Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Qasım Rzayev Qara oğlu

Qasım Rzayev Qara oğlu
Sakura

DOĞUM TARİXİ: 05/05/1970 VƏFAT TARİXİ: 14/05/1992

5 may 1970-ci ildo Tovuz rayonunun Əlibəyli kəndində doğulmuşdur. 1987-ci ildə orta məktəbi bitirdikdən sonra sürücü ixtisasına yiyələnmişdir. 1988-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Ukrayna Respublikasının Nikopol şəhərindəki hərbi hissənin artilleriya bölməsində xidmət etmişdir. Nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılmışdır. 1990-cı ildə əsgəri xidmətini başa vurub doğma kəndinə dönmüş və az sonra, könüllü özünümüdafiə dəstəsinə yazılaraq, erməni quldurlarına qarşı döyüşə girmişdir. O, Milli Ordumuzun ilk əsgəri kimi Muncuqlu, Koxa-Nəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. Qasım idarə etdiyi maşına mərmiatan qurğu quraşdıraraq, düşmənin başına od ələyirdi.

1992-ci ilin əvvəllərində Tovuz rayonunun sərhədləri boyunca gərgin vəziyyət yaranmışdı. Sayca üstün olan erməni yaraqlıları torpaqlarımıza soxulmağa cəhd göstərsələr də, hər dəfə böyük itki verərək geri çəkilməyə məcbur olurdular. Fevralın 11-də ermənilərin “Qan çanağı” deyilən tərəfdən hücumu gözlənirdi. Qasım bir dəstə döyüşçü ilə həmin yerə üz tutdu. Günortaya yaxın düşmənin həmləsi dəf edildi. Ermənilərin bir PDM-i və onlarla əsgəri məhv edilmişdi. 14 may 1992-ci il... Düşmən ağır texnika ilə Tovuzun sərhəd kəndlərinə hücuma keçmişdi. Qasım özünü hadisə yerinə yetirdi. Güllə yağışı altında qurğunu mərmi ilə doldurdu. Atəş nöqtəsini müəyyən edərək, bir-birinin ardınca 20 raket atdı. Bir müddət ətrafa sakitlik çökdü. Çox keçmədən ermənilər yenidən top atəşinə başladılar. Mərmilərdən biri maşının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında əbədiyyətə qovuşdu.

Evli idi.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Əlibəyli kənd qəbristanlığında dəfn edilmişdir.

Hacallı kənd orta məktəbi onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR