Slimfit
  1. MEDİA

"Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!..."

"Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!..."
Sakura
:1

"Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!..."

Heç yerdə Bakının Qobu kəndindəki kimi dadlı küftə- bozbaş yeyə bilməzsiniz. Onun dalınca necə başqa bir xörək yemək günahdır... Sözümün canı var. Mənə dedilər ki, Qobuda bu gün də toyları kəndin bu şah yeməyi ilə yola verirlər. Nə toylardan narazı qalan var, nə doymadım deyən... Bir vaxtlar Bakının bütün kəndlərində beləydi. Yeni zəngin nəsillər gəlib öz görməmişlik və şöhrətpərəstlikləri ilə şəhər toylarını Azərbaycan mətbəxinin və bərəkətinin yarış və israf meydanına çevirdilər.... Kimin ağlına nə gəlirsə və əlinə nə düşürsə düzür süfrəyə. Masalar ağırlıqdan sınır. İmkanlıların Şadlıq evlərində də yerin-stulun biri 100-200 manat arasında. İnsan də özü özünə belə zülm eləyər?. Veriıən nəmər toy sahibinə çatsa, ailə quran gənclərimizin ehtiyacına xərclənsə nə vardı ki! Qazan, doldur toyxana mafiyasının ciblərini...Bu mafiyanı və yabançı adlar daşıyan Şadlıq saraylarını baykot etməyin ən yaxşı yolu Qobu kəndinin nümunəsidir. Bir vaxtlar da yazmışdım: Köhnə Bakının toy ənənələrini bərpa edək! Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR