Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qatıq çəki atmağa kömək etmirmiş

Qatıq çəki atmağa kömək etmirmiş
Sakura

Qatıq çəki atmağa kömək etmirmiş - Səbəb

Pəhrizdə olan insanların ən böyük problemi gecə baş qaldıran yemək istəyidir. Lakin bu, çəkini sürətlə artıra bilər. Bəziləri gecə aclıq istəyini yatırmaq üçün pəhrizlərin vazkeçilməzi olan qatıqdan istifadə edir. Bəs gecə yeyilən qatıq çəki itirilməsinə yardımçı ola bilərmi?

Publika.az xəbər verir ki, qatıq enerji dəyəri aşağı, kalsium, kalium və B12 vitamini ilə zəngindir. Ən yaxşı özəlliyi isə təkbaşına yeyilərkən belə aclıq hissinin olmamasıdır. Lakin mütəxəssislər bildirir ki, qatıq və axşam yeməyindən sonra yeyilən bütün məhsullar çəki itirməyə mane olur. Əksinə çəki almağa səbəb ola bilir.

Bəs niyə qatıq kökəlməyə səbəb olur?

Yatmağa yaxın saatlarda yeyilən qidalar çəkinin artmasına səbəb olur. Çünki hərəkətsizlik zamanı qida həzm olunmur. Əgər aclıq hissinə qalib gələ bilmirsinizsə, yenə də qatı yeyə bilərsiniz. Lakin bu arıqlamanıza yardımçı olmayacaq. Buna baxmayaraq, digər qidalara nisbətən daha tox tutacaq və daha az çəki artırmaq riski daşıyacaq.

Çəki azaltmaq istəyənlər yatmazdan ən az 2 saat öncə yemək yeməyi dayandırmalıdır. Daha sonra vücuduna istirahət verməlidir. Əks halda, qarşısına qoyduğu məqsədə çox gec çatacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR