Dərc edildi: Baxış sayı: 583
Qaracaoğlan - Nə bilir
Nuhun gəmisinə böhtan edərlər
Yelkən açıb yel qədrini nə bilir?
O Süleyman quş dilini bilirdi,
Her Süleyman dil qedrini nə bilir?
Ərəb atlannda olur fırqalar,
Kimi sərxoş yürür, kimi yırğalar,
Kübrəliyə enib qonan qarğalar
Xas baxçada gül qədrini nə bilir?
Dünya mənim deyə zənginlik satan,
Halal əkməyinə haramlar qatan,
Sonradan sonraya bəyliyə yetən,
Zalım olar, el qədrini nə bilir?
Qaracaoğlan der də, belim büküldü,
Ağzımın içində dişim töküldü,
Nuh Nebinin həddesinden çəkildi,
Saz çalmayan tel qədrini nə bilir?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət