Slimfit
  1. MEDİA

Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
Sakura

Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu

17.03.2023-cü il tarixində Novruz bayramı münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini özündə ehtiva edən ən əziz bayramımız olan Novruz bayramı geniş qeyd olundu. 

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, RİH başçısının müavinləri və şöbə müdirləri, Şura üzvləri, YAP Qaradağ Rayon Təşkilatının nümayəndələri, şəhid ailələri, qazilər, mədəniyyət evləri, məktəb, bağça kollektivi və  ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi münasibəti ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov  rayon ağsaqqalları və Vətən Müharibəsi qaziləri birgə bayram tonqalını yandırdı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşaiyət edirdi.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Ulu Öndərin qoyduğu ənənələri davam etdirərək xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görürlər.

Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qaldı. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırıldı. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etdi, məktəblilər şeir oxudular, gənc pəhləvanlar meydan mübarizəsinə çıxdılar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstərdilər. At belində çaparların və xoruz döyüşdürənlərin hərəkətləri maraqla izlənildi.

Öz yaradıcılıq nümunələrini əhaliyə təqdim edən məktəb, bağça və mədəniyyət müəssisələri bayram gəzintisinə çıxanları Novruz şirniyyatlarına qonaq etdilər.

Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradırdı.

Tədbir rəngarəng bayram konserti  ilə davam etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR