Dərc edildi: Baxış sayı: 543
“Qarabağ”ın şikayəti təmin edildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda “Qarabağ” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
Belə ki, AFFA İntizam Komitəsi Premyer Liqanın XII turunun “Sumqayıt”la qarşılaşmasında aqressiv davranışa yol verən “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimliyə 3 oyunluq cəza vermişdi. Onun cəzası 2 matça endirilib.
Ancaq futzal üzrə Birinci Liqada keçirilən “Baku Fans” – “Baku Fire-2” oyununda rəqibi ayaqla bilərəkdən vurduğuna, hakimi təhqir etdiyinə, hakimə fiziki təzyiq göstərdiyinə görə 10 oyunluq cəzalandırılan “Baku Fans”ın üzvü Eldost Paşayevlə bağlı qərar qüvvədə saxlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət