Slimfit
  1. PSİXOLOGİYA

Qarşıdakı insanın sizə vurulduğunu göstərən 5 əlamət

Qarşıdakı insanın sizə vurulduğunu göstərən 5 əlamət
Sakura

Kiminsə xoşuna gəlməyinizi bilmək üçün sözlərə ehtiyac yoxdur. Onu jestlər biruzə verir. Keçmiş FTB…

Genişlənmiş göz bəbəkləri

Genişlənmiş göz bəbəkləri marağın artmasını göstərir. Əgər insan sizi görürsə və göz bəbəkləri genişlənirsə, deməli siz onun çox xoşuna gəlirsiniz. Əlbəttə ki, bəzən bunu aşkar etmək çox da asan olmur, lakin bu qeyri-verbal siqnalı tutmağı öyrənsəniz, siz özünüzün əvvəllər hiss etmədiyiniz yerdə simpatiya mərkəzində olduğunu görəcəksiniz. Nəzər alın ki, açıq rəngli gözə malik insanlarda genişlənmiş bəbəkləri tünd rənglidən daha asan seçmək olur. Yeri gəlmişkən, Kleopatra süni olaraq genişlənmiş bəbəklər olması və daha hissiyyatlı görünməsi üçün xüsusi vasitələrdən istifadə edirdi.

Görmə əlaqəsi

Adətən insanlar xoşuna gəldiklərinin gözlərinə baxırlar. Görmə əlaqəsi bütün vaxtlarda ən yaxşı qeyri-verbal siqnal sayılıb ki, bu bizim dostyana və ya aqressiv köklənməyimizi göstərir. Əgər insan bir saniyədən çox baxmırsa, sonra isə bir az gülümsəyir və baxışlarını kənara çəkirsə, onda siz əmin ola bilərsiniz: siz onun xoşuna gəlibsiniz.

Bununla yanaşı uzun müddətli və birbaşa baxış arqressiyanın əlaməti kimi izah olunur. Bəzən uzun müddətli baxışlar hisslərin ifrat qüvvəsindən xəbər verir: məs, sevənlər bir-birinə uzun müddət baxa bilərlər.

[haber=607]

 

Başın yana əyilməsi

Bunu göstərən çoxlu araşdırmalar aparılıb: əgər insan söhbət zamanı başını sağa və ya sola əyirsə onda o həmsöhbətinə daha cəlbedici görünür. Bir də insan ona cəlbedici olan tərəfə həmişə başını əyir.

Nə üçün başın meylliliyi “müqəddəs” jest sayılmır? Hər şey çox sadədir: başı əyərək biz yuxu arteriyalarını açırıq ki, o boyunun yan tərəfində yerləşir. Yuxu arteriyası isə qan sisteminin ən vacib kanallarından biridir. Əgər yuxu arteriyası bir neçə dəqiqəlik yırtılsa onda insan ölür. Məhz buna görə yuxu arteriyasını “açıq qoyma” dostluq əlaməti sayılır. Buna görə də əmin olun ki, əgər həmsöhbətiniz başını əyirsə, siz onun xoşuna gəlirsiniz.

Qalxmış qaşlar

Əgər siz aeroport və ya vağzalın gözləmə yerində çox dayanırsınızsa və ayrıldıqdan sonra görüşən insanları müşahidə edirsinizsə, onda bir maraqlı hadisənin şahidi olacaqsınız.

Əgər iki insan bir-birinə simpatiya ilə baxarsa onlar özlərindən asılı olmayaraq qaşlarını yuxarı qaldırır. Bu jest bir saniyədən də az davam edə bilər, lakin bu fakt olaraq qalır. Qaşın azacıq qalxması qarşıdakı insanın xoşuna gəlməsinin bir əlamətidir.

Gülümsəmə

 Əlbəttə ki, gülümsəmə haqqında bəhs etməsək olmaz. Demək olar ki, bu dünyanın hər yerində simpatiya əlaməti sayılır. Burada bir əmma var. Gülümsəmənin saxta və həqiqi olmasını necə anlayaq? Bu çox sadədir.

Səmimi gülümsəmə üçün dodaqların kənarlarının qalxması, çənənin yuxarı qalxması və gözlərin ətrafında qırışların yaranması xarakterikdir. Əgər çənə tərpənmirsə, gözlər ətrafında qırışlar yaranmırsa, onda bu gülümsəmə saxtadır.

 

Tərcümə: Ələkbərov Famil

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR