Qarpız alarkən nələrə diqqət edilməlidir? - Qızıl qaydalar
Bildiyimiz kimi qarpızın insan orqanizminə inanılmaz müsbət təsirləri var. Lakin qarpızın düzgün seçilməməsi, saxlanılmaması xeyir əvəzinə zərər verə bilər.
Ens.az xəbər verir ki, Aztibb.az qarpız alarkən diqqət edilməli olan məqamları açıqlayır.
Qarpızı seçərkən və yeyərkən bu qaydalara əməl etmək lazımdır:
Qarpızlar avtomobil qazının tərkibində olan ağır metalları özünə çəkə bilər, buna görə də yol kənarlarından heç vaxt almaq olmaz;
Qarpızların satış yeri hasara alınmalı və çardaq altında olmalıdır, örtük ilə örtülməli və xüsusi yerlərdə saxlanılmalıdır. Yerə yığılmamalıdır;
Qarpızı kəsdirmək olmaz, çünki zərərli mikroorqanizmlər kəsilmiş yerlərdə çox sürətlə çoxalır;
Yaxşı yetişmiş qarpızı belə müəyyən etmək olar;
Tam örtüyə malikdir;
Qabığının rəngi parlaq olur;
"Göbəyi" tünd sarı, hətta narıncı olmalıdır;
Yetişmiş bir qarpız mütləq sərt, parlaq bir qabığla örtülmüş olur;
Yetişmiş qarpızın saplağı quru olur;
Yetişmiş qarpıza vurduqda silkələnir, cingiltili səs çıxarır;
Sıxdıqda isə zəif xartıltı eşidilir;
Qarpızın ölçüsü onun yetişməsi ilə əlaqəli deyil.
Qeyd edək ki, qarpızı kəsmədən əvvəl sabun və ilıq su ilə yaxşıca yuyulmalıdır. Çünki qabığdakı torpaq, toz və mikroorqanizm hissəcikləri qabıq üzərində sürətlə yayılır. Kəsilmiş qarpız yalnız soyuducuda saxlanılmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət