Slimfit
  1. AZƏRBAYCAN

“Qarşımıza böyük məqsədlər qoyulub” - Yeni nazir müavini

“Qarşımıza böyük məqsədlər qoyulub” - Yeni nazir müavini
Sakura

“Qarşımıza böyük məqsədlər qoyulub” - Yeni nazir müavini

"Bu gün peşə təhsili sistemində təxminən 23 min tələbə təhsil alır. Hazırda 89 peşə təhsili müəssisəsi mövcuddur. Burada 45 min müəllim, pedaqoji və texniki heyət çalışır". 

Bunu Azvision.az-a açıqlamasında təhsil nazirinin müavini İdris İsayev deyib.
Onun sözlərinə görə, orta məktəb məzunlarının peşə təhsilinə axını artmağa başlayıb: "Bu, ondan irəli gəlir ki, peşə təhsili sistemində yeni ixtisaslar üzrə tədrisə başlamışıq. Kompüter mühəndisliyi, sistem idarəçiliyi, mexanika və s. Daha çox innovativ ixtisaslara üstünlük verilir. Son illərdə 30-a yaxın yeni ixtisas əlavə edilib. Tələbələrimiz peşə təhsilində 170-ə yaxın ixtisas üzrə təhsil alır. Gələcəkdə bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək. Beynləxalq təşkilatlarla əməkdaşlıq edirik. Cənubi Koreya ilə birgə layihəmiz var. Həmin layihə əsasında 8 ixtisası özündə əks etdirən yeni peşə tədris mərkəzinin yaradılması həyata keçirilməlidir. Artıq onun tikintisinə başlanılıb. Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla birgə 4 qrant layihə hazırda icra olunur. Peşə təhsili sisteminin rasionallaşdırılması həyata keçirilir. 30-dan çox peşə tədrisi müəssisəsinin bazasında 14 yeni peşə təhsili mərkəzi yaradılıb. Çin Xalq Respublikası ilə Azərbaycan hökuməti arasında bağlanmış texniki-iqtisadi əməkdaşlıq sazişinə çərçivəsində həm Gəncədəki Peşə Təhsili Mərkəzinə, həm də Binə Peşə Təhsili Liseyinə 70 adda 168 müxtəlif avadanlıqlar, dərs vəsaitləri təqdim edilib. Bu da maddi-texniki bazanın inkişafına öz təsirini göstərəcək. Tələbələrdə imkan yaranır ki, öz nəzəri biliklərini eyni zamanda praktiki cəhətdən də istifadə etsinlər".

Nazir müavini qeyd edib ki, qarşıda peşə təhsilinin inkişafı istiqamətində böyük məqsədlər qoyulub: "Həmin məqsədlərin reallaşdırılması üçün həm nazirlik, həm də digər aidiyyatı müvafiq icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət həyata keçiriləcək. Önəmli məsələlərdən biri də işəgötürənlərin bu məsələdə iştirakıdır. Çünki peşə təhsilini bitirmiş şəxs əmək bazarında öz yerini tapa bilmirsə, bu peşə təhsilinin keyfiyyətinin aşağı olmasının göstəricisidir. Statistikaya diqqət yetirsək görərik ki, bu göstəricilər yaxşılaşıb. Turizm sahəsində peşə təhsili alanların 65 faizə yaxını özünü əmək bazarında tapır. İKT sahəsində bu göstərici 75 faiz, xidmət sahəsində isə 70 faizə yaxındır. İnanırıq ki, növbəti illərdə göstəricilər artacaq. Çünki peşə təhsilinin keyfiyyəti artır, maddi-texniki bazası genişlənir, yeni ixtisaslar daxil edilir. İşəgötürənlər əmək bazarının tələblərinə uyğun olaraq bizdən yeni ixtisaslı kadrlar tələb edir. Bu tələblərə cavab verən peşə təhsili sistemi yaradılır". 

İ.İsayev əlavə edib ki, peşə təhsili inkişaf edən ölkələrdə ümumi daxili məhsul artır, insan kapitalının formalaşması müşahidə olunur: "Xüsusilə, gənclərin məşğulluğu və onların əmək bazarına çıxışı təmin olunur. Həmçini işsizlik və yoxsulluq səviyyəsi aşağı düşür. Bu baxımdan inkişaf etmiş ölkələrdə orta məktəb məzunlarının 50 faizdən çoxu peşə təhsilinə üstünlük verirlər. Sovet dövründə bizdə də belə yanaşma olub. Müstəqilliyin ilk dövrlərində isə bu yanaşma bir qədər aşağı düşüb. Bu gün peşə təhsili sisteminin maddi texniki bazasının genişləndirilməsi, innovasiyaların bu sistemə daxil edilməsi istiqamətində ciddi tədbirlər görülür. Bildiyimiz kimi, 2018-ci ildə "Peşə təhsili haqqında" qanun qəbul edilib. Hazırda həmin qanun tətbiqi barədə fərmandan irəli gələn normativ hüquqi aktları hazırlayırıq". 

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 16-da imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub. O, bu təyinata qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR