Slimfit
  1. ƏDƏBİYYAT

Qasım bəy Zakir - Arasında

Qasım bəy Zakir - Arasında
Sakura

Qasım bəy Zakir - Arasında

Yar demişdi: gələn bayrama gəlləm,
Ömür başa yetdi il arasında.
Tutub səri-zülfün, dönüb başına,
Şanə tək gəzəsən tel arasında.

Qaydasıdır, qara çarqat bürünür,
Siyah zülfün ucu yemən sürünür.
Nə göyçək yaraşır, nə xoş görünür
Mina, inci kəmər bel arasında.

Gözümün yaşına qərq oldu tənim,
Bu hal ilə işim müşküldür mənim.
Səndən ayrılandan, ey gülbədənim,
Həq bilir, qalmışam sel arasında.

Piranəsər könül hər kimə yetər,
Uşaqtəbiətdir, gördüyün istər.
Onun sözlərinə qatışma, dilbər,
Dəli yola gedər el arasında.

Zakir, etibarı yoxdu dünyanın,
Aldanma xeyrinə, şərrinə anın.
Qoygilən başını bəyaz püstanın
Can ver şirin-şirin, öl arasında.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR