Slimfit
  1. DÜNYA

Qaribaşvili azərbaycanlı ağsaqqallarla görüşdü

Qaribaşvili azərbaycanlı ağsaqqallarla görüşdü
Sakura

Qaribaşvili azərbaycanlı ağsaqqallarla görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneulidə Azərbaycanlı ağsaqqallarla görüşüb.

Axar.az xəbər verir ki, Marneulidəki “Çay Evi”ndə keçirilən görüşdə hökumət başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib, gürcü və Azərbaycan xalqları arasında tarixən mövcud olan xüsusi dostluq münasibətlərindən danışıb.

Baş nazir Gürcüstanın demokratik, iqtisadi inkişafında azərbaycanlıların rolunu xüsusi qeyd edib.

Tədbirdə Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla əlaqələr departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının sədri Amiran Qiorqadze, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR