Slimfit
  1. CƏMİYYƏT

Qaydaları yaşam tərzinə çevirməsək ölüm qaçılmazdır

Qaydaları yaşam tərzinə çevirməsək ölüm qaçılmazdır
Sakura

Qaydaları yaşam tərzinə çevirməsək ölüm qaçılmazdır

Koronavirus epidemiyası insanların infeksion xəstəliklər zamanı maska taxmasının, sosial məsafənin gözlənilməsini, gigiyenik qaydalara riayət etməsini  insanlar üçün bir həyat norması zərurəti kimi gündəmə gətirdi. Düzdür, indiyədək hər hansı infeksion xəstəliklər zamanı  maska taxmağın, sosial məsafənin gözlənilməsi və ya gigiyenik qaydalara riayət olunması belə ciddi formada gündəmdə olmayıb. Bu qaydalara əməl etmək ancaq həkimlər tərəfindən  daha çox  xəstələrə məsləhət görülüb. Artıq zaman sübut edir ki, maska taxmaq, sosail məsafə gözləmək, gigiyenik qaydalara əməl etmək günümüzün tələbidir və bunu hər bir insan yaşam tərzinə çevirməlidir. Hər il yeni növ infeksion viruslar yayılmaqdadır və gələcəkdə  daha hansı yeni növ viruslara rastlaşacağıq, bilmirik. O baxımdan da maska taxmaq, sosial məsafəni gözləmək, gigiyenik qaydalara riayət emtəklə biz özümüzü digər infeksion xəstəliklərdən qorumuş oluruq. Ona görə də qaydlara əməl edilməsi ilk növbədə insanlara  təkcə COVİD-19 epidemiyasından deyil, digər nəfəs, hava, təmas  yolu ilə keçən digər  infeksion xəstəliklərdən özlərini sığortalamaqla özlərinin sağlamlığının təmin etmiş olurlar.  

Hansı cəmiyyət belə qaydaları özünün həyat və yaşam tərzinə çevirib, həmin cəmiyyətlər üzləşdikləri belə problemlərdən daha az itki ilə çıxırlar. Bu özünü koronavirus (COVİD-19) pandemiyası dövründə də özünü göstərdi.  Odur ki, maska taxmağı, sosial məsafəni gözləməyi, gigiyenik qaydaları yaşam tərzinə çevirməklə hər bir insan bütün infeksion xəstəliklər zamanı bunlardan istifadə etməklə təkcə özünü deyil, həm də ətrafındakılarını, yaxınlarının sağlamlığını qorumuş olacaq. Gəlin  sağlam gələcəyimiz naminə bunu bir yaşam tərzinə çevirək!
Məhz bu qaydalar əməl etməməyimizin acısını  cəmiyyət olaraq yaşamqdayıq. Çünki vətəndaş olaraq tətəbiq edilən qaydalara dırnaqarası, məsuliyyətsiz, səhlənkar yanaşmağımızın öz acı nəticələri özünü indi büruzə verməkdədir. İstər  sərt karantin dövründə, istərsə də yumşaldılmadan sonra  deyilən qaydaları pozmağımızı vəziyyəti bu həddə çatdırdı. Havalar soyuq və sərin olanda qaydalara riayət etmək daha asan idi. Ancaq  yayın istisində qaydalara riayət emtək elə də asan deyil və bu başa düşüləndir. Əgər üzləşdiyimiz bu problemdən qısa zamanda xilas olmaq istəyiriksə, digrə ölkəlrədəki faciələrin burada da yaşnmasını istəmiriksə, o zaman  yeganə çıxış yolu  nə qədər çətin olsa da, qaydalara əməl etməkdən keçir. Başqa alternativ yoxdur!

Mənbə: Olke.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR