Slimfit
  1. ƏDƏBİYYAT

Qasım bəy Zakir - Çağıdı

Qasım bəy Zakir - Çağıdı
Sakura

Qasım bəy Zakir - Çağıdı

Qadir allah səbəb salıb arayə, 
Sevdiyim, ixtilat qatmaq çağıdı.
Dur qolboyun olaq, furset var ikən, 
Nə qəmə, qüssəyə batmaq çağıdı?

Götür qoy bir səmtə bəzəyin, sərin, 
Qorxuram dağıla zərii zivərin. 
- Başın qüllabəsin, belin kəmərin 
Hər biri bir yana atmaq çağıdı.

Üz bürüməz yar yarını görəndə,
Bu xasiyyət nədir bilməzəm səndə? 
Biganələr kimi oturma gendə,
Gəl sarmaşaq, alıb-satmaq çağıdı.

Qul xətasız olmaz, ey çeşmi xumar! 
Öldürsən də sonra ixtiyarııi var.
Bu gündən sabaha yoxdur etibar, 
Soyun, gecə keçdi, yatmaq çağıdı.

Canım qurban qaşlannm tağına, 
Pərvanə tək dolan solu sağına.
Zakir, dön başma, düş ayağına,
Ne danışıb söz uzatmaq çağıdı?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR