Dərc edildi: Baxış sayı: 262
Qaydaları pozan 20 ictimai iaşə obyekti cəzalandırıldı - RƏSMİ
“Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda restoranların fəaliyyəti karantin müddəti bitənədək qadağandır”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.
Onun sözlərinə görə, təəssüf ki, monitorinqlər zamanı karantin qaydalarını pozaraq, qanunsuz fəaliyyət göstərən obyektlər müəyyən edilib:
“Sözügedən şəhərlərdə qaydaları pozaraq, fəaliyyət göstərən 20-yə yaxın ictimai iaşə obyekti müəyyənləşib. Obyekt sahibləri haqqında inzibati qaydada tədbirlər görülüb”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət