Slimfit
  1. MEDİA

Qaradağ rayonunda Vətən müharibəsi şəhidi, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günündə xatirəsi anılmışdır

Qaradağ rayonunda Vətən müharibəsi şəhidi, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günündə xatirəsi anılmışdır
Sakura

Qaradağ rayonunda Vətən müharibəsi şəhidi, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günündə xatirəsi anılmışdır

09.08.2023-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günüdür.

Məmmədov Pərviz Ələddin oğlu 09.08.1989-cu il tarixində Tovuz rayonu,Çeşməli kəndində anadan olmuşdur.Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçmüşdür. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak etmişdir və Fizuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 30.09.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda” medallı ilə təltif olunmuşdur.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstəsi qoymuşdur.

Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirmiş  və  ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR