Slimfit
  1. AZƏRBAYCAN

Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməz olaraq qalır - İlham Əliyev

Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməz olaraq qalır - İlham Əliyev
Sakura

Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməz olaraq qalır - İlham Əliyev

Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən bildirib.

"Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik.

Eyni zamanda, ordunun gücünü artırırıq. Bu gün Azərbaycan beynəlxalq reytinqlərə əsasən dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaqdır.

 

Heydər Əliyev hər zaman məcburi köçkünlərin problemləri ilə maraqlanırdı, onlara böyük qayğı, diqqət göstərirdi. O vaxt biz donor təşkilatlardan böyük dərəcədə asılı idik, çünki bizim maliyyə imkanlarımız yox idi. O vaxt böyük işlər görüldü ki, beynəlxalq təşkilatlar Azərbaycana yardım göstərsinlər və bu yardım hesabına müəyyən mənada köçkünlərə şərait yaradıldı. Heydər Əliyev göstəriş verdi ki, ilk neftdən Azərbaycan Dövlət Neft Fonduna daxil olan gəliri məcburi köçkünlərin problemlərinin həllinə istifadə edək. Belə də oldu. Yadımdadır, yağışlı hava idi, gözəl mənzərəli yer idi, Heydər Əliyev özü şəxsən o köçkün qəsəbəsinin açılışını qeyd etdi. Bu gün bu siyasət davam etdirilir. Bu günə qədər yüzdən çox şəhərcik salınıb, 100 minlərlə köçkün yeni evlərlə, mənzillərlə təmin edilib", - İ.Əliyev vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR