Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qarğıdalını yağla yeyin - qəbizlik, ürək-damar xəstəliklərində faydalıdır

Qarğıdalını yağla yeyin - qəbizlik, ürək-damar xəstəliklərində faydalıdır
Sakura

Qarğıdalını yağla yeyin - qəbizlik, ürək-damar xəstəliklərində faydalıdır

Hər dənəsində şəfa olan qarğıdalının vətəni Cənubi Amerikadır. Həkimlər, sağlamlığımız üçün qarğıdalı yeməyimizin vacib olduğunu söyləyirlər. Qarğıdalının tərkibində B1 vitamini, patotonik turşusu, B5 vitamini, B3 vitamini, C vitamini bol miqdarda vardır. Fosfor, maqnezium mineralları baxımından zəngin olan qarğıdalı tam bir vitamin və mineral qaynağıdır.
Qarğıdalının faydaları saymaqla bitmir.
 
Medicina.az xəbər verir ki, vitamin və minerallarla zəngin olan qarğıdalı bir çox xəstəliklər və pozulmalar zamanı faydalı sayılır.

Mütəxəssislər qarğıdalını kərə yağı ilə yeməyi tövsiyə edirlər. Bu halda qarğıdalının tərkibində olan vitaminlər orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

Həmçinin kərə yağı ilə qarğıdalı qəbizlik, qaraciyər xəstəlikləri, ürək və damar xəstəlikləri zamanı faydalıdır, nefrit və podaqra zamanı ağrıları azaldır.

Qarğıdalını bişirib (bunu buxarda etmək daha yaxşı sayılır), üzərinə kərə yağı və az miqdarda duz çəkib yeyin. Həm dadlı, həm də çox faydalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR