1. MEDİA

Qaradağ rayonu Korgöz qəsəbəsində şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir.

Qaradağ rayonu Korgöz qəsəbəsində şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir.

Qaradağ rayonu Korgöz qəsəbəsində şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir.

15.06.2022-ci il tarixində Qaradağ rayonu Korgöz qəsəbəsində şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir.

Şəhid Ağabəy Məmmədquliyev 15 iyun 2001-ci il tarixində Qaradağ rayonu Korgöz qəsəbəsində anadan olmuşdur. Korgöz qəsəbəsində 197 nömrəli tam orta məktəbi bitirmişdir.2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə getmişdir.Xidmətini müharibəyə qədərki son günlərə qədər Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir.Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Şəhidin doğum günü ilə əlaqədar olaraq tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbər işçiləri,Milli Məclisin deputatı,rayon ictimaiyyət nümayəndələri,qəsəbənin ağsaqqalları və əhalisi iştiak etmişdir.Daha sonra şəhidin ailəsi ziyarət olunmuş və şəhidin xatirəsinə tikilmiş bulağ kompleksinin açılışı olmuşdur.Bulağ kompleksinin açlışında nitq söylənmiş və gül dəstələri qoyulmuşdur.Tədbir şəhidin məzarı ziyarət olunduqdan sonra bitmişdir.Şəhid ailəsi şəhidin xatirəsinə tikilmiş bulağ kompleksinin başa gəlməsi üçün göstərilmiş koməkilk üçün Qaradağ rayon İcra Hakimiyyətinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyeve,birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını və təşəkkürünü bildirmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR