Slimfit
  1. MEDİA

Qaradağ rayonunda ümumrayon iməciliyi keçirilib

Qaradağ rayonunda ümumrayon iməciliyi keçirilib
Sakura

Qaradağ rayonunda ümumrayon iməciliyi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində yaşıllıqların salınması və onların genişləndirilməsinə olan diqqət və qayğısının bariz nümunəsidir ki, hər il paqtaxtın rayonlarında minlərlə yeni ağaclar əkilir, onlara qulluq göstərilir, yeni-yeni yaşıllıq zonaları yaradılır, istirahət parkları salınır.

Son günlər Bakı şəhərində müşahidə olunan qeyri-sabit hava şəraiti paytaxt ərazisində təmizlik işlərinin aparılmasına ciddi zərurət yaratmışdır. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtın Qaradağ rayonunda da ümumrayon iməciliyi keçirilib.

İməcilik zamanı rayonun bütün qəsəbələrində mövcud yaşıllıqlara qulluq göstərilib, işıq dirəkləri, ticarət obyektlərinin vitrinləri, şüşəli binaların fasadları yuyulub, həmçinin küçə və prospektlərdə ümumi təmizlik işləri aparılıb.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Rayonda son illər ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.

Keçirilmiş iməclikdə rayon sakinləri də fəal iştirak etmiş, öz yaşadıqları məhəlləri təmizləmiş və təşkil edilmiş iməcilikdə görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR