Slimfit
  1. AZƏRBAYCAN

Qarabağlar Türbə Kompleksinin saytı istifadəyə verilib

Qarabağlar Türbə Kompleksinin saytı istifadəyə verilib
Sakura

Qarabağlar Türbə Kompleksinin saytı istifadəyə verilib

Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksinin www.garabaglartk.nakhchivan.az internet saytının təqdimatı olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, saytın təqdimatında çıxış edən abidənin bələdçisi Gülçin Ağayeva Naxçıvan Muxtar Respublikasındakı zəngin maddi mədəniyyət nümunələri və abidələr arasında Qarabağlar Türbə Kompleksinin xüsusi yerə malik olduğunu vurğulayıb. Bildirib ki, qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarət kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalmışdı. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamı əsasında bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.

Qeyd olunub ki, türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir. Qülləvarı xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı var. Baştağlarının dördünün də baş tərəfində “Qurani-Kərim”in “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

Kompleksin xanəgah hissəsində eksponatlar nümayiş olunur. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri xalqımızın məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

Vurğulanıb ki, Qarabağlar Türbə Kompleksinə göstərilən diqqət və qayğının daha bir nümunəsi kompleksin saytının yaradılmasıdır.

Sonra sayt haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sayt 7 bölmə və 4 alt bölmədən ibarətdir. Sayta yerləşdirilmiş virtual səyahət bölməsi vasitəsilə dünyanın istənilən nöqtəsindən muzeyə virtual səyahət etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR