Slimfit
  1. MARAQLI

Qarpız qabığının 6 faydası

Qarpız qabığının 6 faydası
Sakura

Qarpız qabığının 6 faydası

İsti yay günlərində qarpızı sevməyən adam tapmaq çətindir. Bəs bilirsinizmi ki, qarpızın insan sağlamlığına faydalarını saymaqla bitməz?! Qarpız antioksidanlarla və vitaminlərlə zəngindir. Bu meyvə həm orqanizmimizin suya olan ehtiyacını ödəyir, həm də bağırsaqlarımızı təmizləyir. Qarpızın özü kimi qabığı da xeyirlidir.

 

6. İdmanın təsir gücünü artırır.

Qarpız qabığında amin turşusu sayılan sitrilun var. Bu maddə idmandan sonra hüceyrələrin yenilənməsini təmin edir. Ona görə də qarpız qabığını idman etdikdən sonra yeyin. Hətta, qarpızın qabığını rəndələyib ton balığı və ya toyuğun döş əti ilə hazırlanan salata qatsanız, daha ləzzətlə yeyə bilərsiniz.

 

5. Cinsi zəifliyi aradan qaldırır.

Sitrilun hüceyrə yeniləməklə bərabər cinsi zəifliyi də müalicə edir. Amma, bu dəfə qarpız qabığını heç nəyə qatmadan yemək lazımdır.

 

4. Sağlam arıqlamağa kömək edir.

Qarpız qabığında təbii liflər mövcuddur. Onu arıqlamaq üçün pəhrizinizə daxil edin və artıq çəkidən sağlam şəkildə yaxa qurtarın.Qarpız qabığında olan liflər sizi tox saxlayacaq, tez-tez acmağa qoymayacaq. Qarpızın qabığı sidikqovucu xüsusiyyətə də malikdir. Bədəndəki bütün artıqmayeləri birnəfəsə xaricə qovur.

 

3. Qan dövranını nizamlayır.

Qarpız qabığının daha bir faydası da qan təzyiqini stabil saxlamasıdır. Yüksək qan təzyiqi olanlar qarpız qabığını yeməklə özlərini rahat hiss edə bilər. Sadəcə, bu proses həkim nəzarətində baş tutmalıdır.

 

2. Bağırsaqları təmizləyir.

Qarpız qabığı yemək qəbzliyi aradan qaldırır.Tərkibindəki likopel adlı oksidan maddə bağırsaqları tam təmizləyir. Qarpız qabığının kişilərdə prostat vəzi xərçənginə tutulma riskini 34%-ədək azaltdığı da məlumdur.

 

1. Xərçənglə mübarizədə effektivdir.

Son illərdə aparılan araşdırmalar zamanı qarpız qabığının boğaz, mədə-bağırsaq, ağciyər, qadınlarda döş və uşaqlıq xərçəngi ilə mübarizədə yaxşı təsir göstərdiyi müəyyən edilib.

Qarpız qabığını iştahla yeməyin üsulu onu xırdalamaq, salatlara və digər meyvələrə qatmaqdır. Bəzi xalqların kulinariyasında qarpız qabığı xüsusi dadverici kimi şorbalara və ya manqalda bişən yeməklərə də qatılır. Qarpızın qabığından bişirilən mürəbbə qışda xüsusi qonaqlar üçün süfrəyə qoyulur. Qarpız qabığını kulinariyada istifadə etmək üçün google-də yemək reseptlərini axtarmaq gec deyil… Ümid edirəm ki, bu məlumatdan sonra daha qarpız qabığını atmayacaqsınız.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR