Slimfit
  1. AVTO VƏ MOTO

Qardaş, boya dəyən yeri yoxdu – Bəs, görəsən bu avtomobilin VİN kodu nə deyir?

Qardaş, boya dəyən yeri yoxdu – Bəs, görəsən bu avtomobilin VİN kodu nə deyir?
Sakura

Qardaş, boya dəyən yeri yoxdu – Bəs, görəsən bu avtomobilin VİN kodu nə deyir?

Bəzən maşın satıcılarının “Qardaş, boya dəyən yeri yoxdu” dedikləri avtomobillərin, buqələmun kimi dəfələrlə rənginin dəyişdirilmiş olduğuna şahid oluruq. Nə deyək, onlar da çörəklərini maşınlardan çox, yalanlardan qazanırlar. Amma, ötən əsrin texnologiyası bu yalanların qarşında heç də aciz deyil.

TED.az məlumat verir ki, avtomobiliniz VİN kodu vasitəsilə, texniki göstəricilərini və keçmişini öyrənə bilərsiniz.

ABŞ və Kanadada 1977-ci ildə qəbul olunmuş İSO 3779 standartı, VİN nömrəsinin (Vehicle İdentification Number) formatını təsvir edir. Buna avtomobilin identifikasiya nömrəsi də deyilir. Bu nömrələr 17 simvoldan ibarətdirlər. “İ”, “O” və “Q”, yazılışlarına görə 1 və 0 rəqəmlərinə bənzədikləri üçün istisnalıq etməklə digər bütün rəqəm və hərflərdən istifadə olunur. Oğurlanma prosesinin qarşısını almaq üçün VİN kod daxilində nəzarət nişanəsi var, buna görə də əgər VİN oğurlanıbsa müəyyən etmək bir o qədər asan olmur. Istehsalçılar VİN-i avtomobilin üzərində müxtəlif yerlərə yerləşdirirlər. Aşağıda VİN kodun nümunəsi və tapa biləcəyiniz yerlər göstərilib.

VİN kodun nümunəsi : 2T1BURHE3GC733922

Avtomobil VİN kodunu baxmaq üçün bir sıra saytlar mövcuddur. Hazırda ən çox istifadə olunan saytlardan biri “Carfaxdır”. “İnstavin”,  “Autodna” kimi saytlar da geniş istifadə olunur. Bu saytlar vasitəsiylə avtomobillərin Qəza tarixçələri, yürüşü, “suda batması” və qaçırılmaları haqqında məlumatı, satış tarixi, texniki xüsusiyyətləri haqqında, eləcə də, 60-dan artıq digər yoxlamaları öyrənmək mümkündür.

Bu sahədə ixtisaslaşmış yeganə milli saytımız “vini.az”dır

Saytda ABŞ-dan gələn avtomobili almazdan öncə vin-kodu yoxlamaqla, satıcının sizə nə satmaq istədiyini daha yaxşı başa düşə bilərsiniz, çünki Bakı avtomobil bazarında ABŞ-dan gələn vurulmuş və problemli maşınları “ideal vəziyyətdə olan avtomobil” kimi təqdim edən çox sayda satıcının olması sirr deyil.

Bu, əlbəttə ki, sizi dələduzlardan 100% müdafiə etməyəcək, lakin maşın alan zaman sizə müəyyən əminlik yaratmağa və qarşısınızda hansı avtomobilin durduğunu dəqiq bilməyə kömək edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR