ildən Sov.İKP üzvü.
  • Mirvarid Dilbazi – (1912-2001) Azərbaycanın xalq şairi (Qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu ada layiq görülmüşdür). 1934-cü ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi (1976), İki dəfə Şərəf Nişanı ordenli, "Qırmızı Əmək Bayrağı" və “İstiqlal” ordenli (1997).
  • Yaqut Dilbazi – (1910-1994) Azərbaycan yazıçısı.
  • Əlazan Baycan (Hacı Həsənzadə) – (1913-1989) şair-həkim. Almaniyanın Freyburq şəhərində şəxsi klinikası olmuşdur.
  • İsmayıl Şıxlı – (1919-1995) Azərbaycanın xalq yazıçısı, alim-pedaqoq, nasir, ədəbiyyatşünas, publisist, ssenarist, filologiya elmləri namizədi (1954), Azərbaycan komsomolu mükafatı laureatı,(1976), ictimai-siyasi xadim, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1986-1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).
  • Hüseyn Arif(1924-1992)-Azərbaycanın xalq şairi, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
  • İsa Muğanna(1928-2014)- Azərbaycanın görkəmli xalq yazıçısı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı (2012).
  • Vidadi Babanlı (1927) – nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü
  • Yusif Səmədoğlu – (1935-1998) Azərbaycanın xalq yazıçısı. 1958-ci ildən AYB-nın üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1970), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1980), "Şöhrət" ordenli (1995). İlk çağırış Milli Məclisin üzvü olmuşdur. "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969-1976), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə nəsr üzrə katib seçilmişdir (1991).
  • Vaqif Səmədoğlu – (1939-2015) Azərbaycanın xalq şairi. Dramaturq-publisist. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), "Şöhrət" və "İstiqlal" ordenli, “Şərəf” ordeni ilə təltif olunub (2009). Milli Məclisin üzvüdür (2000, 2005). "Nəsimi" mükafatı laureatı (2014).
  • Nəriman Həsənzadə(d.1931)- Azərbaycanın xalq şairi.Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991-2001), Heydər Əliyev mükafatı laureatı (2017), "İlin Şairi" mükafatı laureatı (2010), "Şərəf " ordenli . 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.
  • Ağamalı Sadiq- (1947-1995) Şair-Publisist, nasir, dissident jurnalist, ictimai siyasi xadim. Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin Müavini, Azərbaycan Milli İstiqlal mübarizi, müasir Azərbaycan demokratik mətbuatının məşhur yaradıcılarından biri. Qaymaqlı kəndindəndir.
  • Akif Səməd (d. 1959 – ö. 2004) — Tanınmış şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Aslanbəyli kəndindəndir.
  • Nüsrət Kəsəmənli (d. 1946 – ö. 2003) - şair, publisist, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982). Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir.
  • Eldar Nəsibli Sibirel (1952-2010) — Azərbaycan şairi, publisist.
  • Davud Nəsib (1942-2003) — şair, publisist, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1984), Ümumittifaq komsomolu mükafatı laureatı (1986). Aslanbəyli kəndindəndir.
  • Aslan Kəmərli (1942-1992) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975). "Azərbaycan" qəzetinin bölgə müxbiri olub. "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi (1992-ci ildən). Kəmərli kəndindəndir.
  • Vaqif Nəsib (1939) - şair, nasir, ssenarist, tərcüməçi, 1973-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Aslanbəyli kəndindəndir.
  • Saday Budaqlı (1955) — Azərbaycan yazıçısı, Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına ümumittifaq mükafatı, Moskvada nəşr edilən “Nedelya” həftəlik məcmuəsinin laureatı, “Drujba Narodov” jurnalının “İlin ən yaxşı hekayəsi” mukafatını alıb (1982), 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
  • Elnur Astanbəyli (1980) - Azərbaycan şairi və publisisti. Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Ölkənin aparıcı qəzetlərində maraqlı publisistik yazılarla çıxış edir. "Almadan küsən" və "Oktyabra məktublar" adlı iki şeir, "3Q - Qələm, qadın, qədəh" adlı bir publisistik kitabın müəllifidir. "Rafiq Tağı" və "Həsən bəy Zərdabi" mükafatlarının laueratı.
  • Şaiq Vəli (1950-2013) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Məmməd İlqar (d. 1950) — şair. Aslanbəyli kəndindəndir.
  • Məmməd Dəmirçioğlu (Məmməd Bəşirov) (d. 1951 – ö. 2015) — Görkəmli rəssam, şair, heykəltəraş, memar, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Qaymaqlıkəndindəndir.
  • Şirin Qiyasbəyli (1889-1943) — Azərbaycan jurnalisti, pedaqоq, yazıçı, ictimai xadim. Kəmərli kəndindəndir.
  • Vəli Ləzgiyev (1909-1968) - Şair, Partizan. Kəmərli kəndindəndir.
  • Ələddin İncəli (d.) 1930 - Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. Kəmərli kəndindəndir.
  • Hacı Qaracayev (1906-1976) — Şair, aşıq. Qaymaqlı kəndindəndir.
  • Məmmədrza Afiyət Mərəndi (1926-2011) - Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının üzvü, tərcüməçi, DF-MK-nin üzvü və "Azərbaycan" qəzetinin baş redaktoru.
  • Qurban Musayev (d. 1926 – ö. 1997) - Şair, yazıçı, pedaqoq. Məmməd Musayevin atasıdır.
  • Bilal Qoca (1938) — Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Qazax bölməsində ədəbi məsləhətçi.
  • Sayad Mustafaoğlu (1939) — Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Rəsul Rza adına Beynəlxalq mükafat laureatı, Türkiyə ədəbi ödülünün sahibi. Kəmərli kəndindəndir.
  • Zakir Bəxtiyar (1944-2004) — şair, publisist, Moskva Yazıçılar Birliyinin üzvü, SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Respublika Ağsaqqallar Şurasının sosial-məişət şöbəsinin müdiri. Kəmərli kəndindəndir.
  • Fuad Babanlı (1945) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası.
  • Sabir Azəri (1938-2010)- nasir, tərcüməçi 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964).
  • Zaməddin Ziyadoğlu (Zaməddin Ziyad oğlu Həmişəyev) (1947) (Xanlıqlar) - şair, publisist, neftçi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ”Əmək veteranı”, “Səməd Vurğun”, “Qızıl qələm”, “Əliağa Şıxlınski”, “XXI əsrin neftçisi” mükafatları laureatı, “Tərəqqi” medalı (2011)
  • Barat Vüsal — (d. 1951) - Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri
  • Rəfail İncəyurd (d. 1954) — Azərbaycan şairi. Kəmərli kəndindəndir.
  • Şöhrət Cəlaloğlu (1954) — Tanınmış şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü. Aşıq Cəlal Qəhrəmanovun oğludur. Kəmərli kəndindəndir.
  • Vəli Xramçaylı (1955) — Şair, jurnalist, "Ocaq" qəzetinin təsisçisi və baş redaktoru. Eldar Nəsibli Sibirelin qardaşıdır.
  • Elbrus Qəmgin (1952) — Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Salatın Əhmədli (1952) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Fəridə Ləman (1953) Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi. Kəmərli kəndindəndir.
  • Mahmud Vəli (1957) — Şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şair Vəli Ləzgiyevin oğludur. Kəmərli kəndindəndir.
  • Avdı Qoşqar (1958) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Kəmərli kəndindəndir.
  • Zərəngiz Dəmirçi Qayalı (1962) — Şair.
  • İbrahim İlyaslı (d. 1963) — şair, Prezident təqaüdçüsü (1999) Azərbaycan Yazıçılar Birliyinin üzvü. Aslanbəyli kəndindəndir.
  • Natəvan Dəmirçioğlu (1963) - Yazıçı, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, ”Qılınc və Qələm” mükafatı, “İlin qadın yazıçısı” 2010, Prezident təqaüdçüsü (1999 və 2000)
  • Zəminə Xınalı (d. 1964) — şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbiçi. Aslanbəyli kəndindəndir.
  • Çiçək Mahmudqızı (Çiçək Mahmud qızı Məmmədova) (d. 1964) - Azərbaycan şairi, publisist, televiziya aparıcısı. "Aşıq Pəri" məclisinin üzvü (1984). Qaymaqlıkəndindəndir.
  • Afaq Şıxlı (d.1969) - Həkim, şairə, publisist, tərcüməçi, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar Birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur.
  • Seyfulla Şamilov(1902-1974)-nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936-1938).
  • Mənsur Vəkilovun ata yurdu. Şair, "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru. Fəxri Vəkilovun oğlu.
  • Mübariz Qaragözlü (1967) — şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Kəmərli kəndindəndir
  • Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) (d. 1965) — Görkəmli rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı, “METİN-X” reklam şirkətinin rəhbəri. Aslanbəylikəndindəndir.
  • Əli Cəfəroğlu(d.1968)- Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2014).
  • Mövlud Mövlud (Abdullayev Mövlud İsmayıl oğlu;d.15 avqust 1989- ö. 16 mart 2017) - Azərbaycan yazıçısı, publisisti.Teleqraf.com saytının redaktoru.
  • Qafar Sarıvəlli (1956) - Məşhur rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. Kəmərli kəndindəndir.
  • Veys Əfəndi — (Təqribi 1865 təvəllüdlüdür) — Türkiyənin savadlı və yüksək dərəcəli İlahiyyatçı alimi. Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndinin böyük oğludur. Aslanbəyli kəndindəndir.
  • Məhəmməd Əfəndi (d. 1871 – ö. 1961) — Türkiyənin tanınmış İlahiyyat alimi, Amasyada təsərrüfat sahibi. Seyidovlar soyundandır. Hacı Mahmud Əfəndininortancıl oğludur. Aslanbəyli kəndindəndir.
  • Mustafa ağa Vəkilov (1899-1943) – Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu.
  • Mehdixan Vəkilov (1902-1975) – görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Azərbaycan Pedaqoji İnstitutunun rektoru (1956-1962), 1958-1962-ci illərdə 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini, tarix elmləri doktoru (1969) və professor (1969). Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1959 və 1973) fəxri adlarına layiq görülmüş, birinci dərəcəli Vətən müharibəsi ordeni (1943), iki Şərəf Nişanı ordeni (1944 və 1961) və SSRİ-nin müxtəlif medalları ilə təltif edilmişdir. Səməd Vurğunun böyük və yeganə qardaşı, diplomat Cavanşir Vəkilovun atası. Səməd Vurğunun "Komsomol poemasında" Cəlal obrazının prototipi.
  • İlyas Abdullayev- (1913-1985) akademik, bioloq, eyni zamanda Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954-1958), Azərbaycan SSR Ali Sovetinin sədri (Spiker). "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir.
  • Teymur Bünyadov – (1928) akademik, əməkdar elm xadimi, tarixçi-etnoqraf. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Şöhrət” ordenli.
  • Əhməd Seyidov (d. 1892 – ö. 1977) — alim, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri, H.K.Sanılı ilə birlikdə ilk "Əlifba" dərsliyinin müəllifi, Lənkəran qəza xalq maarif şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq rektoru. Aslanbəyli kəndindəndir.
  • Ənvər Şıxlinski (1911 - 1992) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan EA–nın müxbir üzvü, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Dövlət Mükafatı laureatı. SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı, ikinci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir.
  • Neron Babaxanov (d.1939)- Coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSRİ Xalq Təhsili nazirinin müavini, Bakı Dövlət Universitetində İqtisadi məsələlər üzrə prorektor (1991-1992).
  • Tapdıq Əliyev (1945) — alim, Texnika elmləri doktoru (1991), professor (1992), Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının muxbir üzvü (1992), Beynəlxalq Ekolokiya Akademiyasının müxbir üzvü (1993), Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavini.
  • Mübariz Əhmədov (alim) (1945) — Azərbaycanın alimi, texniki elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, "Şöhrət" ordenli.
  • Məhəmməd Babanlı (1952) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü (2014). AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir.
  • Bilal Bilalov (1963) — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. "Riyaziyyat" üzrə Problemlər Şurasının Sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri. Fəxri fərman ilə təltif olunmuşdur.
  • Mirzə Adıgözəl bəy Qarabaği (?-1848) – tarixçi, “Qarabağnamə” əsərinin müəllifi.
  • Məhəmməd Balayev (1938) – ADPU-nun Fəlsəfə kafedrasının müdiri; fəlsəfə üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, "İlin alimi" (2012). Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunub.
  • Mustafa Hacıqasımov (1883-1969) - Azərbaycanın baş mama-ginekoloqu. Professor, Azərbaycan SSR Əməkdar Həkimi (1940), Azərbaycan SSR Əməkdar Elm Xadimi.
  • Sona Vəlixan (1883-1982) - göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur.
  • Məmməd Abdullayev(1903-1972)- Alim, Müəllim, Fizika-riyaziyyat Elmləri doktoru alimlik dərəcəsi almış ilk Azərbaycanlı fiziklərindəndir.
  • Fuad Şıxıyevin ata yurdu – SSRİ miqyasında tanınmış hidrotexnik alim, professor. Maqsud Şeyxzadənin kiçik qardaşı.
  • Yusif Yusifov (dövlət xadimi) (Dilbazov) (1906-1995) - Tarix elmləri doktoru, professor, Azərbaycan SSR Ali Sovetinin sədri (Spiker).
  • İslam Qarayev (professor)-(1940-2015)-İqtisad elmləri doktoru,professor, Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru.
  • prof. Leyli Qalib qızı Vəkilova
  • Fatma Vəkilova – (1912-1987) professor, geologiya-minerologiya elmləri doktoru. Bakı Sovetinin bir neçə çağırış deputatı olmuşdur. "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilmişdir.
  • Siyavuş Süleymanov - (1952) Qazax rayon İcraiyyə Komitəsinin, Xalq Deputatları Sovetinin sədri (1995-ci ilədək). Hazırda təqaüddədir.
  • Şamil Vəkilov – görkəmli riyaziyyatçı alim, professor. Fatma xanım Vəkilovanın qardaşı.
  • Əfrasiyab Vəkilov (1920-) - görkəmli sovet türkoloqu, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsi. "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir.
  • Zülfüqar Qayıbov – tanınmış pedaqoq, bioloq.
  • Həsən İsazadə (1912) - tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, tədris işləri üzrə prorektoru, əməkdar həkim, əməkdar elm xadimi, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədr müavini, Səhiyyə Nazirliyinin baş kardioloqu, eləcə də nazirliyin Terapiya üzrə Attestasiya Komissiyasının sədri olmuşdur. Bir sıra dövlət mükafatları ilə təltif edilmişdir.
  • Vüsət Əfəndiyev (1953) - Coğrafiya elmləri doktoru, professor.
  • Məmməd Məmmədov- Filologiya elmləri doktoru,professor.
  • Nazim Əfəndiyev (həkim) – (1926-1998) professor, Respublikanın əməkdar həkimi, Respublikada gözün mikrocərrahiyyəsi üsullarını ilk tətbiq edən yüksəkixtisaslı oftalmocərrah. Uzun müddət akademik Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunun direktoru işləmişdir. Uzun illik qüsursuz əməyi bir sıra dövlət mükafatları ilə qiymətləndirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş oftalmoloqu, oftalmologiya üzrə respublika Attestasiya Komissiyasının sədri, Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasında oftalmologiya üzrə Elmi şurasının üzvü olub.
  • Rasim Əfəndiyev (1928-2010) — professor, sənətşünaslıq doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2001), AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru. Rəssamlıq sənətinin inkişafında ən böyük rolu olan alimlərdən biridir. Bir sıra mükafatlar ilə təltif edilib.
  • Fikrət Seyidov (d. 1930 – ö. 2011) — alim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Dillər Universitetinin 2 illik xarici dillər kursunun ilk direktoru, İngilis dili fakültəsinin dekanı, Qori (Qazax) Müəllimlər Seminariyasını ardıcıl araşdırmış və nəaliyyət qazanmış ilk alim. Mükəmməl təhsil sistemini və şəxsiyyəti formalaşdıran tərbiyə üsullarını araşdıran ilk alimdir. Universitetdə Xarici dil kafedrasının müdiri və fakültə dekanı vəzifələrində çalışmışdır. Əhməd Seyidovunoğlu, Səməd Seyidovun əmisidir. Aslanbəyli kəndindəndir.
  • İlham Pirməmmədov-(01.06.1955)- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri. Qazax Xeyriyyə Cəmiyyətinin Sədri. Fizika-riyaziyyat elmləri namizədi, riyaziyyat üzrə elmlər doktoru, professor, əməkdar müəllim, Azərbaycan Texniki Universitetinin elmi işlər üzrə prorektoru.
  • Rizvan Abdullayev (Yusif oğlu)(d.1961)- Tibb elmləri doktoru, professor.Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun biokimya laboratoriyasının müdiri.
  • Flora Əlimirzəyeva-Mustafayeva(d.1945)-filologiya elmləri doktoru,professor.
  • Samir Vəliyev (Samir Əhməd oğlu Vəliyev) - Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi. Əhməd Vəliyevin oğludur.
  • Şəmsəddin Cəfərov(1925-1976)- Azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor.İkinci dünya müharibəsi zamanı göstərdiyi xidmətlərə görə "Qafqazın müdafiəsi uğrunda" medalı laureatı.Azərbaycan Ali və Orta İxtisas Təhsil Nazirliyinin Elmi-tədqiqat şöbəsinin rəisi.
  • Rüstəm Kamal(1962)-tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2010).
  • Munir Vəliyev - (Munir Əhməd oğlu Vəliyev) - İqtisadiyyat üzrə fəlsəfə doktoru, professor. Əhməd Vəliyevin oğludur.
  • Nəcməddin Hacıyev (Dilbazi) (1926-1980) - Professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası, Səbail və Nərimanov rayon sovetlərinin deputatı, Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinin və Azərbaycan Alpinizm Federasiyasının sədri. Kabarda-Balkar Muxtar Respublikası AS fəxri fərmanına (1960) və Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
  • Əsəd Dilbazov - (1926-2003) İqtisad elmləri doktoru, professor
  • Mürsəl Həkimov (d. 1929) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), ADPU "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasında rəhbər, SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Türkiyə Atatürk Kultur Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən). Kəmərli kəndindəndir
  • Nəcəf Murquzov (1930-1995) — Alim, fizika-riyaziyyat elmləri doktoru Elmlər doktoru, Professor, Həsən bəy Zərdabi adına GDPİ-nin Riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri (1978-1995). "Riyaziyyatın tədrisi metodikası" ixtisası üzrə respublikanın qərb bölgəsində ilk professor olmuşdur. "Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və s. medal və döş nişanlarına, dəfələrlə Respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür.
  • İsmayıl Nəsibov (İsmayıl Osman oğlu Nəsibov) — alim, kimya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, 1994-cü ildən Nyu-York Elmlər Akademiyasının üzvü. Aslanbəyli kəndindəndir.
  • Fəqam Kəsəmənli (d.1932)- Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Texniki Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru ,nobelşünas, alim, "Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi", "Əməkdar professor".
  • Zakir Şıxlı (1931-1986) — Alim, tarix elmləri doktoru, Professor, APİ (1971-1974) və Azərbaycan Dövlət Universitetinin “Sov.İKP tarixi” kafedrasının müdiri (1974-1986).
  • Fuad Şıxıyev (1931-1986) — texnika elmləri doktoru, professor, Odessa Milli Dənizçilik Universitetinin hidrotexnika fakültəsinin yaradıcılarından biri.
  • Zərəngiz Şıxlı(d.1934)-Tədqiqatçı mühəndis, Texnika elmləri namizədi-alim, nasir, şairə.
  • Osman Əfəndiyev - Fəlsəfə elmləri doktoru, professor.
  • Rəşid Dilbazi(1930-2008)-Kənd təsərrüfatı elmləri namizədi.
  • Nəbi Yaqubov — (1933-2005) Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) “Nəzəri mexanika” kafedrasının (1970-1990-cı illər) müdiri, texnika elmləri doktoru, professor. İbrahim Nəbioğlunun atasıdır.Qaymaqlı kəndindəndir.
  • Xəlil Yusifli (Xəlil Həmid oğlu Yusifli) (d. 1935) — alim, Filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi ədəbi irsinin davamçısı. Aslanbəyli kəndindəndir.
  • Bəhruz Abdullayev (1935) — Alim, əməkdar müəllim, tarix üzrə Elmlər doktoru, Professor, "Şöhrət" ordenli. Azərbaycan Dövlət İqtisad UniversitetininBeynəlxalq münasibətlər kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasının üzvü. Qaymaqlı kəndindəndir.
  • Mirzəli Murquzov (1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, "Şöhrət" ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri.
  • Ramazan Əliyev(1951)- Azərbaycan alimi, pedaqoq, biologiya elmləri doktoru, professor, Azərbaycanın şirinsu hövzələrinin amfipodları üzrə respuklikamızda müdafiə edən ilk alim, Azərbaycan Dövlət İqtisad Universitetində “Qida Məhsullarının Texnologiyası” kafedrasının müdiri (2005-2013).
  • Minirə Dilbazi (1937) — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir.
  • İsa Əhmədov — (1941-2010) İqtisadçı-alim, professor, BMT yanında Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü və bu akademiya xətti ilə keçirilən «Dünya informasioloqlarının elitası» müsabiqəsinin qalibi olmaqla xüsusi diploma layiq görülmüşdür. Azərbaycan Respublikası Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında prorektor, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi çərçivəsində icrası təmin edilən və Dünya Bankı tərəfindən maliyyələşən “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi layihəsi”nin İnformasiya və məsləhət xidmətləri komponentinin rəhbəri. Qaymaqlı kəndindəndir.
  • Vəkil Eminov- Fəlsəfə elmləri doktoru.
  • Kamil Dilbazi(d.1957)-Fizika -riyaziyyat elmləri namizədi.
  • Əhməd Vəliyev (d. 1946) — alim, Odlar Yurdu Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, professor, "Şöhrət" ordenli. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür.
  • Babək Qurbanov (d.1939) - Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Estetika və Etika” şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” kafedrasının rəhbəri. Osman Sarıvəllininoğludur.
  • İsa Abdullayev (d. 1945 - ö. 2008) — Azərbaycan alimi, texniki elmlər doktoru (1992), professor (1993), ADNA İstehsalat proseslərinin avtomatlaşdırılması fakülətsinin dekanı.
  • İsrayıl Əfəndiyev (1945) — SSRİ Dövlət mükafatı Laureatı, ADNA-nın elmi hissə üzrə prorektoru (1993-1997), ADNA-nın “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması elmi-tədqiqat institutunun direktoru, professor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Avtomatika və robototexnika” elmi- metodik şurasının sədri, Azərbaycan Milli Ensiklopediyasının məsləhətçisi.
  • Faiq Musayev (1952) - Alim, kimya elmləri doktoru, ABŞ-ın Virciniya Universitetinin professoru.
  • Zakir Nəcəfov (1952) - alim, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitunun baş elmi işçisi, AMEA İqtisad İnstitunun elmlər doktoru, AMEA-nın Maliyyə-iqtisad şöbəsinin rəisi. Qaçaq Kərəmin babası (ata tərəfdən babası) Molla Zalın qardaşlarından Qaçaq Nəcəfin kötücəsidir. Aslanbəyli kəndindəndir.
  • İsaq Nəbi oğlu İsaqov (d. 1921 – ö. 2006) — Qazax Müəllimlər Seminariyasını və M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutubitirib. Məşhur müəllim, Aslanbəyli kəndində və Qazax rayonunda məşhur natiqlərdən olub. Professor Qüdrət İsaqovun atasıdır.
  • Qüdrət İsaqov (d. 1950) — alim, fizika–riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı, Aslanbəyli kəndindəndir. Ana nənəsi tərəfdən Seyidovlar nəslindəndir.
  • Akif Süleymanov (1951) — texnika elmləri doktoru, professor, Azərbaycan Texnologiya Universitetinin rektoru.
  • Alxan Bayramoğlu (1954) — Azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor.
  • Sabir Qayıbovun ata yurdu – görkəmli hüquqşünas alim. İsmət Qayıbovun böyük qardaşı.
  • Məmmədəli Hüseynov(1922-1994)- Azərbaycanlı alim, paleontoloq, Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq.Tarix elmləri doktoru (1985), professor (1987).
  • Arif Xasayev(1934-2006)- Texnika elmləri doktoru, professor.
  • Ziyaddın Nəsibov- professor
  • Arif Mustafayev (d.1938)- Azərbaycan etnoqrafı, tarix elmləri doktoru, professor.
  • Güllü Yoloğlu(1963)-Filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və televiziya aparıcısıdır. Canallı kəndindəndir.
  • Məhəbbət Dəmirçiyeva (Məhəbbət Dəyirman qızı Dəmirçiyeva) (1957) - Hüquqşünas-alim, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Mülki Hüquq kafedrasının müdiri. Daş Salahlı kəndindəndir.
  • Mahmud Allahmanlı (1960) — filologiya elmləri doktoru (2008), professor (2009), fоlklоrşünas alim, tənqidçi, publisist. Kəmərli kəndindəndir.
  • Məqsəd Qocamanov - (1960), BDU-nun kafedra müdiri, professor, geodeziya və kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru.
  • Rüstəm Kamal (d. 1962) - tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2010)
  • Sevinc Qiyasbəyli - (1966) Həkim onkoloq, tibb elmləri doktoru, professor, Milli Onkologiya Mərkəzi I kimyaterapiya şöbəsinin böyük elmi əməkdaşı. Kəmərlikəndindəndir.
  • Mustafa Babanlı (1968) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, azərbaycanlı yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.
  • Bilal İsmayılov (d. 1940) - Filologiya elmləri doktoru , professor, Azərbaycan Dillər Universitetinin Həmkarlar təşkilatının rəhbəri (1992-2001). Azərbaycanda roman dilçiliyi üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir. İkinci Şıxlı kəndindəndir.
  • Rövşən Göyüşov (1944)- Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd Filialının direktoru, professor, "Qabaqcıl təhsil işçisi."
  • Zöhrə Musayeva (d.1956)- AMEA Zoologiya İnstitutu Araxnologiya laboratoriyasının dosenti, biologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru.
  • Maqsud Qocamonov(d.1960)- professor.
  • Məqsud Şeyxzadənin Ata yurdu - yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır.
  • Səyyarə Seyidova(1928-1986)-dosent, Filologiya elmləri namizədi.Əhməd Seyidovun böyük qızı Fikrət Seyidovun bacısıdır.Aslanbəyli kəndindəndir.
  • Fərhad Seyidov(1940)-dosent, Fizika üzrə fəlsəfə doktoru. Aslanbəyli kəndindəndir.
  • Nigar Seyidova (Nəsibova)(1941-2014)- dosent, Kimya elmləri namizədi.Əhməd Seyidovun kiçik qızı Fikrət Seyidovun bacısıdır.Aslanbəyli kəndindəndir.
  • Afayət Məmmədova(1948)-Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi, kimya üzrə fəlsəfə doktoru.Qaymaqlı kəndindəndir.
  • Aytən Seyidova (Qəhrəmanova)(1966)-alim, müəllimə, pedaqoji elmlər doktoru, dosent, Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri.Müstəqil Azərbaycan Respublikasında ilk pedaqoji elmlər namizədi dərəcəsi alıb.Əhməd Seyidovun nəvəsi, Fikrət Seyidovun kiçik qızıdır.Aslanbəylikəndindəndir.
  • Dilavər Yusifov - Tibb elmləri doktoru, professor.
  • Hacı Hacılı(1960)- Təbiətşünaslıq doktoru.
  • Rəhim Yusifov (1931)- Tibb elmləri doktoru, professor.
  • Nizaməddin Babanlı(1964)- Kimya elmləri namizədi.
  • Kamil Yusifov-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının otorinolarinqologiya şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, tibb xidməti mayoru.
  • Aynur Dilbazi(1958)-İqtisad elmləri namizədi.
  • Səməd Seyidov (d. 1964) — Psixologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı. Əhməd Seyidovun nəvəsidir. Aslanbəyli kəndindəndir.
  • Rauf Babaxanov(1929-1992)-Kimya elmləri doktoru (1966), professor (1967), Azərbaycan EA-nın müxbir üzvü (1980), Azərbaycan Tibb İnstitunun kafedra müdiri (1969-1992), Əczaçılıq fakültəsinin dekanı (1969-1973).
  • Sabir Məmmədov (kimyaçı)(d1937)- Kimyaçı alim.Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor.
  • Əbdürrəhim İsmayılov (1931-1994)- Kimya elmləri doktoru, professor, Azərbaycan Texnologiya İnstitutunun elmi işlər üzrə prorektoru.
  • Habil Haqverdiyev(d1939)-AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent.
  • Elmira Cavadova(15 sentyabr 1952)- Kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi, dosent, texnika üzrə fəlsəfə doktoru.
  • Vilayət Hacıyev(1950)- Azərbaycan filoloqu, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent.
  • Yusif Alıyev(1979)- Azərbaycan alimi, fizika üzrə fəlsəfə doktoru, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri kafedrasının müdiri, AMEA Fizika İnstitutunun böyük elmi işçisi, dosent.
  • İsmixan Yusubov(d.1945)- Azərbaycanlı riyaziyyatçı alim, fizika-riyaziyyat elmləri namizədi, yazıçı-publisist.
  • Teymur Miralayev(1904-199)- Azərbaycan tarixçisi.
  • Mahmud Vəkilov – tarixçi alim.
  • Rafiq Vəkilov – ədəbiyyatşünas alim.
  • Qaçaq Nəcəf (Təqribi 19-cu əsrin 10-cu illərindəndir) - Məşhur bəy və qaçaq. Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır.
  • Qaçaq İsmayıl - Tanınmış qaçaq, Qaçaq Kərəmin silahdaşı.
  • Bayram İncəli - Tanınmış qaçaq, Qaçaq Kərəmin silahdaşı.
  • Nəcəf oğlu Abdulla - Məşhur bəy və igid. Qaçaq Nəcəfin oğludur. Aslanbəyli kəndindəndir.
  • Nəcəf oğlu Mahmud (Mahmud Nəcəfov) - bəy və igid. Cəsur, namuslu və ədalətli insan olmuşdur. Sovet hökumətinin təqibindən qorxmayaraq onların xalqa zülm və işgəncə gətirdiyini söyləmişdir. 1931-ci ildə rus əsgərləri tərəfindən kənddə güllələnmişdir. Qaçaq Nəcəfin oğullarlından Əhmədin oğludur. Aslanbəylikəndindəndir.
  • Nəcəf oğlu Məmməd - bəy və igid. Cəsur, namuslu və ədalətli insan olmuşdur. Qaçaq Nəcəfin nəvəsidir. Aslanbəyli kəndindəndir.
  • Qaraxozu (d. 1902 – ö. 1977) - Qoçu. Qaymaqlı kəndindəndir.
  • Uzun Allahverən (Allahverən İsa oğlu Yaqubov) - igid və qoçu. Aslanbəyli kəndindəndir. Ana tərəfdən Seyidovlar soyundandır. Anası Xədicə Molla Seyidinqızıdır.
  • Aslan İsmayılov(d.20 fevral 1958, Qazax, Azərbaycan)- Hüquqşünas.
  • Elçin Şıxlı (1957) – tanınmış jurnalist, "Ayna"-"Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Yazıçı İsmayıl Şıxlının oğludur.
  • İsmayıl Umudlu (1952) – tanınmış jurnalist, tərcüməçi, tarixçi-etnoqraf. Qazaxın, o cümlədəm Qazax Salahlı kəndinin tarixi haqqında bir sıra fundamental əsərlərin müəllifi."Tərəqqi" medalı ilə təltif edilmişdir (2010).
  • Vaqif Nəsibov --(d.1940)-- sabiq Energetika Naziri.Aslanbəyli kəndindəndir.
  • Davud Carçıyev(1929-2007)-Azərbaycan Respublikasının Əməkdar Hüquqşunası, Hüquq Elmləri doktoru, Azərbaycan Vəkillər Kollegiyasının təftiş komissiyasının sədri.
  • Nəsib Əliyev - jurnalist, "Gənc işçi" qəzetinin redaktoru, Vətən Müharibəsi qəhrəmanı, I dərəcəli Vətən Müharibəsi ordeni mükafatçısı. Aslanbəylikəndindəndir.
  • Süleyman Tatlıyev (1925-2014)- Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1985-1989), Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti (1994-2014).
  • Vəfa Quluzadə -(1940-2015)- Azərbaycanın dövlət xadimi, politoloq , Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun Prezidenti və Azərbaycan Respublikasının Xarici Siyasət Məsələləri üzrə Dövlət müşaviri. Anası Yaqut Dilbazi rayonun Xanlıqlar kəndindəndir.
  • Eldar Namazov (d.1956)- Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993-1999), 2001-ci ilin martından "Azərbaycan Naminə" İctimai Mərkəzin prezidentidir.Mərkəzi tədqiqat, ictimai siyasət, layihə rəhbərliyi, xarici siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması üzrə işlər aparır.
  • İbrahim Nəbioğlu (1961) — jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003-2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi. Azərbaycan-Türk müştərək TV kanalını qurmuş və onun Baş direktoru vəzifəsində çalışmışdır.Qaymaqlı kəndindəndir.
  • Süleyman Osmanoğlu (1952-2011) — jurnalist, “Tərəqqi” medalı ilə təltif olunub (2005). Kəmərli kəndindəndir.
  • Vahid Əhmədoğlu (1956) - Azərbaycan jurnalisti, yazıçı, filoloq, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assosasiyasının üzvü. Aslanbəyli kəndindəndir.
  • Mehdi Şıxlinski (1960) - Filoloq, tədqiqatçı, jurnalist. "Şıxlı” ensiklopedik məlumat kitabının, "Şıxlinskilər" ensiklopedik saytının baş redaktoru.
  • Fərrux Şıxlinski (1962) — Rəssam, jurnalist, Ayna" - "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşıdır.
  • Ziya Şıxlinski(d.1951)- Kinorejissor,ssenarist, Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi.Ənvər Şıxlinski oğludur.
  • İlhamiyyə Rzayeva (1967) — tanınmış jurnalist, televiziya aparıcısı, prodüser, rejissor.
  • Akif Aşırlı (1969) - Azərbaycan jurnalisti, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" medalı laureatı, Akademik Yusif Məmmədəliyev adına mükafat və "Tərəqqi" medalı (2005)
  • Mübariz Göyüşlü (1981) — Azərbaycan jurnalisti, AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri, Türk Eli jurnalının və Dialoq.info təhsil saytının baş redaktoru.
  • Möhsün Poladov (1905-1966) - Dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru.
  • Fəxri Vəkilov (1916-1987) – görkəmli səhiyyə təşkilatçısı, Azərbaycanın Səhiyyə Naziri. Tibb alimi, bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, Qırmızı Əmək Bayrağı ordeni, bir cox SSRİ medalları, Laosun Üç Fil ordeni ilə təltif etmişdir. 1947-1952-ci illərdə SSRİ Səhiyyə naziri olmuş Yefim İvanoviç Smirnovun (1904-1989) baş referenti, Azərbaycanın əməkdar həkimi, səhiyyə əlaçısı, tibb elmləri namizədi. Məmmədrza ağa Vəkilovun oğlu. Mənsur Vəkilovun atası.
  • Muxtar Hacıyev – (1876-1938) İlk spiker, 1921-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (spiker) seçilmişdir.
  • Hüseyn Carçıyev (1888-1974) - Respublikanın Baş Zootexniki.
  • Paşa Hüseynov (1909-1975)- Azərbaycan Mərkəzi Aparatı NKVD-NKQV Mərkəzi Siyasi Bürosunda idarə rəisi vəzifəsində çalışmışdır.1952-ci ildə Bakı şəhəri Molotov rayonu MDTN-nə rəis keçmişdir.Polkovnik rütbəsinədək yüksələn P.Hüseynov sonralar Səbail rayonundan Ali Sovetə deputat seçilmişdir.1957-ci ildən 1965-ci ilə kimi isə Qaradağ Rayonu Milis İdarəsində rəis vəzifəsində çalışmışdır.P.Hüseynovun yüksək xidməti dövlətində diqqətindən kənarda qalmamışdır və o "Qızıl Ulduz" ordeni, "Qafqazın müdafiəsi" medalı, "Alman faşistləri üzərində qələbəyə görə", "Əsl döyüşçü", "XX əsr əvəzsiz xidmətlərinə görə", "DİN-nin 50 illiyi ilə əlaqədar", "Milis əlaçısı" döş nişanları ilə təltif olunmuşdur.
  • Mehdi Mustafayev (1914-1979)- Sosialist Əməyi Qəhrəmanı, Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri (1948-1979), Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
  • Arif Vəliyev(1943-2014)- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993-2014). Mükafatlar almış, “Şöhrət” ordeni ilə təltif edilmişdir.
  • Şahbala Məmmədov (1936) – Azərbaycanın əməkdar iqtisadçısı, Dövlət Statistika Komitəsi Sədrinin müavini, Baş Hesablama Mərkəzinin Direktoru. "Şərəf nişanı" ordeni (1981), fəxri fərmanlar və bir sıra dövlət mükafatları ilə təltif edilmişdir.
  • Rəşad Orucov-(1978)-- Azərbaycan Respublikası Mərkəzi Bankın Baş Direktoru. Kəmərli Kəndindəndir.
  • Şahin Mustafayev --(1965)-- Azərbaycan Respublikası İqtisadiyyat Naziri, Tarif Şurasının sədri,Stolüstü Tennis Federasiyasının Prezidenti. Qaymaqlıkəndindəndir.
  • İsmət Qayıbovun (1941-1982) ata yurdu – Azərbaycanın ilk Baş Prokuroru. Ədliyyə general-moyoru, III dərəcəli dövlət ədliyyə müşaviri. Sabir Qayıbovun kiçik qardaşı
  • Günəş Xudaverdiyeva (d.1941)- Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
  • Əlövsət Qocayev-(d.1956)- Azərbaycan Respublikasının ilk ABŞ-a səfər edən Bankiri.Kəmərli kəndindəndir.
  • Ceyhun Dilbazi(1967-2008)-"Planeta servis" firmasının vitse-prezidenti.
  • Musa Qocayev – (1932-1993) yazıçı, uzun müddət Dövlət Təhlükəsizlik orqanlarında işləmişdir.
  • Kamran Nəbizadə-(d.1971)-Azərbaycan Respublikasının Milli Məclisinin V çağırış deputatı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. İkinci Şıxlı kəndindəndir.
  • Məmməd Namazov – Dövlət Maşınqayırma və Konversiya Komitəsinin Sədri. 1990-95-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı. Milli hərbi sənaye kompleksinin yaradıcılarından biri.
  • Hacı Vəkilovun ata yurdu – SSRİ XİN-in Bolqarıstan, ABŞ, İsveçrədə fəaliyyət göstərən diplomatı. Diplomatlar İsrafil Vəkilov (Azərbaycan Respublikasının Misirdə səfiri (1994-2004) və Azad Vəkilovun atası.
  • Cavanşir Vəkilovun (1951-2013) ata yurdu – diplomat, pedaqoq, tarix elmləri namizədi (1988), görkəmli ictimai-siyasi xadim, tarixçi, yazıçı, pedaqoq, vikipediyaçı. Azərbaycan Respublikasının Təbrizdə ilk Baş Konsulu vəzifəsini icra edən. Mehdixan Vəkilovun oğlu.
  • İsrafil Vəkilov - (Azərbaycan Respublikasının Misirdə səfiri (1994-2004).
  • Azad Vəkilov - Diplomat.
  • Eldar İsmayılov (d.1949) - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı (1991-1992), Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri (2014-cü ildən), “Şöhrət” ordenli. Qaymaqlı kəndindəndir.
  • Həsənəli Qədimov(1942-2015)- Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995-2000), "Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə (2006-2015).
  • Əsəd Orucov- (Əsəd İsgəndər oğlu Orucov)- Qazax Rayon İcra Hakimiyyətinin Başçısı. Kəmərli kəndindəndir.
  • Cavanşir Carçıyev(1952-1994)- Qazax Rayon İcra başçısı.
  • Cümşüd Musayev (Cümşüd Məhəmməd oğlu Musayev) - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı.
  • Abbas Göyüşov-(Abbas Cahandar oğlu Göyüşov)- Qax Rayon İcra Hakimiyyətinin başçısı.
  • Alı Qocayev (d.1947) - Samux Rayon İcra Hakimiyyətinin başçısı.
  • Fərman Nağdalıyev- (Fərman Məhəmməd oğlu Nağdalıyev)- Qazax Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini.Qaymaqlı kəndindəndir.
  • Ramiz Göyüşov- Binəqədi Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri.
  • Məmməd Musayev (d. 1955) - iqtisadi elmlər namizədi, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.
  • Şahid Orucov (1960)- əməkdar mühəndis, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini.Kəmərli kəndindəndir.
  • Nadir Nəsibov- 1994- 1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Sədri. Hal hazırda Azərbaycan Respublikası Basketbol Federasiyasının Prezidentidir.Aslanbəyli Kəndindəndir.
  • Nəcəf Talıbov (1956) - Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Azərbaycan Respublikasının “Fəxri auditor”u. 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvü, “Tərəqqi” medallı. Ağköynək kəndindəndir. Ulu babası Talıb Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır.
  • Şöhrət Vəkilov(1957)-Azərbaycanlı iqtisadçı, vergi mütəxəssisi, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin rəisi.
  • Xəyyam Nəsibov- Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Vitse- Prezidenti.2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ictimai-siyasi fəaliyyətində və Həmkarlar İttifaqı təşkilatında aktivlik və peşəkarlıq göstərdiyinə görə ölkənin "Tərəqqi" medalı ilə təltif edilmişdir. Federasiyanın Məclis və İcraiyyə Komitəsinin üzvüdür. Aslanbəyli kəndindəndir.
  • Vahiddin Bayramov – Sumqayıt aliminium zavodunun Baş mühəndisi və Gəncə aliminium zavodunun direktoru. Əlvan metallurqiya sahəsi üzrə SSRİ miqyasında tanınmış mütəxəssis.
  • Bayram İbrahimxəlilov - Çörək Məhsulları Nazirinin müavini. Tanınmış iqtisadçı.
  • Oktay Carçıyev - "Bakı Avtomobil Zavod"nun Direktor müavini, "Azər Aqrar Tikinti ASC"nin İstehsalat İdarəsinin Rəisi.
  • Paşa bəy Kəsəmənli - "Azərbaycan SSR-in əməkdar baytarı" adına və Dövlət mükafatlarına layiq görülmüşdü. Professor Fəqam Kəsəmənlinin atasıdır.
  • Faiq Şamilov- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Daxili Təhlükəsizlik idarəsinin rəisi polkovnik.Kəmərli kəndindəndir.
  • Həsrət Pirməmmədov-Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru baş ədliyyə müşaviri.Daş Salahlıkəndindəndir.
  • İsmayıl Qayıbov(1969)- Azərbaycan Respublikası Baş Prokurorluğu Beynəlxalq Hüquqi Əməkdaşlıq Xidmətinin rəhbəri baş ədliyyə müşaviri.İsmət Qayıbovunoğludur.
  • Seyid Eminov(1979)- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin şöbə rəisi polis polkovniki.Kəmərli kəndindəndir.
  • Fərid Orucov(1985)- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin şöbə rəisi polkovnik-leytenant.Kəmərli kəndindəndir.
  • Məqsəd Orucov- Qəbələ rayon prokuroru baş ədliyyə müşaviri.
  • Müzəffər Süleymanov- Bakı şəhər Baş Polis İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı.Kəmərli kəndindəndir.
  • İsgəndər Orucov- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi İdarə rəisinin müavini, baş ədliyyə müşaviri. Kəmərli kəndindəndir.
  • Əli Əliyev- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər idarəsinin rəisi, polkovnik.
  • Fariz Göyüşov- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Nizami rayon (Bakı)İdarəsinin rəisi, polkovnik.
  • Namiq İsmayılov - Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki.
  • Faiq Nuriyev- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi, polkovnik.
  • Oqtay Süleymanlı- Binəqədi rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki.Qaymaqlı kəndindəndir.
  • Tahir Orucov(1966)- Qazax rayon Polis Şöbəsinin şəxsi heyət işləri üzrə rəis müavini, Qazax rayon İmtahan Komisiyasının sədri, polis polkovnik-leytenantı. Kəmərli kəndindəndir.
  • Natiq Məşədiyev - Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki.
  • Namiq - Ağstafa Rayon Polis Şöbəsinin şəxsi heyət işləri üzrə rəis müavini, Ağstafa Rayon İmtahan Komisiyasının sədri, polis polis polkovnik-leytenantı.Yuxarı Salahlı kəndindəndir.
  • Zaur Bayramov(1965)- Nizami rayon(Bakı)Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki.
  • Rasim Nəsibov(1963)- Göyçay rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı.Aslanbəyli kəndindəndir.
  • Əli Hüseynov(1886)-müəllim.Zaqafqaziya(Qori)Müəllimlər Seminariyasının məzunu və direktoru(1923-1929).Mehdi Hüseynin atası.
  • Xəqani Qayıblı (1964)-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi, publisist, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Ugor dilləri üzrə ilk azərbaycanlı alim. Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir.
  • Abbas Nəsibov (1965) - Azərbaycan Beynəlxalq Bankın Baş direktoru. Aslanbəyli kəndindəndir.
  • Şahin Şıxlinski (1966) - Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Turkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər uzrə Məsləhət Şurasının üzvü. Azərbaycan Respublikasının tərəqqi medalı (2006), Sverdlovsk vilayətinin Dovlət mukafatı (2008), Yekaterinburq şəhərinin qurulmasının 285 illiyi” medalı ilə təltif olunmuşdur.
  • İbrahim Rəhimov (İbrahim Molla Rəhim oğlu Rəhimov) (1849-1927) - Həkim diplomu almış ilk azərbaycanlı, ilk azərbaycanlı psixatr həkim, həkim-humanist, ictimai xadim.
  • Səməd ağa Ağamalıoğlu (1867-1930) — SSRİ dövlət xadimi, Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədri, "Şərqdə Mədəni İnqilab"ın banisi, respublikanın ilk xalq torpaq komisarı, inqilabçı, publisist, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü. 1921-ci ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olmuşdur. Azərbaycanda və Sovet Şərqinin digər respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik etmişdir.
  • Hacı Kərim Sanılı (1878-1937) Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim.
  • Nigar Şıxlinskaya – (1878-1931) ilk azərbaycanlı tibb bacısı, İlk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, Qadın Xeyriyyə Cəmiyyətinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı.
  • Nigar xanım Usubova – görkəmli musiqişünas-pianoçu, Konservatoriyanın prorektoru və professoru. Sergey Raxmaninovun dostu və məsləkdaşı məşhur professor, Moskva Konservatoriyasının rektoru, SSRİ xalq artisti, Stalin mükafatı laureatı Aleksandr Borisoviç Qoldenveyzerin tələbəsi. Əməkdar incəsənət xadimi. İbrahim ağa Usubovun qızı.
  • Xədicə Qayıbova – (1893-1938) ilk azərbaycanlı pianoçu qadınlardan biri.
  • Leyla Vəkilovanın (1927-1999) ata yurdu – Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından, Azərbaycan SSR Xalq Artisti, SSRİ Xalq Artisti, professor, "Lenin" ordenli, Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri.
  • Əminə Dilbazi – (1919) Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Moskva Beynəlxalq tələbə gənclər festivalının laureatı (1957), Azərbaycanın xalq artisti.
  • Lətifə Əliyeva (1944) — Aktrisa, Əməkdar artist (2000).
  • Gövhər Qazıyeva(1887-1960)- ilk azərbaycanlı aktirisa.
  • Qeysər Kaşıyeva(1893-1972)- ilk azərbaycanlı rəssam qadın.
  • Həmid Vəkilov (1949) – Məşhur novator tarzən. Professor, Azərbaycan SSR əməkdar artisti, Xalq müəllimi. Şamil Vəkilovun oğludur.
  • Həmidə Ömərova (1957) - Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.
  • Sabir Məmmədov (aktyor)(d.1968)- Azərbaycanlı aktyor, Azərbaycanın Əməkdar artisti.
  • Baba Mahmudoğlu(1940-2006)-müğənni, Azərbaycan Respublikasının Xalq artisti(1992).
  • Xumar Qədimova(d.1966)-Azərbaycan müğənnisi, Azərbaycanın Əməkdar artisti (2017).
  • Ədalət Şükürovun-(d.1966)-ata yurdu- Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının Əməkdar artisti. Dağıstan Respublikasının Xalq artisti(2015). Azərbaycan Kikboksinq Federasiyasının Sumqayıt şəhər Klubunun sədri. Kəmərli kəndindəndir
  • Vasif Məhərrəmli - Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının Əməkdar artisti (2017). Xanlıqlar kəndindəndir
  • Sahib İbrahimov - Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının Əməkdar artisti.
  • Elmira Hüseynova – (1933-1995) heykəltəraş, Azərbaycanın əməkdar rəssamı (1967).
  • Kərəm Hacızadə (d.1965)- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru << Fəxri Mədəniyyət İşçisi >> döş nişanı ilə təltif olunmuşdur.
  • Arif Şıxlinski (1929-1995) - Neftçi-geoloq, Azərbaycan Respublikasının əməkdar mühəndisi. “Azərneft” İstehsalat Birliyinin baş direktor müavini – baş geoloqu. SSRi-nin bir sıra medalları, “Neft sənayesi əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
  • Telman Nəbiyev- (1934-2012) Tanınmış neftçi mühəndis. 1999-cu ilə qədər Azerbaycan Dovlət Neft Şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmış, "Xəzərdənizneftgaz" İstehsalat Birliyinin baş direktor müavini olmuşdur.
  • Dərviş Mahmud - 19-cu əsr Azərbaycan aşığı
  • Miskin Həsən - 19-cu əsr Azərbaycan aşığı
  • Mirzə Səməd (Mirzə Səməd Həsənov) - şair, 19-cu əsr Azərbaycan aşığı
  • Aşıq Məmmədyar - (d. 1876 – ö. 1966) - Azərbaycan aşığı.
  • Aşıq Canallı Məmməd - (d. 1880 – ö. 1937) - Azərbaycanın ustad aşığı.
  • Miskin Əli Zeynallı - Azərbaycan aşığı.
  • Aşıq Avdı Qaymaqlı (d. 1909 – ö. 1988) - Məşhur Azərbaycan aşığı. Qaymaqlı kəndindəndir.
  • Aşıq Kərəm İncəli (d. 1945 – ö. 1997) — Məşhur Azərbaycan aşıqı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri, ilk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı. Aslanbəyli kəndindəndir.
  • Aşıq Dərya Məhəmməd (d. 1905 – ö. 1984) - Azərbaycan aşıqı.
  • Aşıq Cəlal Qəhrəmanov (d. 1928 – ö. 1978) — Azərbaycan aşığı. Kəmərli kəndindəndir
  • Zəkəriyyə Mehman (d. 1938 – ö. 1999) — Azərbaycanın məşhur yaradıcı aşıqı. Aslanbəyli kəndindəndir.
  • Ədalət Nəsibov – (1939) saz ustası, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü.
  • Aşıq İlham Aslanbəyli (d. 1965) — Məşhur Azərbaycan aşıqı. Aslanbəyli kəndindəndir.
  • Tahir Musayev (1916-) — Azərbaycan aşığı.
  • Aşıq Bəhram Həsənov (1918-1991) — Azərbaycan aşığı, Qazax Müəllimlər Seminariyasının məzunu.
  • Aşıq Həsən Dərgahquliyev (1926-1991) — Azərbaycan aşığı. Kəmərli kəndindəndir.
  • Aşıq Cəfər Eyvazov (1927-1999) — Azərbaycan aşığı.
  • Aşıq Mustafa təkəli (1927-2002) — Azərbaycan aşığı.
  • Murad Novruzov (1928-2008) — Azərbaycan aşığı.
  • Aşıq Solmaz Kosayeva - Azərbaycan aşıqı.
  • Aşıq Yəhya (Yəhya Məmmədov) (d. 1931 – ö. 1994) – Aşıq. Qaymaqlı kəndindəndir.
  • Aşıq Şaiq İncəli – Azərbaycan aşıqı. Kəmərli kəndindəndir.
  • Aşıq Nazim (Nazim Əsədoğlu) - Azərbaycan aşıqı. Qaymaqlı kəndindəndir.
  • Aşıq Yaqub (1948) – Aşıq.
  • Əhməd İbrahimov (Əhməd Məmməd oğlu İbrahimov) (d. 1905 – ö. 1942) - Aşıq. Qaymaqlı kəndindəndir.
  • Aşıq Qərib İncəli — aşıq. Aslanbəyli kəndindəndir.
  • Nərminə Məmmədova (1932-1997) — Azərbaycan müğənnisi.
  • Baba Mahmudoğlu (1940-2006) - müğənni, opera solisti.
  • Süleyman Qayıbov Süleyman bəy Qayıbov- görkəmli maarifçi, pedaqoq.
  • Əhməd ağa Mustafayev- Azərbaycanın görkəmli pedaqoqu, maarif fədaisi.
  • Badisəba xanım Vəkilova (1881-) – görkəmli maarif xadimi, qadın təhsilinin təşkilatçısı, Firidun bəy Köçərlinin xanımı.
  • Sadıq Vəkilov (1899-1973) - Zaqafqaziya Müəllimlər Seminariyasının (Qori) məzunu. Tanınmış rus dili pedaqoqu.
  • Qəhrəman ağa Şıxlinski (1887-1956) — Maarifçi-pedaqoq, Lenin ordeni ilə təltif edilmişdir.
  • Mədinə Qiyasbəyli (Vəkilova) (1889-1938) – Azərbaycanın görkəmli maarif xadimi, pedaqоq, məktəbdar, jurnalist, tərcüməçi, qadın təhsilinin təşkilatçısı.
  • Mirqasım Əfəndiyev (1902-1992) - Qazax Müəllimlər Seminariyasının məzunu (1924), Qazax Müəllimlər Seminariyasının direktoru (1931-1936), maarifçi, riyaziyyatçı, Qazaxda, Sabirabadda maarif şöbəsinin müdiri. Nazim Əfəndiyevin atasıdır.
  • Rəhim bəy Şıxlinski (-1937) - Maarifçi-pedaqoq, Qori Seminariyasını bitirmişdir. 1917-20-ci illərdə Azərbaycanın İstiqlal Hərəkatında fəal iştirak etmişdir.
  • Camal ağa Dilbazi (1860-1945)- Azərbaycan şairi, 1917-19-cu illərdə Qazax şəhəri idarəsinin başçısı.
  • Əbdülkərim ağa Qayıbov (1851-1894) - XIX əsrin görkəmli riyaziyyatçısı və münəccimi kimi elm aləmində məşhurdur.
  • Halay bəy Şıxlınski- Qazaxın qəza rəisi (1918).
  • Əli Mustafayev- Müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu 1906.Qazaxda Əsli və Kərəm, Ölülər tamaşalarını səhnəyə çıxarmışdır.
  • Kornet Rəhim ağa Dilbazov (1842)- Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir.
  • Paşa ağa Vəkilov (1826-1864)- Çar ordusunun praporşiki.
  • Mirzə Nəbi Qayıbzadə (1810-1869) Şair
  • Hüseyn bəy Şıxlinski (1886-1920) Polis məmuru.
  • Mahmud Əfəndiyev (1897)- Rota komandiri.
  • Hüseyn Paşayev (1897-?)- Rota komandiri.
  • Hacı Rəhim ağa Dilbazov(1822-1874)- Azərbaycan şairi.
  • Cahangir Qayıbov(1882-1937)-ərəbşünas.
  • Müseyib Allahverdiyev - (1909-1969), Sovet İttifaqı Qəhrəmanı.
  • Tahir İsayev "Serafino" – (1922-2001) İtaliyanın Milli Qəhrəmanı. İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuşdur. Milan şəhərinin fəxri vətəndaşıdır (1945-ci ildən).
  • Müseyib Dilbazi (1923-2011) Böyük vətən müharibəsi qəhrəmanı
  • Alı Mustafayev – (1952-1991) Azərbaycanın Milli Qəhrəmanı.
  • Aqil Musayev – (1974-1994) Azərbaycanın Milli Qəhrəmanı.
  • Mərifət Nəsibov – (1972-1992) Azərbaycanın Milli Qəhrəmanı
  • Rafiq Alıcanov – (1965-1993 Kəmərli) Azərbaycanın Milli Qəhrəmanı.
  • Şamoy Çobanov – (1965-1990) Azərbaycanın Milli Qəhrəmanı.
  • Firudin Şamoyev – (1962-1992) Azərbaycanın Milli Qəhrəmanı.
  • Bəxtiyar Allahverdiyev – (1909-1974) Sosialist Əməyi Qəhrəmanı.
  • Əsgər Eminov – (1924) Sosialist Əməyi Qəhrəmanı.
  • Cahandar Yaqubov – (1892-1967) Sosialist Əməyi Qəhrəmanı.
  • Əsmər Məmmədova – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
  • Hacımurad Murğuzov – (1910-1988) Sosialist Əməyi Qəhrəmanı.
  • Alı Süleymanov (1880-1959) Sosialist Əməyi Qəhrəmanı.
  • Murtuz Carçıyev – (1910-1985) Sosialist Əməyi Qəhrəmanı.
  • Məcid Şərifzadə – (1908-1995) Sosialist Əməyi Qəhrəmanı.
  • Məhəmməd Əliyev – (1910-1996) Sosialist Əməyi Qəhrəmanı.
  • İmran Mirzəyev – (1910-1983) Sosialist Əməyi Qəhrəmanı.
  • Tofiq Babanlı (1937) - Məşhur boksçu, SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006), 1993-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-cı ildən isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi.
  • Firdovsi Umudov (Firdovsi Qəmnalı oğlu Umudov) (1977) — sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibi, Azərbaycan Respublikasının idman ustası, Şöhrət" Ordeni (2012), "Tərəqqi" Medalı (2016), Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2015), dünyanın ən yaxşı məşqçisi (2012), Azərbaycanın ən yaxşı məşqçisi (2009, 2012, 2015), Azərbaycan Respublikasının Əməkdar məşqçisi, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi (2007-2008), sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi (2008-2016), baş məşqçisi (2016-2018), Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti (2018-ci ildən),Polkovnik-leytenant. Aslanbəyli kəndindəndir.
  • Kamal Əhmədov (məşqçi) (Kamal Məhəmməd oğlu Əhmədov) (1934) - Prezident təqaüdçüsü, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi.
  • Arzuman Abdulkərimov (d.1972) - (Arzuman Səid oğlu Abdulkərimov)- Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, Azərbaycan Kinqboksinq Federasiyasının vitse-prezidenti, "Hilal" Sosial araşdırmalar İctimai Birliyinin sədri, "Hilal" mükafatının təsisçisi, "Avey" İdman klubunun sədri. Orta Salahlı kəndindəndir.
  • Sarı Əhmədov (Sarı Məhəmməd oğlu Əhmədov) (1935) - Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası
  • İsrafil Məmmədov (Pəhləvan) (İsrafil Məmməd oğlu Məmmədov) - Poverliftinq və Benç-pres növləri üzrə 7 qat Avropa, 6 qat Dünya çempionu, dünya kubokunun qalibi və rekordçusu, 39 qat Azərbaycan çempionu, Azərbaycan Respublikasının idman ustası əməkdar idman ustası, Xalq pəhləvanı.
  • Ramiz Tağıyev (Ramiz Cahangir oğlu Tağıyev) - Sərbəst güləş üzrə SSRİ idman ustası, SSRİ bədən tərbiyə əlaçısı, Respublika dərəcəli hakim, Azərbaycanın fəxri bədən tərbiyə idman işçisi, Ali koteqoriyalı məşqçi-müəllim, Əməkdar məşqçi, Fəxri idman xadimi, “Qızıl qələm”, “Məmməd Araz” mükafatları laureatları, Qazağın fəxri Tağıyev Ramiz Cahangir oğludur.
  • Tariyel Nəsibov (Tariyel Əjdər oğlu Nəsibov) - Yunan-Roma güləşi üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi
  • Azər Əliyev (məşqçi) – Gənclərdən ibarət yığma komandanın məşqçisi, əməkdar məşqçi, Qazax Rayon Qol Güləşi məktəbinin yaradıcısı və məşqçisi.
  • Qazaxlı Məmmədəli (d. 1914) (ö. 1977) - Məşhur pəhləvan, Yunan-Roma güləşi üzrə SSRİ çempionu, xeyriyyəçi, əməkdar incəsənət xadimi.
  • Təbriz Həsənov (futbolçu) - keçmiş azərbaycanlı futbolçu, Azərbaycan U-19 milli futbol komandasının baş məşqçisi (2016-2017).
  • Orxan Vəliyev (1993 Yuxarı Salahlı) - Peşəkar qaydasız döyüşçü, V.K.B.S-dən dünya çempionatının qalibi (2013), qızıl kəmər sahibi (2013), BJJ (Braziliski JİU Jutsu) üzrə beynəlxalq yarışın qalibi, MMA-Qaydasız döyüş üzrə dünya çempionu (2015).
  • Səməd Qurbanov (1953) — XX əsrin 70-80-ci illərin tanınmış futbolçularından biridir. "Neftçi"nin tarixində xüsusi iz buraxıb. "Jiquli" ləqəbiylə tanınıb.
  • Arzuman Vəliyev - Futbolçu, Göyəzən futbol klubunun kapitanı.
  • Qoşqar Sarıyev - Futbolçu, Göyəzən futbol klubunun sabiq kapitanı.
  • Faiq Babanlı (1977) - Uzun müddət güləş və qaydasız döyüş idman növləri ilə məşğul olan dünya şöhrətli azərbaycanlı ovçu. Dünyanın müxtəlif ölkələrində balıq və quş növlərindən tutmuş timsah, pələng, şir, leopard, filə kimi saysız-hesabsız heyvanlar ovlamışdır.
  • Elmar Babanlı (1982) - "Neftçi İdman Klubu" İctimai Birliyinin idman və sağlamlıq məsələləri üzrə baş meneceri, cüdo üzrə beynəlxalq dərəcəli hakim, Azərbaycan Cüdo Federasiyasının baş katibi.
  • Samir Məmmədov (Samir Aydın oğlu Məmmədov) (1985) - boks üzrə dünya və Avropa çempionatlarının mükafatçısı
  • Tural Əliyev (zorxana ustası) (Tural Məhəmməd oğlu Əliyev) (d. 1986) — sərbəst güləşçi, Zorxana və pəhləvan güləşi üzrə dünya və Avropa çempionu, Azərbaycanlı zorxana ustası; sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi; beynəlxalq dərəcəli hakim; Azərbaycan Respublikasının idman ustası; Avropa və dünya çempionatının qalibi, dünya kubokunun sahibi, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı. Aslanbəyli kəndindəndir.
  • Azad Əzizov (Azad Nazim oğlu Əzizov) (1983) - Peşəkar boks üzrə boks üzrə dördqat dünya, Avropa çempionu, 2009-cu ildə peşəkar boks üzrə ilk rəsmi kəmər qazanmış azərbaycanlı kimi tarixə düşüb.
  • Elnur Eminov (Elnur Paşa oğlu Eminov) - Poverliftinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Respublikasının idman ustası
  • Həsən Əliyev (güləşçi) (1989) — Azərbaycanlı yunan-roma güləşçisidir. 2010-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısı, Avropa Çempionatının 1 qat qızıl, 1 qat gümüş və 4 qat bürünc medalçısıdır. 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının bürünc medalçısıdır.
  • Musa Musayev (karateçi) (Musa Əli oğlu Musayev) (1992) - Karate Do üzrə Dünya kubokunun qalibi.
  • Elvin Yuniszadə (Elvin Qərib oğlu Yuniszadə) (1992) - futbolçu, Qarabağ FK-nın müdafiəçisi.
  • Nicat Rəhimov (d.1993)- Qazaxıstanı təmsil edən Azərbaycan əsilli ağır atlet.2010-cu ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının, 2016-cı ildə isə XXXI Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
  • Xəqan Süleymanov (Xəqan Cavanşir oğlu Süleymanov) – Sərbəst güləş üzrə Dünya kubokunun qalibi və mükafatçısı, Azərbaycan Respublikasının idman ustası
  • Mahir Əmiraslanov (Mahir İlqar oğlu Əmiraslanov) - Sərbəst güləş üzrə gənclər arasında dünya çempionu.
  • Zahid Mirzəyev (Zahid Vahid oğlu Mirzəyev) - Sərbəst güləş üzrə Avropa və dünya birinciliyi mükafatçısı.
  • Qismət Vəkilov (Qismət Səxavət oğlu Vəkilov) (1994) - Qol güləşi üzrə yeniyetmələr və gənclər kateqoriyalarında 8 qat Avropa, 5 qat dünya çempionu, Azərbaycan Respublikasının idman ustası.
  • Nemət Vəkilov (Nemət Səxavət oğlu Vəkilov) - Qol güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya və Avropa çempionatlarının qalibi. Dünya çempionu Qismət Vəkilovun qardaşıdır.
  • Əfqan Xaşalov (Əfqan Kamil oğlu Xaşalov) (1997 Yuxarı Salahlı) - Sərbəst güləş üzrə Avropa çempionu, 2015-ci ildə Dağıstanda “ən yaxşı texnikalı güləşçi” nominasiyasında kubokla təltif edilib. 2016-cı ildə Fransanın Makon şəhərində dünya çempionu olmuşdur.
  • Ramazan Rüstəmov - Qol güləşi üzrə 2 qat avropa çempionu, dünya çempionu.
  • Osman Osmanlı - (2013-2014) Avropa çempionu. Qaymaqlı kəndindəndi
  • Kamal Axundov (güləşçi) - (1967) Güləşçi, SSRİ idman ustası, Kinq-Boks Federasiyasının vitse-prezidenti, Polkovnik-leytenant. Kəmərli kəndindəndir.
  • Müseyib Abdulla oğlu Sadıxov - (1929-1995) Azərbaycanın Fəxri Dəmiryolçusu. Qazax dəmiryol stansiyasının qurucusu.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR