Slimfit
  1. İDMAN

'Qarabağ'ın sabiq üzvü dünyanın ən yaxşı 5 qapıçısını açıqladı

'Qarabağ'ın sabiq üzvü dünyanın ən yaxşı 5 qapıçısını açıqladı
Sakura

'Qarabağ'ın sabiq üzvü dünyanın ən yaxşı 5 qapıçısını açıqladı

“Bacardığım qədər qaçır, velosiped sürür və idman salonunda məşq etməyə çalışıram”.

Report”un məlumatına görə, bu fikirləri hazırda İtaliyanın “Milan” klubunun formasını geyinən “Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç deyib.

“Instagram”da azarkeşlərin suallarını cavablandıran 33 yaşlı qolkiper xüsusi proqram vasitəsi ilə komanda ilə birlikdə məşq etdiklərini bildirib: “Mümkün qədər məşq etməyə və yaşıl meydanlara qayıdanda tam hazır olmağa çalışıram. Evdə əsasən ailəm və uşaqlarımla vaxt keçirirəm, qolf oynamağı və kitab oxumağı da sevirəm”.

Beqoviç dünyada 5 ən yaxşı qapıçının da adlarını açıqlayıb: "Bu siyahıya Mark-Andre ter Şteqen ("Barselona", İspaniya), Tibo Kurtua (“Real Madrid”, İspaniya), Canluici Donnaruma (“Milan”, İtaliya), Yan Oblak (“Atletiko”, İspaniya) və Manuel Noyeri (“Bavariya”, Almaniya) daxil edərdim”.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus Bosniya və Herseqovina yığmasının üzvü mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR