Qarşıdakı günlərdə geomaqnit qasırğa ola bilər
Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.
Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 300 - 325 km/san intervalında olub. Ümumi maqnit sahəsi 1-5 nT intervalında olub.
Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.
Proqnoz dövründə (09 - 11 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da fasilələrlə həyəcanlaşmaların yaranacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 9 iyulda 10%-dən, 10 iyulda 15%-dən, 11 iyulda isə yenidən 10%-dən aşağı qiymətləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət