Qaradağ rayonunda gücləndirilmiş dezinfeksiya işləri görülür
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə rayonun bütün qəsəbələrində həyata keçirdiyi tədbirlər davam edir.
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 16-da səhər saatlarından başlayaraq rayonun əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikaları və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Mərkəzi küçələrlə yanaşı qəsəbələrin yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq rayon sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə xəbərdarlıq ediliblər.
Gün ərzində rayonunda kommunal xidmətlərinin 300 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görmüşlər.
Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Rayonda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət