Slimfit
  1. MEDİA

Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur

Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur
Sakura

Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində abad məhəllənin və istirahət parkının açılışı olmuşdur

14 iyun 2023-cü il tarixində Qaradağ rayonu, Ələt qəsəbəsində, E.Imanov küçəsində 1000 kv.m ərazidə abad məhəllənin və istirahət parkının açılışı olmuşdur. Açılışda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş Direktoru Taleh Ziyadov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və Ələt qəsəbə sakinləri iştirak edirdilər. 

Açılışdan öncə yeni salınmış parkda ağacəkmə aksiyası keçirildi. Tədbir iştirakçıları həmişəyaşıl ağaclar əkdilər. 

Yeni salınmış abad məhəllədə azyaşlı uşaqlar üçün kiçik idman meydançası, müxtəlif əyləncə qurğuları quraşdırılmışdır. Ərazidə sakinlər üçün iki ədəd sohbetgah quraşdırılmışdır. Velosiped həvəskarları üçün də xüsusi velosiped yolu düzəldilmişdir. Park ətrafı ərazilərdə asvalt örtüyü vurulmuş. 3 ədəd 5 mərtəbəli binaların fasadları təmir olunmuşdur. Parkın ətrafında olan binaların ətrafına 1000 kv. metrə yaxın asvalt örtüyü döşənmişdir. 

Qeyd etmək lazımdır ki, bu park salınarkən Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın 7.2.9.1. bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti icraçı qismində Avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilərin müəyyən edilməsi, bununla bağlı müvafiq təkliflər hazırlanması və tədbirlər görülməsi tapşırığı icrasını təmin etmişdir.  

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR