Qaxda ət, süd, yumurta və yun istehsalı artıb
Keçən il Qax rayonunda ət, süd, yumurta və yun istehsalında dinamik artım qeydə alınıb. Belə ki, ötən il rayonda diri çəkidə ət istehsalı əvvəlki illə müqayisədə 12 ton artaraq 3 min 31,8 ton olub. Quş əti istehsalında artım 10 faiz təşkil edib. Rayonun şəxsi və fermer təsərrüfatlarında 16 min 81 ton, yəni əvvəlki ildəkindən 95,9 ton çox süd istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, ötən il rayonda iribuynuzlu mal-qaranın sayı əvvəlki illə müqayisədə 501 baş artaraq 22 min 815 baş olub. İl ərzində təsərrüfatlarda 7 milyon 908 min ədəd, yəni əvvəlki ildəkindən 13 min ədəd çox yumurta istehsal edilib. Yun istehsalı isə 2 ton artaraq 128,9 tona çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət