Slimfit
  1. İQTİSADİYYAT

Qaxın taxıl sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

Qaxın taxıl sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
Sakura

Qaxın taxıl sahələrində ziyanvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

Qax rayonunun təsərrüfatlarında ötən ilin payızında 2019-cu ilin məhsulu üçün 13 min 815 hektarda taxıl əkilib. Son aylar havaların quraq və mülayim keçməsi səbəbindən bəzi təsərrüfatların taxıl sahələrində ziyanvericilər çoxalıb. Bununla əlaqədar olaraq, hazırda rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən taxıl sahələrində fitosanitar müşahidə tədbirləri davam etdirilir. Bu ilin yanvar-fevral aylarında 6 min 165 hektar payızlıq taxıl sahəsində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb. Müşahidələr nəticəsində 4 min 870 hektar taxıl sahəsində iqtisadi ziyanvurma həddində sirayətlənmə aşkar edilib və 2 min 560 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Bitki Mühafizəsi Mərkəzinin rəis əvəzi Hikmət Hafizov məlumat verib.

Mərkəzin rəsmisinin sözlərinə görə, ümumiyyətlə, payızlıq taxıl sahələrində səpindən bu günədək, yəni ötən ilin payızından indiyədək dövlət tərəfindən verilən brodifakum və sink-fosfid preparatları vasitəsilə zəhərli aldadıcı yem formasında hazırlanaraq tətbiq olunmaqla, 7 min 463 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Aparılan mübarizənin bioloji səmərəliliyi 90 faiz təşkil edib.

Bundan əlavə, bu ilin ötən dövründə mərkəzin mütəxəssisləri tərəfindən 2 min hektardan çox sahədə taxıl böcəyinə qarşı fitosanitar müşahidələr aparılıb, 995 hektar sahədə taxıl böcəyinin sürfələri aşkar edilib. Təsərrüfat subyektlərinin öz vəsaiti hesabına 670 hektar sahədə taxıl böcəyinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirlib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR