Slimfit
  1. AZƏRBAYCAN

Qaz istifadəçilərinin nəzərinə! - Sayğacın köhnə kartında olan məbləğ yeni karta belə köçürülür

Qaz istifadəçilərinin nəzərinə! - Sayğacın köhnə kartında olan məbləğ yeni karta belə köçürülür
Sakura

Qaz abonentlərinin tez-tez verdiyi suallardan biri də Smart sayğaclarının dəyişdirilməsiylə bağlıdır

Qaz abonentlərinin tez-tez verdiyi suallardan biri də Smart sayğaclarının dəyişdirilməsiylə bağlıdır.

Dəyişdirilmiş Smart sayğacın köhnə kartında olan məbləğ yeni karta necə köçürülür?

Metbuat.az bildirir ki, sulla bağlı “Azəriqaz” İstehsalat Birliyindən verilən cavaba görə, abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş məsələylə bağlı müraciət edə bilərlər.

Bunun üçün “Asan Kommunal” mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı (forma 1,2), çıxarılan və yeni quraşdırılan smart kartları təqdim etməklə köhnə kartında olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürdə bilərlər.

Qeyd edək ki, köhnə sayğacda olan qalıq vəsaiti, sayğacın üzərində müvafiq düyməsini basmaqla, “credit back” proseduruna uyğun olaraq köhnə karta köçürülməsi vacibdir, əks halda qalıq vəsait köhnə kartda aşkarlanmasa yeni karta heç bir vəsait köçürmək mümkün olmayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR