Slimfit
  1. MEDİA

Qaradağ rayonunda səhiyyə işçilərini 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə video konfransda təbrik edilmişdir

Qaradağ rayonunda səhiyyə işçilərini 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə video konfransda təbrik edilmişdir
Sakura

Qaradağ rayonunda səhiyyə işçilərini 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə video…

Qaradağ Rayon İcra hakimiyyətində 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə videokonfrans keçirilmişdir.

Videokonfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra hakimiyyətinin əməkdaşları və həkimlər iştirak etmişdir.
  Videokonfransı cənab Süleyman Mikayılov açmış və  tədbirdə iştirak edən, rayonda səhiyyə sahəsində çalışan hər kəsi Tibb İşçiləri günü münasibətilə təbrik etmiş, COVİD - 19 ilə mübarizədə dünyasını dəyişmiş tibb işçilərinin xatirəsi 1 dəqiqə sükut ilə qeyd edimişdir.

 Cənab Süleyman Mikayılov çıxışında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu vurğulamışdır.
     Süleyman Mikayılov qeyd etmişdir ki, COVİD-19-la mübarizədə rayonumuzun tibb işçiləri də fədakarlıq göstərir. Əfsuslar olsun ki, onlarla həkim, tibb bacısı və digər tibb işçiləri bu xəstəliyə yoluxub, bir nəfər tibb işçisi dünyasını dəyişib.
    Bizim rayonda da COVİD-19- la mübarizə üçün 17 saylı BŞX ayrılmışdır. 
  Daha sonra Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının  15 nömrəli Təcili Tibbi Yardım Stansiyasının müdiri İlqar Mirzəyev çıxış edərək təcili yardımın üzərinə çox böyük yük düşmüş, yaxmaların götürülməsi, xəstələrin hospitalizasiyası təcili yardım briqadalarının üzərinə düşdüyünü bildirmişdir. Yoluxanlar arasında təcili yardım əməkdaşları çoxluq təşkil edir. Sağalıb iş başına qayıdan əməkdaşlarımız da vardır.

  17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rəfailova çıxışında Qaradağ rayonda COVİD-19-la mübarizə üçün 17 saylı BŞX-nin 31.05.2020-ci ildən ilk xəstə qəbul etdiyini qeyd etmişdir. Bu günə qədər xəstəxanaya 72 xəstə yerləşdirilmişdir. Hal-hazırda  41 xəstənin müalicəsi davam etməkdədir. Qalanlarının isə sağalaraq evə buraxıldığını bildirmişdir.
  13 saylı Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova isə neçə aydır ki, dünyada gözəgörünməz düşmənlə - koronavirusla mübarizədə ciddi və sərt təcrid tədbirlər görüldüyündən bəhs etmişdir.

 Sonda cənab Süleyman Mikayılov bu şərəfli işdə əməyi olan hər bir səhiyyə işçisinə cansağlığı və peşə uğurları arzulamış və səhiyyə sahəsində əməkdə fərqlənən tibb işçilərinin Fəxri Fərmanla təltif olunması barədə sərəncam səslənmişdir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR