Slimfit
  1. MARAQLI

Qarın piylərini necə əritmək olar?

Qarın piylərini necə əritmək olar?
Sakura

Qarın piylərini necə əritmək olar?

Alimlər qarında zərərli intuitiv piylərin parçalanmasına səbəb olan və bağırsaqların işini yaxşılaşdıran məhsulların siyahısını açıqlayıblar. 

"Qafqazinfo" xəbər verir ki, həmin siyahıya 20-dən çox məhsulun adı daxil edilib.

Belə ki, qarın nahiyəsində piylə mübarizə aparmaq üçün mütəxəssislər paxlalı bitkilərdən, lobya, noxud, bişmiş kartof, qulançar, balqabaq, yumurta, avokado və gül kələmindən istifadə etməyi məsləhət görürlər. Həmin məhsullar kalium, antibiotik, zülal və sinklə zəngindir və onlarla qidalanmaq immuniteti yüksəldir, tezdoyma hissi yaradır.

Həmçinin kök qarınla mübarizədə yaşıl banan, qəhvə və çaydan istifadə etməyin də faydalı olduğu bildirilir. Onlar, sitrus, süd və ağartı məhsulları kimi həzm prosesinin yaxşılaşmasına kömək edir. Qoz, fındıq, badam və püstə də orqanizmə eyni təsir göstərir.

Soğan, zeytun yağı, yulaf, pomidor, qızıl balıq və tuna balığı minerallar və D vitamini ilə zəngin olduğuna görə çəki itirməyə kömək edir. Lakin alimlər onu da müəyyən ediblər ki, yalnız idman məşğələləri ilə qarın piyindən qurtulmaq mümkün deyil. Həmin məşğələlərlə birlikdə arıqlamağa səbəb olan qidaların qəbul edilməsi normal çəkiyə sahib olmaqda əsas vasitələrdən biri olmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR