Slimfit
  1. TÜRKİYƏ

Qazax heykəltəraşın yaratdığı möhtəşəm Koroğlu abidəsi Türkiyədə qoyulacaq...

Qazax heykəltəraşın yaratdığı möhtəşəm Koroğlu abidəsi Türkiyədə qoyulacaq...
Sakura

Qazax heykəltəraşın yaratdığı möhtəşəm Koroğlu abidəsi Türkiyədə qoyulacaq...

Moderator.az “Kazinforum” saytına istinadən xəbər verir ki, Qazaxıstanın heykəltəraşı Murat Mansurovun yaratdığı abidə Türkiyənin Bolu şəhərində qoyulacaq.
 
Abidə məşhur türk eposu “Koroğlu”ya həsr olunub. Heykəlin çəkisi 500 ton, hündürlüyü 70 metrdir. 2016-cı ildə beynəlxalq  müsabiqə  elan olunanda dünyanın 7 ölkəsindən 9 iddiaçı iştirak edib. 
 
Beynəlxalq münsiflər heyətinin qərarına görə heykəl yaratmağın hüququ Murat Mansurova verilib. Layihənin annotasiyasını məşhur şair Oljas Süleymenov yazıb.
 
Hazırda heykəlin quraşdırılması üçün hazırlıq işləri görülür. Nəhəng heykəlin açılışının gələn ilin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın iştirakı ilə açılması planlaşdırılır. 
 
Qeyd etmək lazımdır ki, heykəltəraş Murat Mansurov Qazaxıstanda son səkkiz ildə ən çox  heykəl-abidələrinin  qoyulduğu heykəltəraşdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR