Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qaraqınıq otunun faydaları

Qaraqınıq otunun faydaları
Sakura

Qaraqınıq otunun faydaları

Qaraqınıq otu Avropa ölkələrində ədviyyat kimi tanınır və çox geniş istifadə olunur. Avropada bu ot "oreqano" adlandırılır.

Qaraqınıq otunun bir çox faydalı və müalicəvi xüsusiyyətləri var. Onlardan ən əsası güclü antibakterial xüsusiyyətidir. Sübut olunub ki, oreqanonun tərkibində olan karvakrol maddəsi bir çox mikrob və göbələkləri məhv edir.

Elmi araşdırmalar göstərib ki, qaraqınıq otunun antibakteriaa xüsusiyyətləri hətta bəzi antibiotiklərindən də üstündür. Oreqano hətta ən davamlı mikrob sayılan qızılı stafilokokk məhv edə bilir.

Qaraqınıq otu tibdə qədim zamanlardan istifadə olunur. Bu otun dəmləmələri və efir yağını müxtəlif iltihablar və infeksiyaların müalicəsində (ağız boşluğu, boğaz, böyrək, qadın cinsiyyət orqanlarının iltihabları və s.) öz effektliyini sübut edib.

Öskürək və zökəm zamanı bu otun dəmləməsi ilə inhalyasiyalar edin. Həmçinin dəmləməni öskürək və bronxit zamanı daxilə də qəbul etmək olar.

Oreqano immun sistemi üçün də çox faydalıdır. Soyuq fəsillərdə oreqano ilə çay yaxşı profilaktik təsir edir, soyuqdəymə və qripp infeksiyalarının riskini artırır.

Qaraqınıq otu qədimdən qadın otu kimi tanınır və müxtəlif qadın xəstəlikləri zamanı istifadə olunurdu. Belə ki, qədim təbiblər bu otu dölsalma (abort) üçün çox geniş istifadə edirdilər. Oreqano qadın cinsiyyət sisteminə olduqca müsbət təsir edir, menstrual dövrünün tənzimlənməsinə kömək edir, menstrual ağrıları azaldır, klimaks zamanı qadının vəziyyətini yaxşılaşdırır.

Qaraqınıq otu güclü xərçəng əleyhinə xüsusiyyətlərlə tanınır. Araşdırmalar göstərib ki, otun tərkibində olan bəzi bioloji aktiv maddələr xərçəng hüceyrələrin çoxalmasını ləngidir, onların məhv olmasını sürətləndirir.

Oreqano mədə-bağırsaq sisteminə antiseptik təsir edir, mikrobları və qurdları öldürür, həzm proseslərinə müsbət təsir edir.

Qaraqınıq otu ürək-damar və sinir sistemləri üçün də faydalıdır - sakitləşdirir, ürək ritmini tənzimləyir, təzyiqi normallaşdırır.

Oreqanonu müxtəlf salatlar, suplar, pizza və s. kimi qidalara əlavə etmək, adi göyərti kimi yemək olar.

Həmçinin mütəxəssislər profilaktik məqsədlərlə oreqanonu çaya əlavə etməyi tövsiyə edirlər. Bununla siz özünüzü bir çox xəstəlik və pozulmalardan qoruya bilərsiniz.

Mənbə: Saglamolun.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR