Slimfit
  1. TƏBİƏT

Qaranquşlar

Qaranquşlar
Sakura

Qaranquşlar - Sərçəkimilər dəstəsinə aid fəsilə

Qaranquşlar (lat.Hirundinidae) - Sərçəkimilər dəstəsinə aid fəsilə.

Uçub gedən quşdur. Afrikanın tropik bölgələrində qışlar, yaz aylarında Avropa ərazisində görünər. Qaranquşun 4 növü (kənd, şəhər, sahil və dağ qaranquşu) dağ çaylarının dərələrində, qayalarda, insan məskənlərindən, daş tikililərdə yuvalayırlar. Uçan xırda həşəratlarla qidalanırlar. Uçarkən su hövzəsinin səthindən dimdiyi ilə su içməyə qabildir. Coğrafi bölgələrə görə dəyişməklə birlikdə aprel, may aylarında artıma başlar. İldə 2-3 dəfə yumurtlaya bilir. 2, ən çoxu 6 yumurta üstündə kürt yatarlar. Kürt yatma müddəti 13- 19 gündür. 19 gün müddətinə tüklənir. Büzdüm və alt tərəfi ağ olan qış yalnız qaranquşdur. Bu xüsusiyyəti ilə o, qırmızı qaranquşa bənzəyir. Üst tərəfi tünd- göydür, qəhvəyisi də vardır. Kiçik, incə quruluşlu, qısaboyludurlar. Çox sürətli uçuş qabiliyyətləri var. Həyatının çoxunu havada keçirir. Quyruqları haçalıdır. Dimdikləri qisa və genişdir. D Qanadları uzun və itidir, quyruğu isə iki hissəyə haçalanmış formadadır. Demək olar ki, bütün qaranquşların xarici görünüşü eynidir.

Maraqlı fakt

Qaranquşlar yaz fəslinin gəlişini xəbər verən ilk müjdəçilərdən biridir. Onlar yazda gəlib, payızda isti ölkələrə uçub gedirlər. Deyilənə görə, qaranquşlar yerə yaxın uçurlarsa, deməli, yağış yağacaq.

 

Qalereya

Landsvale.jpg Riparia riparia.jpg Tachycineta bicolor 18319.JPG Hirundo abyssinica.jpg

Cliff Swallow-27527-2.jpg Swallow nests at Pisciotta - Italy.JPG

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR