Slimfit
  1. CƏMİYYƏT

Qaxda məcburi köçkünlər yolsuz qalıb: Evə getmək üçün çaydan keçirlər

Qaxda məcburi köçkünlər yolsuz qalıb: Evə getmək üçün çaydan keçirlər
Sakura

Qaxda məcburi köçkünlər yolsuz qalıb: Evə getmək üçün çaydan keçirlər

Qax rayonunda məcburi köçkünlər yolsuzluqdan əziyyət çəkir.

Oxu.Az xəbər verir ki, rayonun Əmircan kəndində, köhnə ferma ərazisində məskunlaşan beş məcburi köçkün ailəsi illərdir yaşadıqları evə getmək üçün çaydan keçmək məcburiyyətində qalırlar. 

Məcburi köçkün Rauf Ağalarov bildirir ki, 90-cı illərdən Əmircan kəndində yaşayır. Əvvəllər onların yaşadıqları əraziyə gedən yoldan axan çay üzərində körpü olub. Daha sonra, körpü dağılıb və bu günə kimi hərəkət yalnız çaydan keçməklə mümkün olur. O bildirir ki, problem əsasən payız və qışda yaşanır. Çaya bol su gəldikdə sakinlərin kəndlə əlaqəsi demək olar, kəsilir. 

Ailələr dəfələrlə adiyyatı qrumlara müraciət etsələr də, onların problemi həll edilməyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR