Slimfit
  1. AZƏRBAYCAN

“Qarabağlılar barışığa razılaşmadı” - Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 2011-ci ildə BBC-yə verdiyi müsahibədən

“Qarabağlılar barışığa razılaşmadı” - Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 2011-ci ildə BBC-yə verdiyi müsahibədən
Sakura

“Qarabağlılar barışığa razılaşmadı” - Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 2011-ci ildə BBC-yə verdiyi müsahibədən

Arxivdən: Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 2011-ci ilin aprelində BBC Rusca xidmətinə müsahibə verib.

Həmin müsahibədən bir hissəni təqdim edirik:

Azərbaycan və Ermənistanda hansı silahlar var?

Qarabağın cənubunda erməni könüllüləri necə yaşayır və nəyə hazırlaşırlar. Cəbhə xəttinə yaxın yerdən reportaj

"Gəlin bir-birimizə hörmət edək". Gürcüstanda ermənilərlə azərbaycanlılar yanaşı necə yaşayırlar

BBC: Siz Qarabağ uğrunda hərəkata başlayanda, bunun nəylə bitəcəyini azacıq da olsa, təsəvvür edirdinizmi?

LTP: Yox, təsəvvür etmirdik. Çünki biz başlayanda, 1988-ci ildə Sovet İttifaqının dağılacağını heç kim ağlına gətirə bilməzdi. Biz ona istinad edirdik ki, Sovet İttifaqı var, Sovet konstitusiyası var. Konstitusiya çərçivəsində bu məsələni qaldırmağa bizə icazə verilmişdi. Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə qatmaq. Belə presedentlər olub, Qaraqalpaqstan bir neçə dəfə Özbəkistanın tərkibindən çıxarılaraq Qazaxıstana verilib və geriyə qaytarılıb, Krım və sairə. Belə presedentlər olub. Bu problemi diqqətlə öyrənmək əvəzinə Sovet rəhbərliyi qarşıduma siyasətinə əl atdı. Məhz Mərkəz bu münaqişəni getdikcə daha çox qızışdırdı. Onlar qoşun yeritdilər, Fövqəladə vəziyyət, komendant saatı və sairə elan etdilər. Bundan sonra, əlbəttə, proses radikallaşdı.

BBC: Sizcə tərəflərin tammiqyaslı, hərtərəfli sülh sazişinin bağlanmasına ən yaxın olduqları an nə vaxt olub?

LTP: Düşünürəm ki, bu, 1997-ci ildə olub. 1997-ci ildə bu problemi həll etmək imkanı olub. Yəni, hansısa əraziləri Azərbaycana vermək, barışıq imzalamaq və sairə, Qarabağın müvəqqəti statusuna dair razılaşma əldə etmək və sonradan isə yekun status məsələsini həll etmək.

BBC: Bu, niyə gerçəkləşmədi?

LTP: Çünki qarabağlılar hesab edirdilər ki, bunlar azdır. Yanaşma maksimalist yanaşması idi. Onlar düşünürdülər ki, təzyiqi bir az da gücləndirməklə, daha artığını əldə edə bilərlər. Təkcə qarabağlılar yox, burada, mənim ətrafımda da, mənim komandamda da belə düşünən adamlar var idi. Onlar bu planı qəbul etmədi. Onda mən onlara dedim ki, əgər siz düşünürsünüz ki, daha yaxşı bir variant var, onda buyurun, mən həmin variantı poza bilmərəm, cəhd edin, bəlkə alındı.

BBC: Daha 20 ildən sonra Ermənistan necə olaca? Müxtəlif sseanarilər: ən pis halda nə ola bilər? Azərbaycanla birbaşa hərbi toqquşma və ya staqnasiya variantı?

LTP: Yox, yox, yox - mən optimistəm, mən optimistəm. Mən əminəm ki, vəziyyət daha yaxşı olacaq, əlbəttə ki, daha yaxşı olacaq. Bizim indi yeganə problemimiz var. Bizdə hakimiyyət təhrif olunub. Bunu bərpa etsək, hər şey öz yerini tutacaq. Normal bir ölkə olacaq. Azad bir ölkə. Azərbaycanla da məsələmiz öz həllini tapacaq. Türkiyə ilə də məsələmiz həll olunacaq. Yəni, əgər, bilimirəm, misal üçün, Ermənistan hansısa katastrofik bir situasiyayla üzləşsə, günah bizdə olacaq... yalnız bizdə.

Mənbə: bbc.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR