Dərc edildi: Baxış sayı: 585
Qaracaoğlan - Sənin əslin ağacdandır
Sazım, mənlə danışmırsan,
Sənin əslin ağacdandır.
Ağac dedim, bikef olma,
Çox əsnaflar ağacdandır.
Çağırın, gəlsin aşığı,
Salsın elə nur - işığı.
Həsən - Hüseynin beşiyi,
O da ki var ağacdandır.
Qaracaoğlan batıb yasa,
Qulluq eylər o ixlasa,
Musanın əlində əsa,
O da ki var, ağacdandır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət