Dərc edildi: Baxış sayı: 622
Qarasu çayını zibilliyən zavod rəhbəri cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı Gədəbəy rayon məişət tullantıları poliqonunun hasara alınmaması səbəbindən tullantıların bir qisminin poliqona yaxın Qarasu çayı hövzəsinə atıldığı aşkar edilib.
Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.
Tullantıların ərazidən təmizlənməsi və poliqonun hasara alınması məqsədilə Kombinatın direktoruna icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.
Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatı tərəfindən ərazi tullantılardan təmizlənib və poliqonun ətrafının metal torla hasarlanması istiqamətində işlərə başlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət