Slimfit
  1. MARAQLI

Qarpız SSRİ-də kosmik aviasiyanın inkişafına necə kömək etdi

Qarpız SSRİ-də kosmik aviasiyanın inkişafına necə kömək etdi
Sakura

Qarpız SSRİ-də kosmik aviasiyanın inkişafına necə kömək etdi

Ens.az saytının təqdim etdiyi bu yazıda SSRİ-də kosmik aviasiyanın inkişafı kimi ciddi bir sənayedə baş verən hadisədən danışılacaq.

Sovet İttifaqında kosmik texnikanın inkişafı, bu yöndə yeniliklər və onun texnologiyası üçün çox böyük pullar ayrılmasına baxmayaraq, bəzən konstruktorların təcrübəsi o qədər də böyük olmurdu. Məsələn, bu gün sizə kosmik təyyarənin bütün xüsusiyyətlərini hesablamadıqdan sonra qarpızdan necə istifadə olunduğu barədə danışacağıq. 

Bir qədər Spiral layihəsi haqqında

Bütöv kosmik sistem məhz belə adlanırdı. O, xüsusi təyyarə vasitəsilə sürətlənəcəyi və daha sonra raketin köməyi ilə artıq öz missiyalarını yerinə yetirməsi üçün kosmosa gedəcəyi səsdən az sürətlə hərəkət edən təyyarədən ibarət idi.

Sistemin inkişafına 1966-cı ildə başlanmışdı. Yaradılan təyyarəyə MiQ-106.11 adı verilmişdi. 1978-ci ildə bu təyyarə bir neçə uğurlu sınaqdan keçdi. Qeyd etmək lazımdır ki, bu proqram və onun yaradılması analoji proqramlarını yaratmağa başlayan Amerika tədqiqatçılarına və mühəndislərinə təkan vermişdi.

Bütün sınaqlar zamanı Bor kosmik təyyarəsi bir neçə dəfə qəzaya uğradı, buna görə də müxtəlif modifikasiyalarda yenidən düzəldildi.

Söz yox ki, bu cür kosmik gəminin idarə edilməsi üçün təcrübəli və etibarlı kosmonavtlar lazım idi. Gələcək uçuş üçün artıq kosmosda olmuş German Titov seçildi. Təəssüf ki, bütün layihə heç vaxt həyata keçirilmədi.

Qarpız məsələsi

Bu fantastik görünür, ancaq bir dəfə qarpız MiQ-106.11 -in bütün eksperimentini xilas etdi.

İlk sınaqlar zamanı mühəndislər orbital təyyarənin xüsusi analoqunu qurdular. O geniş xizəklər şəklində düzəldilmiş iki şassi ilə təchiz olunmuşdu. Onların köməyi ilə təyyarə eniş zamanı və ya fərqli bir səthə düşərkən sürüşməli idi. Birinci sınaq qurunt üzərində aparıldı. 

Mühərrikin çəkmə qüvvəsi bu qurğunu yerindən tərpətmək gücündə də deyildi. Problem yarandı. Mühəndislər və texniklər iki böyük yük maşını qarpız gətirməkdən başqa çarə tapmadılar.

Bu qarpızları qıraraq uçuş-enmə zolağına döşədilər. Bundan sonra təyyarə asanlıqla qarpızların üzərində xizəklə sürüşərək yola düşdü. Bununla, kosmik texnologiya sahəsində aparılan təcrübələrdə belə fövqəladə bir yanaşmanın maraqlı tarixçəsi yarandı.

Mənbə: Наука и техника СССР

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR