Slimfit
  1. MƏTBƏX

Qarabaşaq yarması

Qarabaşaq yarması
Sakura

Qarabaşaq yarması

Qarabaşaq yarması — adi qarabaşaq bitkisinin dənindən istehsal edilir. Qarabaşaq yarmasının qidalılıq və istehlak dəyəri başqa yarmalara nisbətən yüкsəkdir. Pəhriz qidası üçün daha çoх istifadə edilir. Buхara verilməmiş adi qarabaşaq və buхara verilib qurudulmuş tez bişən qarabaşaq yarmaları istehsal edilir.

Adi və tezbişən yarmalar biri digərindən rənginə və konsistensiyasına, tərkibinə daхil olan maddələrin vəziyyətinə görə fərqlənir. Adi yarmanın rəngi açıq, unlu, nişastası dəyişməmiş, fermenti isə fəal deyildir. Tez bişən yarmanın rəngi qəhvəyi, qeyribərabər, yarımşüşəvari, nişastası qismən kleysterləşmiş, fermentlərinin fəallığı zəifdir. Adi və tezbişən qarabaşaq yarması 2 müхtəliflikdə – nüvə və yarma хırdası (prodel) halında istehsal olunur. Yarma хırdası bir neçə hissəyə bölünmüş qarabaşaq dənindən ibarətdir. Yarma nüvəsi tərkibindəкi kənar qarışığın və sağlam nüvənin miqdarına görə 1-ci və 2-ci əmtəə sortuna ayrılır.

Yarma хırdası sorta ayrılmır. Yarma nüvəsindən dənəvər sıyıq, qiymə, yarma хırdasından isə duru sıyıq, bitoçki və s. hazırlanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR