Qaraciyəri təmizləyən və yeniləyən super məhlul
Qaraciyərin əsas funksiyalardan biri orqanizmə xaricdən daxil olan və orqanizmin özündə əmələ gələn müxtəlif ziyanlı maddələri (toksinlər, şlaklar və s.) zərərsizləşdirməkdir.
Beləliklə, qaraciyər orqanizmin təbii filtridir. Rusiyalı həkim naturopat (təbii vasitələrlə müalicə edən mütəxəssis) Olqa Şerbanın sözlərinə görə, qaraciyərin də təmizlənməyə ehtiyacı var. Bunu ildə 1-2 dəfə etmək lazımdır. Bu qaraciyərin fəaliyyətini yaxşılaşdırır, onun sağlamlığını qoruyur.
Saglamolun.az xəbər verir ki, Olqa Şerba qaraciyəri təmizləmək və yeniləmək üçün belə bir resept təqdim edir. 1 stəkəkan təzə qatığa 1 ç.q. bal, yarım ç.q. sarıkök və 1 x.q. üyüdülmüş qarabaşaq əlavə edin, yaxşı qarışdırın və axşam yatmazdan 1 saat əvvəl bu qarışımı qəbul edin. Bunu 2 həftə ərzində hər gün etmək lazımdır. Daha sonra 1 həftə fasilə verilir və müalicə kursu təkrar olunur.
Diqqət! Qaraciyər xəstəlikləri və iltihabı olan insanlar bu vasitədən yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra istifadə edə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət