Slimfit
  1. AZƏRBAYCAN

Qayğı mərkəzinin uşaqlarının əl işlərinin xeyriyyə satış-sərgisi təşkil edilib

Qayğı mərkəzinin uşaqlarının əl işlərinin xeyriyyə satış-sərgisi təşkil edilib
Sakura

Qayğı mərkəzinin uşaqlarının əl işlərinin xeyriyyə satış-sərgisi təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzində uşaqların əl işlərindən ibarət xeyriyyə satış-sərgisi təşkil olunub.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun dəstəyi ilə təşkil olunan tədbir buradakı uşaqların ilkin bacarıq və qabiliyyətlərinin dəstəklənməsi, onların faydalı əməyə cəlb edilməsinin stimullaşdırılması, öz bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.

30-a yaxın əl işinin təqdim olunduğu tədbirdə rayondakı müxtəlif qurumların, təhsil müəssisələrinin nümayəndələri, habelə ayrı-ayrı iş adamları iştirak ediblər. Təqdim olunan əl işləri, həmçinin tədbir zamanı mərkəzdəki uşaqların ifa etdikləri mahnı və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Satış-sərgidən əldə olunan vəsait yeni tədris ili ərəfəsində həmin uşaqların müxtəlif məktəb ləvazimatları ilə təmin olunması üçün nəzərdə tutulub.

“İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən yaradılan mərkəzin fəaliyyətinin məqsədi çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, belə uşaqların, onların ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR