Dərc edildi: Baxış sayı: 545
Qaracaoğlan - Məni
Ala gözlü yanm yaxıb yandırma
Car çəkib aləmə bildirmə məni.
Açıb ağ gərdənin durma qarşımda
Əcəlimdən əvvəl öldürmə məni.
Qoy dolanıb dursun qolun boynumda
Heç Ölüm qorxusu yoxdur eynimdə.
Bir gecəlik mehman olsam qoynunda
Sabah oldu deyə qaldırma məni.
Dolandım dağlan, bu yerə düşdüm,
Yar, sənin dərdindən odlara düşdüm.
Çarəsi bulunmaz dərdlərə düşdüm
Yetər, alov-alov yandırma məni.
Qaracaoğlan, çox ağladım, gülmədim,
Aradım, dərdimə dərman bulmadım,
Bunca gündür bir minnətə gəlmədim,
Kərəm eylə, məhzun göndərmə məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət